Sayfa 1/2 12 SonSon
13 sonuçtan 1 ile 10 arası

Windows SİRLƏRİ

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Windows SİRLƏRİ

    Sistemin səs siqnalının söndürülməsi.
    Bunun üçün aşağıdakı əməliyyatları diqqətlə yerinə yetirin.

    Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin


    Sonra HKEY_CURRENT_USER\Control Panel\Sound daxil olun.


    Və sağ tərəfdən "Beep" və "ExtendedSounds" tapıb


    hər ikisində yazılmış "yes" əmrini "no" əmri ilə əvəz edin.



    Əməliyyatdan sonra siçanın (mouse) sağ düyməsi ilə Refresh (və ya klavyaturada F5) ilə sistemi yeniləməlisiniz. Əgər alınmasa kompüterinizi Restart etməlisiniz.
    Bundan sonra bir daha sistemin səs siqnalını eşitməyəcəksiniz.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ


    Bunun üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq.


    Sonra açılmış pəncərədən HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\Explorer\MyComputer\NameSpace\DelegateF olders tapıb DelegateFolders bölümündən {59031a47-3f72-44a7-89c5-5595fe6b30ee} yazılmış açarı silirik.

    Bundan sonra Мой компьютер (My computer) daxil olduqda orada bir daha Общие документы qovluğunun olmayacağını görəcəksiniz.

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Hər hansı bir faylın, qovluğun və ya diskin qısa yolunu (Ярлык) yaratdıqda həmin qısa yol (Shortcut) üzərində bir ox işarəsi yaranır:


    Həmin ox işarəsini ləğv etmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq.Və HKEY_CLASSES_ROOT\lnkfile daxil oluruq:


    Və sağ tərəfdə "İsShortcut" yazılmış parametri klavyaturada "Delete" vurmaqla silirik


    Və daha sonra HKEY_CLASSES_ROOT\piffile daxil oluruq


    Burada da sağ tərəfdə "İsShortcut" yazılmış parametri klavyaturada "Delete" vurmaqla silirik:


    Sonra kompüterimizi Restart edirik. Bundan sonra bir daha Ярлык (Shortcut) üzərində həmin ox işarəsini görməyəcəyik:

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Мой компьютер (My computer) pəncərəsini açdıqda C diskinin standart piktoqramını görməkdən artıq bezmisinizsə onu dəyişdirməyin çox asan yolu var. Bu üsulla siz həmin piktoqramı hər hansı bir hərf, söz və ya düzəltdiyiniz iconla əvəz edə bilərsiniz.
    Bu dərsimizdə mən həmin piktoqramı sadəcə "C" hərfi ilə əvəz etməklə kifayətlənəcəyəm. Bunun üçün bizə ilk növbədə C (C:\) diskinin içərisində AUTORUN.INF və c.ico (32*32 ölçüsündə) adlı fayl yaratmaq lazımdır. Bunları yaratmaq üçün aşağıdakı ardıcılıqları diqqətlə yerinə yetirin:
    1)İlk öncə C diski (C:\) içərisində bir AUTORUN.INF adlı bir fayl yaradaq. Həmin faylı biz Блокнот (Notepad) mətn redaktoru ilə yaradacağıq. Bunun üçün Блокнот (Notepad) açılmış pəncərəsinə aşağıdakı əmrləri daxil edirik:





    Daha sonra Файл (File) menyusuna daxil olaraq Сохранить как (Save as) bölümündən etdiyimiz dəyişiklikləri AUTORUN.INF adı altında C diskimizin (C:\) içərisində saxlayırıq.
    Artıq AUTORUN.INF faylını yaratdıq. İndi isə 32*32 ölçüsündə bir c.ico adlı bir icon hazırlayaq.
    2)c.ico adlı iconu siz Photoshop, Windows-un Paint və digər rəsm redaktorları ilə vasitəsilə hazırlaya bilərsiniz. Aşağıda gördüyünüz iconu mən Photoshopda hazırlamışam.


    Sonra hazırladığımız iconu C diski (C:\) içərisində saxlamalıyıq.
    Daha sonra C (C:\) diski içərisinə daxil olub hər 2 yeni hazırladığımız faylı orada görürük. İndi isə Мой компьютер (My computer) pəncərəsinin içindəykən mausun sağ düyməsi ilə (və ya klavyaturada F5 ilə) Обновить edirik. C diskinin piktoqramının dəyişəcəyini görəcəksiniz. Əgər alınmasa onda kompüterinizi yenidən söndürüb yandırmalısınız. Eyni əməliyyatı D diski üzərində etsəniz eyni nəticəni əldə edəcəksiniz. Əldə etdiyiniz nəticə sizi qane etməsə əvvəlki vəziyyətinə qaytarmaq üçün yaratdığınız yeni faylları silib kompüterinizi RESTART etməlisiniz.


    Əgər hazırladığınız AUTORUN.INF faylının görünməsini istəmirsinizsə onda həmin faylı qeyd edib mausun sağ düyməsi ilə Свойства (Properties) daxil olub Атрибуты/Attributes bölümündən Скрытый/Hidden seçmək lazımdır:


    Daha sonra Сервис (Tools)> Свойства папки (Folder Options)> Вид (View) bölümündən Не показывать скрытые файлы и папки (Do not show hidden files and folders) seçilmiş olmasına diqqət yetirməyiniz lazımdır.

