Faşist Almaniyası səmanı da müharibə meydanına çevirmişdi. Müharibənin dəhşətləri bütün acılığı ilə Azərbaycanda da hiss olunurdu. Öz iradəsindən aslı olmadan ölkəmiz istər-istəməz bu müharibənin fəal iştirakçılarından birinə çevrilmişdi. Yüz minlərlə azəri övladı silaha sarılıb ön cəhbəyə yollandı.
Film II-ci dünya müharibəsində öz igidliyi və şücaəti ilə dillər əzbəri olmuş Azərbaycan hərbi təyyarəçiləri Hüseyinbala Əliyevin, Cahangir Bağırovun, Asəf Səmədovun, Məzahir Abbasovun döyüş yoluna həsr edilib. Filimdə Azərbaycan təyyarəçilərinin xatirələri, həmçinin II-ci dünya müharibəsində baş verən hərbi döyüşlərin xronikası verilib.

Ssenari müəllifi və quruluşçu rejissor: Nazim Rza Israfiloğlu
Quruluşçu operator: Nəriman Şıxəliyev
Səs rejissoru: Ramiz Bağırov
Redaktorlar: Vüqar Tapdıqlı, Oqtay Orucov
Məsləhətçi: Məzahir Abbasov
Direktor: Məhyəddin Əsgərov

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.