Film Azərbycan muğamının və xalq mahnılarının mahir ifaçısı olan Nisim Nisimova həsr olunub. Nisimin qeyri adiliyi ondadır ki, o Quba yəhudilərindən olan ilk mügənni-xanəndədir. Nisim Azərbaycan dilində oxuyanda heç kim deyə bilmir ki, o azərbaycanlıdır, yoxsa yəhudidir. O da ondan irəli gəlir ki, Nisimov Azərbaycana, daxilən böyük sevgi ilə bağlıdır.
N.Nisimovun sözlərinə görə Azərbaycan muğamı onun üçün sonu olmayan bir dəryadır və muğamsız həyatı o təsəvvür edə bilmir. O, bir çox ölkələrdə, xüsusi ilə də Amerika Birləşmiş Ştatlarının və Kanadanın iri şəhərlərində Azərbayan muğamının sehrini və ecazkarlığını xarici vətəndaşlara böyük məharətlə tanıtdırıb.
Filmdə Nisim Nisimovun ifasında bir neçə xalq mahnısı lentə alınıb. Bu mahnıları Quba təbiətinin ecazkar gözəlliyi müşaət edir.

Film üzərində işləmişlər:
Nazim Abbas
Rəhim Sadıqbəyli
Akif Qasımov
Oqtay Əlizadə
Rəşad Mustafayev
Namiq Tağıyev
Sahib Heybətov
Vüqar Tapdıqlı

Film 1994-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.