Kompüterdən səmərəli istifadə və profilaktikası
DƏRS HAQQINDA
Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:
NƏDƏN BAŞLAMALI...
Kompüterlərin profilaktikasına və kompüter gigiyenasının standart qaydalarına əməl olunmadıqda, WINDOWS mühitində qeyri effektiv şəkildə işlədikdə, faylarla qeyri düzgün əməliyyat apardıqda və habelə müdafiə zəif təşkil olunduqda aşağıdakı simptomlar müşahidə olunur:
- Asılma (proqramın cavab verməməsi)
- Şübhəli proseslər
- Brauzerin start səhifəsinin dəyişməsi
- İstənilməyən pəncərələrin acilması
- Lazım olan saytların yerinə dəxilsiz saytların acilması
- Bəzi saytlara daxil olmağın mümkün olmaması (Antivirus və ya Microsoftun təzələmələri)
- Və başqa
PROFİLAKTİKA
- Müvəqqəti fayların silinməsi (Windows/Темр, Documents and Settings/Local Settings/Temp)
- Lazımsız proqrammların avto-yükləmədən silinməsi
- Aktiv proseslərin (Task Manager) yoxlanılması və silinməsi (msconfig, RegCleaner)
- Güclü və müntəzəm olaraq yenilənən antivirus (Norton Antivirus, AVP)
- Güclü və müntəzəm olaraq yenilənən Firewall (ayrıca proqram təminatı və ya Windows XP brandmauerı)
- Proqramların asılması problemlərinin aradan qaldırılması
- Sistemi xüsusi proqramlar vasitə ilə reklama və cəsus modullara qarşı yoxlanılması
- Hücuma məruz qalan proqram təminatının (Brauzer və s.) vaxtaşırı yenilənməsi
WİNDOWS DA EFFEKTİV İŞLƏMƏ
- Piktoqramlar və oboylar. İş stolunun mümkün dərəcədə təmiz saxlanılması.
- Effektlərin sondürülməsi. İnterfeysin optimallaşdırılması
- Automatic Updates funksiyasının söndürülməsi
- Sistem fayllarının bərpası
- Defraqmentasiya
- Brauzerin köklənməsi. Müvəqqəti fayllar üçün ayrilmış disk sahəsinin həcmi, start səhifəsi
- Artıq olan hər şeyi silin
- Zibil qutusunun təmizlənməsi
- Faylların adlarında İngilis dilində olmayan hərflərdən, simvollardan və aravermələrdən istifadə etməyin
- Faylların və qovluqların təşkili
ANTİVİRUSLAR
İlk olaraq sistemin normal işləməsi uçun kompüterə antivirus proqram təminatı yüklənməlidir. Antivirus proqramlardan Norton Antivirus, AVP məsləhət ğörülür. Nəzərə almaq lazımdır ki, proqramların son versiyaları həddən artiq çox sistem resursları tələb edir. Antivirusun iş prosesində özünün bazasının yenilənməsi, vaxtaşırı bütün sistemin viruslardan yoxlanilması, habelə antivirusun real monitorinq rejimində yüklənməsi əsas amillərdəndir. Kənardan daxil olan bütün daşıyıcılar (disketlər, CD, flash drive) viruslardan yoxlanmalıdır.
MÜVƏQƏTİ FAYLLARIN TƏMİZLƏNMƏSİ
Kompüterin resurslarının təmiz saxlanması uçün əməliyyat sistemi tərəfindən yaradılan bütün müvəqqəti faylların silinməsi məsləhətdir. Bir qayda olaraq bu fayllar aşağıdakı qovluqlarda saxlanılır
- WINDOWS/Temp
- Documents and Settings\Users\Local Settings\Temp
Bu prosesi müxtəlif proqramlardan istifadə etməklə avtomatlaşdırmaq olar.
PROQRAMLARIN ASILMASINA SƏBƏB OLAN PROBLEMLƏRİN ARADAN QALDIRILMASI
Hərdən elə olur ki, proqram cavab vermir. Bunun səbəbi, kompüterın çox sayda proqramlardan istifadə etməsində, cihaz dəstləri (Printerlər, skanerlər və rəqəmli kameralar) və bir çox xidməti proqramların istifadəsindədir. Bütün proqramlar konfliktsiz işləməlidir. Lakin yenə də konfliktlər baş verir. Məsələn: Kompüterin resurslarından eyni vaxtda bir neçə cihazin istifadə etməsi üzündən konflikt baş verir. Bu zaman proqram klaviaturanın və ya siçanın komandaları vermir və proqram ekranda donur. Windows sistemi proqramların asılmasına qarşı özünün müdafiə vasitələrinə malikdir. Asılma vaxtı proqramı başa vuraraq Windows-un işini davam etmək mümkündür. Bunu belə etmək lazımdır:
- Eyni vaxta Ctrl+Alt+Delete düyməsinə basın
- Windows Security təhlükəsizlik dialoq pəncərəsində Task Manager-ə keçin (şəkil 1)
- Aplication bölməsində Windows Task Manager pəncərəsindəki proqramlara baxaraq buradakı Status sütununda "Not Responding" göstərildiyini yoxlayın.
- "Not Responding" sütununun qarşısındakı proqramın üzərinə basaraq eyni pəncərədəki End Task (Proqramı başa vur) düyməsini basın.