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Ümumiyyətlə windows əməliyyat sistemindən hər hansı bir proqramı silmək üçün Пуск>Панель управления>Установка и удаление программ bölməsinə daxil olmaqla həmin proqramı asanlıqla silə bilərsiniz.Lakin siz səhvən həmin proqramın fayllarını klavyaturada DELETE düyməsini vurmaqla təmizləmişsinizsə onda həmin proqramın qalıqları REGİSTRY-də, adı isə Установка и удаление программ bölümündə qalır. Ona görə də həmin proqram tam silinmir və komputerinizin yaddaşında əlavə yer tutur.Məhz proqramın qalıqlarını REGİSTRY-dən tamamilə təmizləmək üçün aşağıdakı ardıcıllıqları diqqətlə yerinə yetirin:
    1)Пуск (start) menyusundan выполнить (run) əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edib OK vurun



    2)Sol tərəfdə aşağıdakı şəkildə gördüyünüz kimi bir pəncərə açılacaqdır.


    3)Açılmış pəncərədə мой компьютер (my computer) yazısını qeyd edin.Sonra klavyaturada F3 düyməsini vurun.Aşağıdakı şəkildə gördüyünüz kimi yeni bir dialoq pəncərəsi açılacaqdır.


    4)Axtarış hissəsinə proqramınızın adını (Установка и удаление программ bölümündə yazıldığı kimi) yazın.Sonra proqrama aid tapılacaq bütün obyektləri silin.Kompüterinizi söndürüb yandırın. Proqramın heç bir izinin qalmadığını görəcəksiniz.

    DİQQƏT: Bu əməliyyatları həyata keçirərkən başqa sizə məlum olmayan heç bir şey silməyin. Əks halda əməliyyat sisteminizi zədələyə bilərsiniz.

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Internet Explorer-də Links yerinə istədiyiniz sözü və ya mətni daxil edə bilərsiniz.


    Yenə də Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin.


    HKEY_CURRENT_USER\Software\Microsoft\Internet Explorer\Toolbar daxil olun. Və sağ tərəfdə "LinksFolderName" tapıb üzərində 2 dəfə vurun.Links yazılmış dəyəri istədiyiniz söz və ya mətn ilə əvəz edin.



    Bu da nəticə:

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Sistem tərəfindən tez-tez diskdə çox az yer qalması haqqında məlumat verilməsinin ləğv edilməsi.
    Bunun üçün aşağıdakı ardıcıllıqları diqqətlə yerinə yetirin:

    Start menyusundan Run əmrini çalışdırın. Açılacaq dialoq qutusuna regedit daxil edin.



    HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\Explorer daxil olun.
    Sağ tərəfdə NoLowDiskSpaceChecks adlı yeni DWORD parametri yaradın.Bunun üçün siçanın sağ düyməsi ilə New>DWORD value.


    Yuxarıda qeyd etdiyim kimi parametrin adını NoLowDiskSpaceChecks qoyuruq.
    Dəyərini isə 1 veririk.


    Bu əməliyyatdan sonra sistem bir daha sizi diskdə az yer qalması haqqında məlumatla narahat etməyəcək

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Desktopda (Рабочий стол) olan səbəti (Корзина) My computer (Мой компьютер) pəncərəsinə əlavə etmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq.
    Sonra açılmış pəncərədən HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\Explorer\MyComputer\NameSpace tapıb qeyd edirik və siçanın (mouse) sağ düyməsi ilə Создать>Раздел seçib {645FF040-5081-101B-9F08-00AA002F954E} adlı bir açar yaradırıq.



    Bundan sonra My computer (Мой компьютер) daxil olduqda səbətin (Корзина) orada olacağını görəcəyik.

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Корзина-nın adının dəyişdirilməsi.
    Bu əməliyyatı həyata keçirmək üçün Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq.
    HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E} tapırıq.

    Və sağ tərəfdə LocalizedString üzərində dəyişikliklər edirik. LocalizedString üzərində 2 dəfə vurub açılacaq yeni dialoq pəncərəsinin daxilində "@%systemRoot%\system32\SHELL32.dll,-8964" yazılacağını görəcəksiniz.



    Bunu pozun.Əvəzinə daxil etmək istədiyiniz yeni adı yazın.Misal üçün mən " Səbət " yazdım:

    Daha sonra Корзина-nın adının dəyişəcəyini görəcəksiniz.Əvvəlki vəziyyətinə qaytarmaq üçün əvvəlki parametrləri qeyd etmək lazımdır.Yəni həmin dialoq qutusuna "@%systemRoot%\system32\SHELL32.dll,-8964" yazmaq lazımdır.
    Əgər kompüterdən bir deyil bir neçə şəxs istifadə edirsə və hərənin özünün şəxsi istifadəçi adı (Username) vardırsa bu zaman hər bir istifadəçi səbətin ona məxsus olmasını belə qeyd edə bilər.Yəni açılmış dialoq pəncərəsinə məsələn "Səbətin sahibi-%Username%".Bu zaman səbətin adı hazırda kompüterdən istifadə edən istiafədəçinin adına müvafiq olaraq göstəriləcəkdir.

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Windows SİRLƏRİ

    Рабочий стол-da (Desktop) kursoru səbətə (Корзина) yaxınlaşdırdıqda belə bir ifadənin yazıldığını görürük:"Используется для временного сохранения файлов и папок, которые были удалены".



    Əgər siz bu ifadəni özünüzün şəxsi ifadənizlə əvəz etmək istəyirsinizsə onda yenə də Пуск(start)>Выполнить (Run) daxil olub açılacaq dialoq pəncərəsinə regedit yazırıq. HKEY_CLASSES_ROOT\CLSID\{645FF040-5081-101B-9F08-00AA002F954E} tapırıq.Və sağ tərəfdə yazılmış İnfoTip üzərində 2 dəfə vururuq:


    Yeni bir dialoq qutusu açılacaqdır.Açılmış dialoq qutusuna istədiyimiz ifadəni yazırıq.Məsələn mən "Pozulmuş fayllar bu səbətə əlavə olunur" yazdım:

    Və bu da nəticə:

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.