II-ci dünya müharibəsi mərdlik və şücaət rəmzi olan qəhraman qadınlarını yetişdirdi: Leyla və Züleyxa kimi azəri qızları, azəri təyyarəçiləri. Bu öz dövrü üçün görünməyən bir hadisə idi. Onların hər birinin fəaliyyəti, yolu son dərəcədə dolğun, mənalı və romantik idi.
Film Azərbaycanın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetirməsi Züleyxa Seyidməmmədovaya həsr olunub. Züleyxa xanım, Jukovski adına hərbi hava akademiyasının məzunu idi. O II-ci dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakcısı idi. Müharibə dövründə alayın şturmanı vəzifəsində olan Züleyxa xanım, tabeliyində olan təyyarəçi qızların hərbi hazırlığının daha da yüksəlməsi üçün çoxlu vaxt və qüvvə sərf edib, şəxsi nümunə göstərib. Züleyxa Seyidməmmədova ordudan tərxis olduğdan sonra öz təcrübə və bacarığını cəmiyyətdən əsirgəmədi. Uzun illər ərzində respublikanın sosial təminat naziri, bir sıra ictimai təşkilatlarda Azərbaycanı xarici ölkələrdə təmsil etmişdir. Filmin istehsalı başa çatarkən təyyarəçi Züleyxa Seyidməmmədova dünyasını dəyişdi. Züleyxa xanım xalqın qəlbində özünün ikinci ömrünü yaşamağa başladı - əbədiyyat ömrünü.

Ssenari müəllifi və quruluşçu rejissor: Nazim Rza İsrafiloğlu
Quruluşçu operator: Nəriman Şıxəliyev
Səs rejissoru: Ramiz Bağırov
Redaktorlar: Vüqar Tapdıqlı, Oqtay Orucov
Məsləhətçi: Məzahir Abbasov
Direktor: Məhyəddin Əsgərov

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.