4 sonuçtan 1 ile 4 arası

Kompüterdən səmərəli istifadə və profilaktikası

  1. #1
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94

    Kompüterdən səmərəli istifadə və profilaktikası

    DƏRS HAQQINDA


    Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:

    NƏDƏN BAŞLAMALI...


    Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:
    • Asılma (proqramın cavab verməməsi)
    • Şübhəli proseslər
    • Brauzerin start səhifəsinin dəyişməsi
    • İstənilməyən pəncərələrin acilması
    • Lazım olan saytların yerinə dəxilsiz saytların acilması
    • Bəzi saytlara daxil olmağın mümkün olmaması (Antivirus və ya Microsoftun təzələmələri)
    • Və başqa


    PROFİLAKTİKA



    • Müvəqqəti fayların silinməsi (Windows/Темр, Documents and Settings/Local Settings/Temp)
    • Lazımsız proqrammların avto-yükləmədən silinməsi
    • Aktiv proseslərin (Task Manager) yoxlanılması və silinməsi (msconfig, RegCleaner)
    • Güclü və müntəzəm olaraq yenilənən antivirus (Norton Antivirus, AVP)
    • Güclü və müntəzəm olaraq yenilənən Firewall (ayrıca proqram təminatı və ya Windows XP brandmauerı)
    • Proqramların asılması problemlərinin aradan qaldırılması
    • Sistemi xüsusi proqramlar vasitə ilə reklama və cəsus modullara qarşı yoxlanılması
    • Hücuma məruz qalan proqram təminatının (Brauzer və s.) vaxtaşırı yenilənməsi



    WİNDOWS DA EFFEKTİV İŞLƏMƏ



    • Piktoqramlar və oboylar. İş stolunun mümkün dərəcədə təmiz saxlanılması.
    • Effektlərin sondürülməsi. İnterfeysin optimallaşdırılması
    • Automatic Updates funksiyasının söndürülməsi
    • Sistem fayllarının bərpası
    • Defraqmentasiya
    • Brauzerin köklənməsi. Müvəqqəti fayllar üçün ayrilmış disk sahəsinin həcmi, start səhifəsi
    • Artıq olan hər şeyi silin
    • Zibil qutusunun təmizlənməsi
    • Faylların adlarında İngilis dilində olmayan hərflərdən, simvollardan və aravermələrdən istifadə etməyin
    • Faylların və qovluqların təşkili



    ANTİVİRUSLAR


    İlk olaraq sistemin normal işləməsi uçun kompüterə antivirus proqram təminatı yüklənməlidir. Antivirus proqramlardan Norton Antivirus, AVP məsləhət ğörülür. Nəzərə almaq lazımdır ki, proqramların son versiyaları həddən artiq çox sistem resursları tələb edir. Antivirusun iş prosesində özünün bazasının yenilənməsi, vaxtaşırı bütün sistemin viruslardan yoxlanilması, habelə antivirusun real monitorinq rejimində yüklənməsi əsas amillərdəndir. Kənardan daxil olan bütün daşıyıcılar (disketlər, CD, flash drive) viruslardan yoxlanmalıdır.


    MÜVƏQƏTİ FAYLLARIN TƏMİZLƏNMƏSİ


    Kompüterin resurslarının təmiz saxlanması uçün əməliyyat sistemi tərəfindən yaradılan bütün müvəqqəti faylların silinməsi məsləhətdir. Bir qayda olaraq bu fayllar aşağıdakı qovluqlarda saxlanılır
    1. WINDOWS/Temp
    2. Documents and Settings\Users\Local Settings\Temp

    Bu prosesi müxtəlif proqramlardan istifadə etməklə avtomatlaşdırmaq olar.


