2 sonuçtan 1 ile 2 arası

USB və fləş yaddaşlardan yayılan virusun qarşısını almaq

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    USB və fləş yaddaşlardan yayılan virusun qarşısını almaq

    USB və fləş yaddaşlardan yayılan virusun qarşısını necə almaq olar?

    USB, fləş yaddaş kartları hər gün istifadə etdiyimiz cihazlar arasındadır. Artıq bu cihazlarsız məlumatlarımızı necə saxlayacağımızı və köçürməyi təsəvvür belə etmirik. Hal-hazırda demək olar ki, bütün cihazların bir USB portu var. USB fləş yaddaşlar da ciblərdə, açarlıqlarda asanlıqla daşınır.

    Təbii ki, USB və fləş yaddaşlarda asanlıqla məlumatın köçürülməsi və daşınması virusların da yayılma sürətini artırır. Xüsusilə internet kafelər, nəşriyyatda, redaksiyalarda bu cihazlardan diqqətsiz istifadə virusların USB yaddaşlardan sistemlərə, hər kəsin bağlandığı sistemlərdən də USB yaddaşlara sürətlə keçməsinə səbəb olur.

    Bəs bu problemin səbəbi nədir? Microsoft Windows-un autorun,yəni avtomatik başlatma xüsusiyyəti problemin əsas səbəblərindən biridir. USB yaddaşlar, sabit disklər, yaddaş kartları kimi daşına bilər media anbarları ilişdiyində autorun işləməyə başlayır. Bu xüsusiyyət əslində istifadəçilərin işini yüngülləşdirmək üçün nəzərdə tutulub. Çox təəssüf ki, pis məqsədlərlə istifadə edilərək virusların yayılmasını təmin edir.

    USB və fləşlər vasitəsilə virusların yayılmasının qarşısını almaq üçün birinci növbədə anti-virus proqramlarından istifadə etmək lazımdır. Anti-virus proqramları ilə bu cihazları yoxlamadan açmamaq məsləhət görülür. Bundan əlavə Windows-un autorun xüsusiyyətini bağlamanız və ehtiyacınız olan proqramları özünüz basaraq işlətməniz zəruridir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: USB və fləş yaddaşlardan yayılan virusun qarşısını almaq

    hmm çox yararlı 1 melumat oldu çox sağolun emeye hörmet

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.