Tənha ruh filmi təzadlı, əzablı bir yol keçmiş, 1905-ci il Rus–Yapon və I Dünya m üharibəsində rus çar ordusunun generalı kimi misilsiz şücaətlər göstərən general Səməd bəy Mehmandarov haqqındadır. O, Azərbaycan Demokratik Respublikasının yaranmasında əvəzsiz xidmət göstərənlərdən olmuşdu. Azərbaycanda Dövlət təhlükəsizlik sisteminin əsasını qoyan və Milli Ordumuzu yaradan da məhz Səməd bəy Mehmandarov idi.
Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Miri Rzayev, operatoru Adil Abbasov .

Ssenari müəllifi: Camal Yusifzad
Quruluşçu rejissor: Miri Rzayev
Quruluşçu operator: Adil Abbasov

Film "Azərbaycantelefilm" Yaradıcıdıq Birliyində istehsal olunub.