    PROQRAMLARIN ASILMASINA SƏBƏB OLAN PROBLEMLƏRİN ARADAN QALDIRILMASI


    Hərdən elə olur ki, proqram cavab vermir. Bunun səbəbi, kompüterın çox sayda proqramlardan istifadə etməsində, cihaz dəstləri (Printerlər, skanerlər və rəqəmli kameralar) və bir çox xidməti proqramların istifadəsindədir. Bütün proqramlar konfliktsiz işləməlidir. Lakin yenə də konfliktlər baş verir. Məsələn: Kompüterin resurslarından eyni vaxtda bir neçə cihazin istifadə etməsi üzündən konflikt baş verir. Bu zaman proqram klaviaturanın və ya siçanın komandaları vermir və proqram ekranda donur. Windows sistemi proqramların asılmasına qarşı özünün müdafiə vasitələrinə malikdir. Asılma vaxtı proqramı başa vuraraq Windows-un işini davam etmək mümkündür. Bunu belə etmək lazımdır:
    1. Eyni vaxta Ctrl+Alt+Delete düyməsinə basın
    2. Windows Security təhlükəsizlik dialoq pəncərəsində Task Manager-ə keçin (şəkil 1)
    3. Aplication bölməsində Windows Task Manager pəncərəsindəki proqramlara baxaraq buradakı Status sütununda "Not Responding" göstərildiyini yoxlayın.
    4. "Not Responding" sütununun qarşısındakı proqramın üzərinə basaraq eyni pəncərədəki End Task (Proqramı başa vur) düyməsini basın.
    5. Aşağısı 30 saniyə gözləyin. Windowsun daxili əməliyyatları başa vurması üçün vaxt lazımdır. Bu zaman çox güman ki, əməliyyat sistemini yenidən yükləmədən, komandalarınıza cavab verməyən proqramı bağlamanız mümkün olacaq.
    6. Əğər End Task düyməsini basaraq proqramı bağlaya biləcəyiniz barədə məlumat cıxarsa, o zaman buna əməl edin və donmuş proqramı bağlayaraq yenidən Ctrl+Alt+Delete düymələrinə basın. Sonra Task Manager düyməsini aktivləşdirin və proqramın cədvəldə qalıb qalmadığını yoxlayın. Əğər proqram hələ də siyahıdadırsa yuxarıdakı 4-6 addımlarını təkrarlayın





    STARTUP-DAN LAZIMSIZ PROQRAMLARI SİLİN


    Kompüter isitifadiçiləri tez-tez bele problemlə üzləşirlər: Proqram öz-özünə yüklənir və bu da Windows-un gec açılmasına gətirib çıxarır. Bəzən bu o qədər uzun çəkir ki, adamın lap səbri tükənir. Proqramların avtomatik yüklənməsinin bir neçə yolu vardır.Adı çəkilən proqramı açın və onun avtomatik acılmamasına imkan verən funksiyanı tapmaq üçün parametirlərinə və konfiqurasiyasına nəzər yetirin. Məsələn: Run this program When Windows Starts

    Əğər bu funksiyanı tapa bildinizsə o zaman həmin proqram sizə avtomatik yuklənməni dayandırmanın dəqiq yolunu göstərir.
    Start düyməsinə basaraq açılan menyuda kursoru Startup menyusunun üzərinə gətirərək siçanın sağ düyməsinə və sonra isə kontekst menyusunda Delete düyməsinə basın.

    Lakin proqramların hamısı heç də Startup menyusundan istifadə etmir.

    • Belə proqramda bir-iki parametri dəyişərək proqramın Windows-la eyni vaxtda yüklənməsinin qarşısını almaq mümkündür.
    • Lakin elə proqramlar var ki, bunlar Windows sisteminə qoşularaq onların avtomatik yüklənməsinin qarşısının alınmağı çətinləşdirir. Onlar öz yarlıklarını Start menyusundakı Startup-a yerləşdirilərək Windows-la eyni vaxta yüklənirlər. Siz Startup menyusuna baxaraq hansı proqramların avtomotik yükləndiklərini görə bilərsiniz.
    • Bəzi proqramlar özlərinin start komanda sətirlərini Windows reyestirnə (Windows əməliyyat sisteminin konfigurasiyasının informasiya bazası) yazırlar. Bu cür komanda sətrini silmək bir qədər çətin olur.


    1. Start düyməsinə basaraq Run menyusunu seçin və msconfig komandasını Open bölməsinə daxil edərək Enter basın.


    1. System Configuration Utility pəncərəsindən Startup bölməsindəki Startup İtem sütununda söndürmək istədiyiniz proqramın qarşısındakı quşu götürün.

