Film Azərbaycanın milli bayramı sayılan Novruz bayramına həsr olunub. Filmin rejissoru süjeti 4 xətt üzrə bölüb. Bu xətlər qeyd olunan çərşənbə axşamları ilə bağlıdır: su çərşənbəsi, külək, torpaq, od çərşəbələri. Film müşahidə xarakteri daşıdığına görə novruz bayramına hazırlıqlar Azərbaycanın ayrı-ayrı bölgələrində lentə alınıb. Hər bölgədə bayram qabağı xüsusi tədbirlər görülür, milli adət-ənənələr həyata keçirilir. Filmin maraqlı cəhəti ondadır ki, rejissor baharın gəlişini bahar qızının simasında yox, ağ atın üstündə ağ libasda olan oğlan görkəmində verib. Filmin sonunda bahar ab-havası Bakıya-Içəri şəhərə gəlib çatır. Burada bayram tədbirləri keçirilir, milli rəqslər oynanılır, hər evdə bayram süfrələri, xonçaları düzülür.

Ssenari müəllifləri: Vüqar Tapdıqlı, Sadıq Elcanlı
Rejissor: Rəhim Sadıqbəyli
Operator: Adil Abbasov
Səs rejissoru: Firudin Hüseynov
Montaj: Fuad Əlişov
Direktor: Məhyəddin Əsgərov

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.