Leyla Məmmədbəyova hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. 1932-ci ildə Bakı şəhərində ilk dəfə aeroklub yaradılır. O, aerokluba gələn gənc təyyarəçilərə təlim keçib və onların təcrübəsinin artmağına böyük kömək göstərib.
Leyla Məmmədbəyova Azərbaycan təyyarəçiləri tarixində yeganə qadındır ki, onlarla təyyarəçi kadrı hazırlayıb.
Mikayıl Mikayılovun 1933-cü ildə çəkdiyi, "Ismət" bədii filmi ona həsr olunub. II-c dünya müharibəsi başlayanda Leyla xanım and içmişdir ki, qısa bir vaxt ərzində özünün təyyarəçilər qrupunu yaradacaq və onlarla birlikdə cəhbəyə uçacaq. Lakin onu cəhbəyə buraxmadılar. O, zaman Leyla xanım 4 uşaq anası idi. Lakin, o, aviyasiya mayoru playner paraşutu məktəbini açılmasına nail olur. Leyla Məmmədbəyova muharibə illərində 4 min paraşutçu - desantçı, yüzlərlə təyyarəçi hazırladı. Onlardan ikisi igidlik göstərdiklərinə görə Sovet Ittifaqı qəhramanı adına layiq görüldülər.
Filmdə Leyla Məmmədbəyovanın xronika materiyalları və "Ismət" bədii filmindən parçalar verilib. Həmçinin ilk təyyarəçi qadının övladlarının xatirələri də filmə daxil edilib.

Ssenari müəllifi və quruluşçu rejissor: Nazim Rza İsrafiloğlu
Quruluşçu operator: Nəriman Şıxəliyev
Səs rejissoru: Ramiz Bağırov
Redaktorlar: Vüqar Tapdıqlı, Oqtay Orucov
Məsləhətçi: Məzahir Abbasov
Direktor: Məhyəddin Əsgərov

Film 1995-ci ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.