      Bu proqramların hansı vəzifəni yerinə yetirdikləri hər zaman aydın olmur. Ola bilsin ki, siz CommandLocation sütunlarına baxaraq bunu ayıd edə bilərsiniz. Bu sizə, proqramın hansı qovluqda yerləşdiyini təyin etməyə kömək edər.
    2. OK düyməsini, əğər sistemi yenidən yüklənməsi təklif olunarsa o zaman isə Restart düyməsinə basın



    SİSTEMİN REKLAM VƏ CƏSUS PROQRAMLARINA QARŞI YOXLANILMASI


    SpyWare - "cəsus" proqramları, icazəniz olmadan sizin və işləddiyiniz sistem barədə informasiya toplayaraq, proqramın yaradıcalarına və ya digər 3-cü şəxslərə yollayan proqramlardır. SpyWare proqramları həm də sizin Internet rabitənizin və ya ümumiyyətlə, sistemin işini pisləşdirə bilər. Cəsus proqramların bir-bir pozulması çətin, həm də yorucu işdir. Bunun üçün xüsusi proqramlardan istifadə etmək daha münasibdir. Sistem skaneri proqramları arasında ən çox Ad-Aware (Şəkil 3) məsləhət görülür. Bu olduqca güclü və əla skaner proqramdır. O sizin sistemi yoxlayaraq cəsus proqramları silib atır.




    İNTERNET RABİTƏNİZİN MÜDAFİƏSİ


    İnternet rabitəsinin təhlükəsizliyi üçün İnternet brandmauerini (İnternet Connection Firewall - Windows XP daxili funksiyası) aktivləşdirin və ya digər istehsalçıların brandmauerlərindən istifadə edin.İnternetə qoşulma brandmaueri kompüteriniz üçün təhlükə daşıyan informasiya axınının qarşısını alan proqramdır.Brandmauerin aktiv vəziyyətə ğətirilməsi.
    • Control Panel > Network Connections açın
    • Kursoru aktiv rabitə piktoqramının üzərinə qoyaraq siçanın sağ düyməsinə basın.
    • Advanced bölməsinə keçərək ON secimini qeyd edin.

  2. #2
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94
    Kompüter gigiyenasının standart qaydaları

    ŞÜBHƏLİ PROQRAMLAR


    Son illərdə proqramlar çox mürəkəbləşiblər. Əksər hallarda onların elə imkanları vardır ki, bu imkanlar bəzən təhlükəli ola bilərlər. Sözsüz ki, bu yeni imkanlar proqramları dözümlü və güclü edir. Lakin bu imakanlar eyni vaxta istifadəçiləri bir çox risklərlə üz-üzə buraxıllar.
    • Bəzi WWW səhifələrində istifadəçiyə səhifənin hər hansı bir hissəsinə baxmaqdan və ya istifadə etməkdən ötrü kompüter və əlavə modulların yüklənməsi təklif olunur. Bir düşünün: bu modullar nə olan şeydir? Onu kim yazıb? Onun WWW - brauzerin tərkibinə daxil edilməsi nə dərəcədə təhlükəsizdir? Təhlükəsiz olmayan əlavə proqramların bir hissəsinin, ekranda əməliyyat sisteminin pəncərəsini peyda olmasında sonra qurulması mümkündür, məsələn


    • Qurulma prosesi vaxtı siz bunun sizə nə dərəcədə lazım olduğundan əmin olmadan, bilməyərəkdən "YES" düyməsinə basa bilərsiniz.
    • Proqramı qurarkən üzə çıxan bütün mətnləri oxuyun. Heç vaxt ekrana çıxan xəbəri oxumadan və həmin proqramın sizə nə dərəcədə lazim olduğundan əmin olmayaraq "OK" düyməsinə basmayın.


