Bir çox minillik tarixə malik, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisi XX-ci əsrin son onilliyində dəhşətli təcavüzlərə məruz qaldı.
08.05.1992-ci il. Şuşa heç vaxt belə faciəli günlər görməmişdi. Azərbaycan Konservatoriyası adlandırılan Şuşanın ürəyinə dağ çəkildi. Gövhər qala məscidi tam dağıdıldı. Şuşanın milli yaddaş saxlancı - muzeylər vəhşicəsinə talan edildi. Neçə-neçə şuşalı azərbaycanlı girov götürüldü.
17.05.1992-ci il. Azərbaycanın qartallar yurdu, Qarabağın arxası, söykənci, köməyi Laçın vəhşi düşmən əlləri ilə oda-alova büründü. Dağlıq Qarabağ inzibati bölgəsinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən bütövlüklə işğal olundu.
06.04.1993-cü il. Kəlbəcər, 17.06.1993-cü il Ağdərə, 23.07.1993-cü il Ağdam, 18.08.1993-cü il Cəbrayıl, 23.08.1993-cü il Füzuli, 31.08.1993-cü il Qubadlı, 25.10.1993-cü il Zəngilan rayonları eyni aqibətə düçar oldular. Dinc əhalini vəşhicəsinə gülləbaran edən, günahsız girovları qəddarcasına qətlə yetirən quduz erməni faşistlərini tarix özü mühakimə edəcək, lənətləyəcək.
Filmdə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi arxiv materiallarından içstifadə olunub. Və filmi izləyənlər erməni daşnaqlarının törətdiyi cinayətlərinin, yalnış siyasətlərinin əyani şahidi ola bilərlər.

Film üzərində işləmişlər:
Sadıq Elcanlı
Mirsaleh Axundlu
Nazim Abbas
Akif Qasımov
Rəhim Sadıqbəyli
Oqtay Əlizadə
Azər Ibadov
Eldar Mansurov
Rəşad Mustafayev
Namiq Tağıyev
Ələddin Vəliyev
Vüqar Tapdıqlı

Film 1994-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.