Cem Yılmaz, yeni filmi "Yahşi Batı" üçün bir kovboy qəsəbəsi qurur. Cəmi 500 min lirəyə düşməsi gözlənilən qəsəbədə hər şey var.

25 İişçi dayanmadan işləyir.

Məşhur komediya ustası axtardığı məkanı Kemerburgazda tapdı. 25 işçi "Vahşi Batı" qəsəbəsini tikmək üçün gecə gündüz demədən işləyirlər.

İnşaatı az qala bitən və 500 min lirəyə düşən qəsəbədə kilsədən bara, şərif bürosundan cənazə ləvazimatçısına qədər hər şey var.

Qızıldərili lideri belə var.

Cem Yılmaz; Selma Ergeç, Özkan Uğur və Ozan Güvənin rol alacağı filmini belə izah edir: "İnsanlar elm fantastika gözləməsin. Zaman maşınına minib oraya gedilmir. Filmdə bizim Westernlerdə görüb qorxduğumuz kovboylar və kimsənin nə dediyinə çox məna verə bilmədiyi Qızıldərili qəbilə lideri belə var."
Cem Yılmazın AROG filmində rol alan Zəfər Algöz, məşhur şovmenin yaz aylarında yeni filmini çəkəcəyini və özünün də rol alacağını söylədi.

Mətbuatda da iştirak etdiyi kimi Cem Yılmazın bir kovboy filmi çəkəcəyini izah edən Zəfər Algöz, filmin adını da açıqladı. Cem Yılmazın filminin adının ‘Vahşi Batı' olacağını ifadə edən Algöz, "Bu səfər bir yerli kovboy filmi olacaq. Çəlilişlərə avqust ayının başında başlayacağıq. Onsuz da hekayəni Cem aylar əvvəlindən AROG setində də izah edirdi. Yavaş-yavaş ssenarini bir cür genişləndiribdir. Adı ‘Vahşi Batı'dır. 2-3 gün əvvəl də birlikdəydik, ssenarini başdan sona qədər izah etdi. Bu səfər yenə çox güləcəyik, elə görünür" deyə danışdı.

Cem Yılmazı da tərifləyən Zəfər Algöz, "Mənim üçün Türkiyədə bir nömrədir. Onun etdiyi hər işdə kiçik bir rol belə oynamaq mənim üçün çox böyük xoşbəxtlikdir" dedi.

Hələki ssenarisi sir kimi saxlanan bu filmin izlənmə rekoru qırmağı ehtimal olunur.Çəkiliş üçün hazırlanan bu qəsəbənin çəkilişlər bitdikdən sonra da dağılmayacağı və muzey kimi istifadə ediləcəyi bildirildi.Maraqla gözlənilən bu kinonun artıq şəkilləri çıxdı.Bir sözlə, maraqla gözlənilən bu film Cem Yılmaz fanatlarını çox sevindirəcək və qəhqəhələrə boğacaq.