    WWW-DA TƏHLÜKƏSİZ İŞ METODU


    WWW-də işləyən zaman ən böyük risk kompüterinizə Internetdən faylların yüklənməsidir. WWW brauzerləri Internetdən bütün formatlarda olan faylların yüklənilməsinə imkan verir. Fayllar Internetdən hər hansı bir şey yükləmədiyiniz vaxt belə yüklənə bilərlər. İnternetdən yüklədiyiniz bütün fayllar potensial olaraq təhlükəli sayıla bilərlər. Heç vaxt həmin faylları yoxlamadan kompüternizdə açmayın. Çünki bu fayllar ziyanlı proqramlar ola bilər. Sİz düşünə bilərsiniz ki, yüklədiyiniz hər hansi bir mətn faylıdır, əslində isə bu təhlükəli proqram ola bilər.WWW brauzerlər sizin adınızdan proqramları yükləyə və işlədə bilərlər. Siz onlardakı bu funksiyaları aktiv saxlasanız ya da söndürməsəniz, bunun nə ilə nəticələnə biləcəyindən əmin olmalısınız. Bilməlisiniz ki, yüklədiyiniz proqramlar kompüteriniz üçün təhlükəli ola bilər.Şübhəli saytlara (erotik, pornoqrafik xarakterli, haker saytları) girməyin. Bunlar virus və digər ziyanlı proqramların mənbəyidir. Bundan əlavə, bəzi saytlar, avtomatik olaraq sizin yığdığınız provayderin telefon nömrəsini uzaq ölkələrdən birindəki nömrəyə dəyişir. Bu da öz növbəsinidə sizə beynəlxalq telefon rabitəsindən yüksək məbləğdə çekin gəlməsi ilə nəticələnə bilər.


    ELEKTRON POÇTUN TƏLƏLƏRİ


    Adi poçt xidməti vaxtı baş verə biləcək problemlər elektron poçtda da baş verə bilər. Məs: Sizə məktub göndərən şəxs özünü başqa adam kimi qələmə verir. Əğər siz elektron poçtun təhlükəsizliyini təmin edən proqramlardan istifadə etsəniz, məktubun əslində kim tərəfindən ğöndərildiyini təyin edə bilərsiniz. Elektron poçtla başqa adamın adından saxta məktub göndərmək asandir.Elektron poçtun işi vaxtı, digər problem isə məktubların məxfiliyin qorunmasıdır. Elektron məktublar Internet vasitəsi ilə bir kompüterdən digərinə ötürülür. Məktubun kompüterlər arasında ötürüldüyü vaxt, habelə onun serverdəki poçt qutusunda saxlanıldığı vaxt elektron məktub digər şəxslər tərəfindən ələ keçirilə və oxuna bilər. Bu üzdən elektron poçtla məxfi və ya şəxsi məlumat yollamazdan əvvəl yaxşıca düşünsəniz faydalı olar. Heç bir vaxt kredit kartlarınız və digər mühüm məlumatları, müdafiəsi olmayan elektron poçtla göndərməyin.Bu problemin həll olunmasından ötrü xüsusi proqramlar (məsələn PGP) vardir; bunun bir hissəsi elektron poçt proqramın özündə quraşdırılmışdır.Bir çox poçt proqramları məktublara, əlavə fayllar qoşmaq imkanı verir. Elektron poçtları digər fayllar kimi, adi fayldırlar. Faylın kompüterə yetişənədək keçdiyi yol potensial olaraq təhlükəlidir. Əğər əlavə fayl sadəcə mətndən ibarətdirsə, o zaman təhlükəli bir şey yoxdur. Lakin bu mətn faylı olmaya bilər. Əğər bu fayl proqram və ya icra olunan fayl olarsa, onu açmazdan əvvəl tədbirli olmaq faydalıdır.




    PAROLLAR


    Parollar lazımı tədbirlər görülmədikdə, bəd niyyətli şəxslər tərəfindən ələ keçirilə bilər. Parollun uzunluğu 8 nişanədən az olmamalıdır. Administrator üçün boş buraxılan parol xanası, mütləq doldurulmalıdır. Sizin parolunuz rəqəmlərdən, vurğu işarələrindən, böyük və kiçik hərflərdən ibarət olmalıdır. Yaxşı olar ki, nişanələrinin hər biri konkret bir sözə istinad etdiyi parollardan istifadə edilsin. Parollarınızı kağızda qeyd etməməyə çalışın. Əğər edirsinizsə, o zaman onu əzbərləyənədək üzərinizdə saxlayın. Bundan sonra isə onu məhv edin. Heç bir vaxt parolunuzu kompüterin yan yörəsinə yapışdırılmış və digər gözə yaxın yerlərdə olan kağız üzərinə qeyd etməyin. Axı siz kredit kartınızın PIN kodunu hara gəldi yazmazsiniz. Məgər belə deyil? Adətən, hər qeydiyyat vərəqəsi üçün unikal parollardan istifadə olunmalıdır. Zaman-zaman bu parollar dəyişdirilməlidir.




