1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və Israil dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər.
Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahil Ginzburqun, Taksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır. Erməni təcavüzkarlara qarşı döyüşlərdə böyük şücaət göstərən Azərbaycanın Milli qəhrəmanı, tankçı Albert Aqarunov azərbaycanlıların qəlbinə əbədi həkk olunub.
Yəhudi icmasının dinə münasibəti Azərbaycan Dövlətinin inkişafı naminə fəaliyyəti yəhudilərin asudə günlərində məşğuliyyəti filmdə öz əksini tapıb.

Ssenari müəllifləri: Aydın Kazımov, Rəhim Sadıqbəyli
Rejissor: Rəhim Sadıqbəyli
Operator: Adil Abbasov
Səs rejissoru: Rəşad Mustafayev
Montaj: Ayaz Əliyev, İlham İsayev
Redaktorlar: Sadıq Elcanlı, Vüqar Tapdıqlı
Direktor: Faiq Seyidməmmədov

Film 1994-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.