Müşahidə səpkisində çəkilən film Şəki şəhər mərkəzi mədəniyyət evinin rəhbəri Vaqif Kərimovun mədəniyyət və incəsənət sahəsindəki xidmətlərindən bəhs edir. 64 illik ömrünün 40 ilini peşəsinə həsr edən Vaqif müəllim işində intizamlı və səliqəliyi ilə seçilir. O, həm də şirin yumoru ilə şəkililərin sevimlisidir. Qəhrəmanın portretini bəzək-düzəksiz, bütün çalarları ilə verməyə çalışan yaradıcı heyət filmdə musiqi tərtibatından daha çox, təbii səs-küyə üstünlük verib.

Quruluşçu rejissor: Əli İsa Cabbarov
Quruluşçu operator: Adil Abbasov
Səs rejissoru: Rəşad Mustafayev
Montaj: Rauf Sultanov
Redaktor: Vüqar Tapdıqlı
Direktor: Sahib Heybətov

Film "Azərbaycantelefilm" Yaradıcıdıq Birliyində istehsal olunub.