    MƏNİ TƏRK ETMƏ...


    Əgər hər hansı sistemə daxil olursunuzsa o zaman ən qısa müddətə belə kompüteri nəzarətsiz qoymayın. İmkan varsa parollu müdafiə sistemi olan screensaver-dən (ekran qoruyucusu) istifadə edin. Bu cür screensaver-lər sizin tərəfinizdən təyin olunmuş vaxtin tamam olduğu andan müdafiyə sistemi işə düşür və sistemə yenidən daxil olmaq üçün parol tələb edir.Ola bilsin ki, bu sizə az inandırıcı görünəcək. Lakin elə hallar olur ki, başqa birisi sizin yerinizə keçir və çox əmək sərf etdiyiniz işlərinizi pozur. Və ya elə şeylər edir ki, bunun üçün siz cavabdeh qalırsınız. Sizin kompüternizdə işləmək istiyən şəxs orada istədiyini edə bilər. Bu o deməkdir ki, birilərinə kompüterinizdə işləməyə icazə verərkən tədbirli olmalısınız.Aşağıda zamanın sınağindan çıxmış qaydalar göstərilir:
    • Təhlükə baş verdikdə kimə müraciət edəcəyinizi təyin edin.
    • Parollarınızı gizli saxlayın.
    • Screensaver-dən (ekran qoruyucusu) istifadə edin və kompüterin arxasından qalxarkən Lock Computer (Ctrl+ALT+Delete) funksiyasını aktivləşdirin və ya kompüterinizi tərk etdiyiniz zaman onu şəbəkədən ayırın.
    • Kənar şəxslərin sizin kompüterinizə yaxınlaşmasına imkan verməyin.
    • Kompüterinizə yüklədiyiniz proqramların etibarlı mənbələrdən alındığından əmin olun. Əğər buna imkan yoxdursa bele proqramları yükləyərkən xüsusilə ehtiyyatlı olun.
    • Hardan gəldi əldə etdiyiniz proqramları yükləməzdən əvvəl yaxşı düşünün.

  3. #3
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94
    Windows-da effektiv iş

    PİKTOQRAMLAR VƏ OBOYLAR


    Ən yaxşı iş stolu - təmiz iş stoludur. Heç bir vaxt oboylardan istifadə etməyin! (Şəkil 5) Əvvəlki versiyalarda olduğu kimi, Windows XP-də həddən artıq çox piktoqram vardır. Bundan əlavə oboylara çoxlu sistem yaddaşı sərf olunur. Sistemi ən çox gücə salan animasiyalı iş stoludur.Digər tərəfdən isə əgər kompüter 256MB artıq yaddaşa malikdirsə və bir 1GHz tezlikdə işləyən prosesorla təchiz olunubsa, o zaman bu o qədər də qorxulu deyil. Əgər bu gostəricilər 64Mb yaddaş və Pentium 2 dirsə o zaman qənayət gərəkdir. Mümkün olan hər şeyi söndürün.



