Valın üçüncü üzü filmi bəstəkar Fərəc Qarayevə həsr olunub. Filmdə rejissor qəhrəmanın həyat tərzini ön plana çəkib. Böyük bəstəkardan yadigar qalan Fərəc Qarayev atasının yolunu davam etməyə qərar vermişdi. Ancaq bəstəkarı yaradıcılıq illərində həmişə bir neçə sual narahat edib. O düz yol seçibmi, atasının layiqli davamısı ola biləcəkmi? Buna görə də Fərəc Qarayevin bəstələləri o qədər də çoxsaylı deyil. Bəstəkar həyatının bir hissəsini Moskva şəhərində yaşayıb. O dövrdə də yaradıcılıqla məşğul olmaq üçün o tez-tez Bakıya gəlib və burada öz doğma şəhərində yeni kompozisiyalar, yeni əsərlər yaradardı. Fərəc Qarayevin fikrinə görə 1976-cı ildə "Iki ifaçı üçün sonata" əsərini yazdığdan sonra o bir bəstəkar kimi formalaşıb. Filmdə Fərəc Qarayevin "Sevgi dəryasında səyahət", "Qəmli gecənin qısa melodiyası" və "1791-ci ilin serenadası" kompozisiyalarından fraqmentlər səsləndirilib.

Ssenari müəllifləri: Vəli Səyyadi, Rafiq Həşimov
Rejissor: Elçin Musa oğlu
Quruluşçu operator: Cabbar Kamaloğlu
Səs rejissoru: İkram Məmmədov
Montaj: Əhməd Məcidov
Redaktor: Vüqar Tapdıqlı
Direktor: Sahib Heybətov

Film 1996-cı ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.