Film klassik nəfəs alətlərindən sayılan klarnetin mahir ifaçısı olmuş Məşədi Məhəmməddən bəhs edir. Kasıb ailədə böyümüş, uşaqlıqdan bir çox çətinliklərlə üzləşmiş Məşədi Məhəmməd heç bir musiqi təhsili ala bilməyib. Buna baxmayaraq o illərlə öz musiqi alətinin üzərində zəhmət çəkərək, saf, gözəl musiqi ifası axtarışında öz sənətinin peşəkarı oldu. Filmdə Məşədi Məhəmmədin ifasında bir neçə kompozisiya səslənir. Və tamaşaçı həzin musiqini dinləyərək sənətkarın geniş qəlbini duya bilər. Filmin ərsəyə gəlməsində tanınmış bəstəkar Rafiq Babayevin böyük rolu olub. Məhz o, Məşədi Məhəmmədin istedadlı musiqiçi olduğunu görüb, onun gözəl ifasını bütün Azərbaycana çatdırmaq istəyib. Lakin film ekrana çıxanda Rafiq Babayev artıq dünyasını dəyişmişdi. Ona görə də bu film Rafiq Babayevin xatirəsinə ithaf olunub.

Ssenari müəllifləri:
Quruluşçu rejissor:
Operator:
Rəssam:
Səs rejissoru:
Redaktor:
Montaj:
Direktor:
Nazim Abbas, Rəhim Sadıqbəyli
Nazim Abbas
Vaqif Behbudov
Mehriban Sadıqbəyli
Rəşad Mustafayev
Vüqar Tapdıqlı
Etibar Həsənov, İlham İsayev
Ələddin Vəliyev

Film 1994-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.