    EFFEKT - EFFEKTSİZLİKDƏDİR


    Windows XP xarici görünüşünə görə ozündən əvvəlki versiyalardan daha gözəgəlimlidir. Lakin bütün bu effektlər sistemin istifadəçinin komandalarına gec reaksiya verməsinə səbəb olur. Windows XP, istifadəçi interfeysinin köklənməsi üçün, rahatlıq və qözəlliyin qorunmasına kömək məqsədilə bir neçə test işə salır. Bu prosesə müdaxilə etmək olar. Əğər yoxa çıxan menyu sizi məmnunluq əvəzinə qıcıqlandırırsa və dialoq mətnlərinin altındakı kölgələr sizi maraqlandırmırsa onları söndürmək olar. Bəzi kökləmələr monitorun özəlliklərinin Apperance bölməsində icra olunur. Effects düyməsini basaraq ekrana çıxarılan parametrlər menyusunda (şəkil 6) - menyulara giriş yolları, kölgələr və şriftləri kökləməyə imkan verir.Qrafik interfeysin məhsuldarlığının köklənilməsi System Properties pəncərəsində icra olunur. System Properties menyusuna My Computer piktoqramının üzərində sağ düymə basaraq açılan menyu vasitəsiylə girmək mümkündür (şəkil 7). Daha sonra Advanced düyməsini basaraq Perfonmance bölməsindəki Setting düyməsini basıb maksimal məhsuldarlıq, maksimal keyfiyyətli görüntü və ya orta parametirləri seçmək münkündür.Performance Options pəncərəsindəki Advanced bölməsinə daxil olaraq prosesor və yaddaş resursların proqramın optimizasiyasına uyğun kökləndiyini yoxlayın.


    PROQRAMLARIN TASKBAR-DA GÖSTƏRİLMƏSİ VƏ QRUPLAŞMASI


    Eyni vaxtda çoxlu proqramlarla işlədikdə, Taskbar həmin proqramların düymələri ilə dolur. Elə bu məksədlə də Windows XP-də çox sayda açılmış faylları və proqramları idarə etməkdən ötrü nəzərdə tutmuş avtomatik olaraq düymələrin bir yerdə toplanması funksiyası vardır.Bu funksiya, əgər eyni proqramda 3-dən artıq pəncərə açıqdırsa o zaman onların düymələrini Taskbar-da bir düymə altında proqramın adını ğöstərərək toplayır. Proqramın sag küncündıki üçbucaq, eyni proqramda bir neçə pəncərənin açıldığını ğöstərir. Amma, əgər sizə köhnə üsulla işləmək daha xoşdursa, o zaman həmin funksiyanı söndürə bilərsiniz. Bunu kursoru taskbarın üzərinə qoyaraq siçanın sağ düyməsinə basmaqla, sonra isə açılan dialoq qutusunda Properties menyusuna daxil olaraq Group similar taskbar button sətrinin qabağındakı quşu götürməklə nail ola bilərsiniz.


    AVTOMATİK YENİLƏNMƏ


    Ən son çıxan yenilənmələri vaxtında qurmaq lazımdır. İlkin kökləməyə əsasən Windows bu işləri avtomatik olaraq özü görür. Əgər yeniləmənin necə həyata keçdiyini şəxsən izləmək istəyirsinizsə bu funksiyanı söndürə bilərsiniz. Bunun üçün System Properties pəncərəsini açaraq Avtomatik Updates menyusuna daxil olun.



    SİSTEM FAYLLARIN BƏRPASI


    Sistem faylların bərpası faydalı funksiyadır - yaxşı olar ki onu söndürməyəsiniz. Bu funksiyanın iş prinsipi belədir. Kompüter vaxtaşırı sistem fayllarının şəklini çəkir və onlardan "qayıtma nöqtəsi" kimi istifadə edir. Əgər hər hansı bir əlavə proqram kompüterin asılmasına səbəb olarsa və ya vacib informasiya itkisi baş verərsə o zaman siz yenidən həmin informasiyanın köməyliyiylə sistemi əvvəlki vəziyyətinə qaytara bilərik. "Qayıtma nöqtələri" System Restore tərəfindən avtomatik olaraq yaradılır. Bu cür "nöqtələri" Start>Programs>Accessories>System Tools>System Restore daxil olaraq özünüz də yarada bilərsiniz.System faylların bərpa olunmasınını prosesi vaxtı, kompüter digər programların işləməsindən asılı olmayaraq sistem fayllarını hard diskə yazır. Kompüterin sürətinə az təsir edən bu proses zamanı sistem fayllarının hard diskdə qeyd olunması bir qədər yer qıtlığına gətirib cıxara bilər. Sistemin bərpası funksiyasını dayandırmaq üçün Turn Off System Restore pəncərəsinə daxil olaraq quşu götürmək lazımdır.



