Film xalq artisti, görkəmli xanəndə Arif Babayevə həsr olunub. Arif Babayev zəngin Qarabağ torpağının çoxsaylı istedadlarından biridir. Sənətkar hələ cavanlıq illərində görkəmli sənətkarlarla Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Seyid Şuşinski ilə daim təmasda olub, onların sənətindən bəhrələnib, muğamın sirlərinə yiyələnib. Bu gün Arif Babayev onların layiqli davamçısıdır. Xanəndə 1984-cü ildən konservatoriyada müəllim işləyir. Öz təşəbbüsü ilə orada muğam sinfi yaradıb, muğam üzrə ilk professor adını qazanıb. Muğamla islamı bir tutan və onları biri-birindən fərqləndirməyən Arif Babayev bir çox müqəddəs Məkkə, Kərbəla, Məşhəd şəhərlərini ziyarət edib. Filmdə təbiət qoynunda Arif Babayevin bir neçə mahnısı və xarici səfərlərdəki qastrol konsertlərdən fraqmentlər lentə alınıb.

Ssenari müəllifi: Mustafa Çəmənli
Quruluşçu rejissor: Nazim Abbas
Quruluşçu operator: Adil Abbasov
Səs rejissoru: Rəşad Mustafayev
Redaktor: Sadıq Elcanlı
Montaj: Yafət Xeyirov, Arzu Qasımov, Fuad Əliyev
Direktor: Vüqar Tapdıqlı

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.