İncə dərəsi Qazax rayonunun Gürcüstanla sərhəd hissəsində yerləşir. Inci çayının sahilindəki Kəmərli - kimer, Qaymaqlı- qamak, Aslanbəyli- incu kəndləri özünəməxsus yaşayış tərzini bugünə kimi qoruyub saxlayıb. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır. Televiziya filmində bu bölgə insanlarının müqəddəs ziyarətgahı olan böyük sufi nəqşibəndi təriqətinin davamçısı Hacı Mahmud əfəndinin türbəsi də lentə alınıb.

Ssenari müəllifi: Aydın Qurbanoğlu
Quruluşçu rejissor: Ramazan Mezim
Quruluşçu operatorlar: İzzət Əzizov, Mətləb Yaqubov
Səs rejissoru: Firudin Hüseynov
Montaj: Rauf Sultanov
Redaktor: Sadıq Elcanlı
Direktor: Məhyəddin Əsgərov

Film "Azərbaycantelefilm" Yaradıcıdıq Birliyində istehsal olunub.