    DEFRAQMENTASİYA


    Windows əməliyyat sistemi, fayl sisteminin optimallaşdırılmasının qeydinə az qalir. Bu da disk sahəsinin qeyri rassional sərf olunmasına səbəb olur. Nəticədə, boş sahələr bütöv bir blok təşkil etməyin əvəzinə diskin bütün səthinə səpələnir. Boş sahəni dolduran zaman fayllar bir neçə sektora səpələnirlər və bu da kompüterin sürətini azaldır. Məhz bu səbəbdən hard disk defraqmentasiya edilməlidir. Bu prosedurun müntəzəmliyi sizin kompüterdə necə işləməyinizdən asılıdır. Əgər siz tez-tez proqramları qurub və silirsinizsə və ya daima faylların yaradılması, bir yerdən digərinə köçürülməsi və ya silinməsi əməliyyatları ilə məşğulsunuzsa, həftədə bir dəfə defraqmentasiya etməyiniz məsləhətdir. Əgər siz uzun zaman eyni proqramlardan istifadə edirsinizsə və faylların yerlərini nadir hallarda dəyişirsinizsə onda defraqmentasiyanı ayda bir dəfə həyata keçirmək lazımdır. Əgər disk tez-tez defraqmentasiya olunursa, o vaxt siz növbəti defraqmentasiyadan sonra kompüterin işləmə sürətinin nəzərə çarpacaq dərəcədə artmayacağının şahidi olacaqsınız. Bu da o deməkdir ki, defraqmentasiyanı tez-tez etmək lazımdır. Defraqmentasiya funksiyası Start>Programs>Accessories>System Tools>Disk Defragmentator pəncərəsində işə salınır.




    İNTERNET EXPLORER BRAUZERİNİN YÜKLƏDİYİ FAYLLAR ÜÇÜN DİSKDƏ NƏZƏRDƏ TUTULMUŞ SAHƏNİN (KEŞ) HƏCMİNİN DƏYİŞDİRİLMƏSİ


    Adətən Microsoft İnternet Explorer sizin tərəfindən baxılmış "C:\Windows\Temporary Internet Files" qovluğunda saxlayır. Bu da tez-tez baxdığınız web səhifələrin daha tez açılmasına imkan yaradır. Belə ki, Internet Explorer ilk olaraq web səhifəni Internetdan deyil, Hard Diskdən yükləyir. Buna keşləmə deyilir, Internetdən yüklənən müvəqqəti faylların saxlandiğı direktoriyaya isə keş deyilir. İnternet Explorer brauzerinin maksimal keş həcmi hər bir konkret şəraitdə fərdi yolla təyin olunur. Bir tərəfdən onu işlətmək faydalıdır, çünkü bu əvvəllər baxılmış səhifələrin yüklənmə sürətini artırır. Lakin digər tərəfdən isə keş genişlənməsi diskdəki boş sahənin kiçilməsinə, elə bu üzdən də sistemin sürətini azalmasına səbəb olur. Brauzerin keş həcminin təyin olunması üçün İnternet Explorer brauzerini açın, daha sonra Tools>Internet Options>General menyusuna daxil olaraq Temprorary İnternet Files bölməsinə girin və Settings düyməsini basın. Bundan sonra istədiyiniz həcmi seçin

  4. #4
    Member
    Üyelik tarihi
    Sep 2018
    Mesajlar
    94
    Trobleshoot

    RUS HƏRİFLƏRİNİN YERİNƏ CÜRBƏCÜR ANLAŞILMAZ İŞARƏLƏR GÖRÜNÜR


    Problem belə həll olunur:
    1. Reyesteri açırıq. Bunun üçün Start düyməsinə basaraq açılan menyuda Run bölməsindəki Open xanasına regedit yazın.
    2. HKEY_LOCAL_MACHINE \SYSTEM \CurrentControlSet \Control \Nls \CodePage açarını taparaq 1252 parametr göstəricisini c_1251.nls-ə dəyişin (c_1252.nls idi c_1251 oldu). Onu da deyək ki, bu üsul bəzən digər proqramlara da tətbiq edilir. Əgər problem həll olunmadısa, o zaman Language Options funksiyasının düzgün köklənib köklənmədiyini yoxlayırıq. Bunun üçün Control Panel-də yerləşən Regional and Language options appletini işə salaraq Regional Options bölməsinə keçirik. Buradan sonra Standart and Formats bölməsində sistem şriftləri üçün cavabdeh olan Location səhifəsinə girərək orada "Russia" seçimini edirik. Bundan əlavə Advanced Languages for non-Unicode Programs əlavə səhifəsindədə "Russian" göstərildiyi yoxlamaq lazımdır.



