Azərbaycanda xalçaçılıq qədim sənət növlərindən biridir. Azərbaycan xalçalarını seyr etdikdə onları bir kitab kimi, yazı kimi oxumaq olur. Təkcə Şimali Azərbaycanda xalça sənətinə nəzər yetirəndə, görmək olar ki, xalçalardakı kompozisiyalar 114-ə bərabərdi. Bu da təəccüb doğrultmur, çünki türk xalqlarının yaşayış tərzi köçəri olduğu üçün onların əhatə etdiyi yer uzaq Şərqdən indiki Azərbaycan və Türk xalqlarının yaşadığı əraziyə doğru gəlib çatır. Və hər bir ərazidən müxtəlif elementlər toplanıb, Azərbaycanın qədim etnoqrafiyasında, şərq nağıllarında, əfsanələrində olan totemlər, cürbəcür şəcərə bəzəkləri xalçalarda öz əksini tapıb. Film xalçaçı rəssam Hacı Eldar Mikayılova həsr edilib. Filmdə rəssamın böyük şair Məhəmməd Füzuliyə itthaf elədiyi "Şəbu-Hicran" xalçasının yaranma tarixçəsindən və rəssamın yaxın gələcəkdə hansı işlər üzərində işləməsindən söhbət gedir.

Film üzərində işləyənlər:
Sadıq Elcanlı
Nazim Abbas
Vaqif Behbudov
Firudin Hüseynov
Rauf Sultanov
Vüqar Tapdıqlı
Sahib Heybətov

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.