Abdulla Babayev Azərbaycan xalq mahnılarının, muğamlarımızın mahir ifaçısıdır. Naxçıvanda yaşayan 80 yaşlı xalq artisti, musiqi xəzinəmizin incilərini özünəməxsus tərzdə xalqa çatdırır.
Ömür yolu filmində mahir sənətkarın ömür yolunun yaddaqalan məqamları bədii səhnələrlə əks etdirilir.
Bədii-sənədli televiziya filminin:

Ssenari müəllifi: Eldar İskəndərzadə
Quruluşçu rejissor: Vasif Məmmədzadə
Quruluşçu operator: Mahir Cahangirov
Səs rejissoru: Rəşad Mustafayev
Montaj: Şahin Nəcəfov
Redaktor: Vüqar Tapdıqlı
Direktor: Xəqani Savalandır

Film "Azərbaycantelefilm" Yaradıcıdıq Birliyində istehsal olunub.