    FAYLLAR VƏ QOVLUĞLAR SİYAHIDA YOXDUR


    Çox guman ki, nəzərdə tutulan qovluq və ya fayl gizlidir. Əgər Tools > Folder Options > View bölməsində Show hidden files seçimi aktiv deyilsə fayl görünməyəcəkdir.



    FAYDALI MƏSLƏHƏTLƏR


    Əgər ekrandakı şəkil həddən artıq sayrışırsa o zaman tezliyi maksimal seçmək məsləhətdir. Kursoru ekranın boş sahəsinə qoyaraq siçanın sağ düyməsini basdıqdan sonra Properties menyusunda Settings>Advanced>Monitor bölməsinə daxil olun.



    TEXNİKİ PROFİLAKTİKA



    • Kompüterin yaxşı işləməsi üçün otaqda temperatur normal olmalıdır. Yüksək temperatur kontaktların turşulanmasına səbəb olur və bu da öz növbəsində mikrosxemi və digər elektron hissələri sıradan çıxarır. Temperaturun qalxıb düşməsi hard diskin işinə əngəl ola bilər. Kompüter olan otaqda temperaturun +15 və +32 C arasında olması məsləhətdir.
    • Cihazın müdafiəsi üçün fasiləsiz işləyən qida blokundan (UPS) istifadə olunur. Bu cihaz elektrik şəbəkəsində cərəyan kəsintisi baş verdikdə müəyyən vaxt ərzində işi davam etdirməyə imkan verir. Həmin vaxt ərzində siz sakitcə işinizi başa vuraraq kompüteri söndürə bilərsiniz. Bundan əlavə UPS elektrik sıçrayışlarının qarşısını alır.
    • Vaxtaşırı olaraq siçanın topunu təmizləyin. Orada yığılmış çirk siçanın normal işləməsinə mane olur.
    • Kompüterlə eyni rozetə soyuducu, kondissioner, qəhvəbişirən, kopyalama cihazları, lazer printerləri, elektrik qızdırıcıları, toz soranlar və güclü elektrik alətləri qoşmayın.
    • Əgər siz uzun zamandan bəri kompüteri qoşmamısınızsa, hər hansı bir məlumatı yadda saxlamazdan əvvəl hard diskin 15 deqiqədən çox işləməsini gözləyin.
    • Monitorun ekranını təmizləyici mayedə isladılmış salfetka ilə silin. Həmçinin monitorun korpusunu da təmizləyin.
    • Əgər monitorunuz (Degauss) maqnitsizləşdirmə vasitəsiylə təchiz olunubsa vaxtaşırı ondan istifadə edin. Monitorun elektron trubkasının ətrafında güclü maqnitlər quraşdırılmışdır, elə bu səbəbə görə də maqnetik informasiya daşıyıcılarını monitordan uzaq tutun.
    • Monitorun normal ventilyasiya olunmasına şərait yaradın. Monitorun üzərinə qovluqlar, kitablar və s. əşyaları qoymayın. Bunlar sistem blokuna da aiddir. Ventilyasiyanın olmaması prosessoru qızmasına və vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
    • Monitorun qida blokunun, klaviaturanın, sıçanın kabeli və həmçinin şəbəkə kabeli dartılmamalı və burulmamalıdır.

Benzer Konular

  1. Asudə vaxtın səmərəli keçirməyin yolları
    By Aygun in forum Xanımlar üçün
    Cevaplar: 0
    Son Mesaj: 01-06-2015, 02:50 PM
  2. Cevaplar: 0
    Son Mesaj: 10-31-2013, 02:30 PM
  3. Cevaplar: 0
    Son Mesaj: 10-02-2013, 03:40 PM
  4. Cevaplar: 0
    Son Mesaj: 08-23-2013, 01:41 PM
  5. Cevaplar: 0
    Son Mesaj: 05-20-2013, 01:40 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.