Seyid nigari filmi Sufi ədəbiyyatının görkəmli nümayəndəsi Mir Həmzə əfəndinin taleyi ilə bağlıdır. O, 1795-ci ildə Qarabağın Cicimli kəndində Mir Rüknəqin əfəndinin ailəsində dünyaya gəlib, 1886-cı ildə Türkiyədə vəfat edib. Vəsiyyətinə görə Amasiya şəhərindəki "Şirvan camisində" torpağa tapşırılan Mir Həmzə əfəndinin "Divanı" vəfatından sonra Tiflisdə, İ stanbulda və Bakıda nəşr olunub. O, Nəqşibənd təriqətinin davamçısı kimi poeziyanın klassik nümunələri olan tərcin, tərcibənd və qitəyə müraciət edirdi.

Ssenari müəllifi: Yaqub Əlioğlu
İdeya müəllifi: Vüqar Tapdıqlı
Quruluşçu rejissor: Rafiq Dadaşov
Quruluşçu operator: Nəriman Şıxəliyev
Səs rejissoru: Ceyhun Ağayev
Montaj: Yafət Xeyirov
Redaktor: Aydın Qurbanoğlu
Direktor: Məhyəddin Əsgərov

Film "Azərbaycantelefilm" Yaradıcıdıq Birliyində istehsal olunub.