- Aşağısı 30 saniyə gözləyin. Windowsun daxili əməliyyatları başa vurması üçün vaxt lazımdır. Bu zaman çox güman ki, əməliyyat sistemini yenidən yükləmədən, komandalarınıza cavab verməyən proqramı bağlamanız mümkün olacaq.
- Əğər End Task düyməsini basaraq proqramı bağlaya biləcəyiniz barədə məlumat cıxarsa, o zaman buna əməl edin və donmuş proqramı bağlayaraq yenidən Ctrl+Alt+Delete düymələrinə basın. Sonra Task Manager düyməsini aktivləşdirin və proqramın cədvəldə qalıb qalmadığını yoxlayın. Əğər proqram hələ də siyahıdadırsa yuxarıdakı 4-6 addımlarını təkrarlayın
[
STARTUP-DAN LAZIMSIZ PROQRAMLARI SİLİN
Kompüter isitifadiçiləri tez-tez bele problemlə üzləşirlər: Proqram öz-özünə yüklənir və bu da Windows-un gec açılmasına gətirib çıxarır. Bəzən bu o qədər uzun çəkir ki, adamın lap səbri tükənir. Proqramların avtomatik yüklənməsinin bir neçə yolu vardır.Adı çəkilən proqramı açın və onun avtomatik acılmamasına imkan verən funksiyanı tapmaq üçün parametirlərinə və konfiqurasiyasına nəzər yetirin. Məsələn: Run this program When Windows Starts
Əğər bu funksiyanı tapa bildinizsə o zaman həmin proqram sizə avtomatik yuklənməni dayandırmanın dəqiq yolunu göstərir.Start düyməsinə basaraq açılan menyuda kursoru Startup menyusunun üzərinə gətirərək siçanın sağ düyməsinə və sonra isə kontekst menyusunda Delete düyməsinə basın.
Lakin proqramların hamısı heç də Startup menyusundan istifadə etmir.
- Belə proqramda bir-iki parametri dəyişərək proqramın Windows-la eyni vaxtda yüklənməsinin qarşısını almaq mümkündür.
- Lakin elə proqramlar var ki, bunlar Windows sisteminə qoşularaq onların avtomatik yüklənməsinin qarşısının alınmağı çətinləşdirir. Onlar öz yarlıklarını Start menyusundakı Startup-a yerləşdirilərək Windows-la eyni vaxta yüklənirlər. Siz Startup menyusuna baxaraq hansı proqramların avtomotik yükləndiklərini görə bilərsiniz.
- Bəzi proqramlar özlərinin start komanda sətirlərini Windows reyestirnə (Windows əməliyyat sisteminin konfigurasiyasının informasiya bazası) yazırlar. Bu cür komanda sətrini silmək bir qədər çətin olur.
- Start düyməsinə basaraq Run menyusunu seçin və msconfig komandasını Open bölməsinə daxil edərək Enter basın.
[
- System Configuration Utility pəncərəsindən Startup bölməsindəki Startup İtem sütununda söndürmək istədiyiniz proqramın qarşısındakı quşu götürün.
Bu proqramların hansı vəzifəni yerinə yetirdikləri hər zaman aydın olmur. Ola bilsin ki, siz Command və Location sütunlarına baxaraq bunu ayıd edə bilərsiniz. Bu sizə, proqramın hansı qovluqda yerləşdiyini təyin etməyə kömək edər. - OK düyməsini, əğər sistemi yenidən yüklənməsi təklif olunarsa o zaman isə Restart düyməsinə basın
SİSTEMİN REKLAM VƏ CƏSUS PROQRAMLARINA QARŞI YOXLANILMASI
SpyWare - "cəsus" proqramları, icazəniz olmadan sizin və işləddiyiniz sistem barədə informasiya toplayaraq, proqramın yaradıcalarına və ya digər 3-cü şəxslərə yollayan proqramlardır. SpyWare proqramları həm də sizin Internet rabitənizin və ya ümumiyyətlə, sistemin işini pisləşdirə bilər. Cəsus proqramların bir-bir pozulması çətin, həm də yorucu işdir. Bunun üçün xüsusi proqramlardan istifadə etmək daha münasibdir. Sistem skaneri proqramları arasında ən çox Ad-Aware (Şəkil 3) məsləhət görülür. Bu olduqca güclü və əla skaner proqramdır. O sizin sistemi yoxlayaraq cəsus proqramları silib atır. [
İNTERNET RABİTƏNİZİN MÜDAFİƏSİ
İnternet rabitəsinin təhlükəsizliyi üçün İnternet brandmauerini (İnternet Connection Firewall - Windows XP daxili funksiyası) aktivləşdirin və ya digər istehsalçıların brandmauerlərindən istifadə edin.İnternetə qoşulma brandmaueri kompüteriniz üçün təhlükə daşıyan informasiya axınının qarşısını alan proqramdır.Brandmauerin aktiv vəziyyətə ğətirilməsi.
- Control Panel > Network Connections açın
- Kursoru aktiv rabitə piktoqramının üzərinə qoyaraq siçanın sağ düyməsinə basın.
- Advanced bölməsinə keçərək ON secimini qeyd edin.