Film Azərbaycan rəssamı Nailə Seyfullayevanın yaradıcılığından bəhs edir. Nailə xanım Azərbaycan dekorativ tədbiqi sənətinin inkişafında böyük əməyi olan şəxslərdən biridir. Filmdə rəssamın bir neçə yeni işləri tamaşaçının gözü önündə canlanır.
Təbiətdə rast gəldiyimiz hər bir görüntü gözəldir. Istər hər hansı qurumuş budağın, solmuş çiçəyin, dəniz suyu ilə itilənmiş sal daşların öz rəmzi gözəlliyi var. Adi bir ağac budağı ilə, qurumuş payız yarpağından rəssam əsrarəngiz əl işləri yaradır. Bu əsərləri seyr edən hər bir tamaşaçı onları yaradanın zəngin daxili dünyasını, gözəlliyini həmin an duymağa başlayır. Məhz daxil ən zəngin gözəlliyə malik, ruhən saf insanlar bu cür yüksək sənət əsərləri yarada bilər. Rəssamın əl işlərindən ibarət olan kolleksiyası bir çox xarici ölkələrdə nümayiş etdirilib. Nailə xanımın Azərbaycanda keçirilən böyük sərgisi də filmə daxil edilib.

Film üzərində işləyənlər:
Telli Pənahqızı
Vaqif Behbudov
Fazil Hadıyev
Firudin Hüseynov
Zaur Mustafayev
Rəhim Seyfullayev
Leyla Vəzirzadə
Ələddin Vəliyev

Film 1994-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.