Film 1990-cı ildə Bakı şəhərində baş vermiş qanlı yanvar hadisələrindən bəhs edir. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları qanunsuz olaraq Bakı şəhərinə yeridildi. Şəhərin yüzlərlə dinc əhalisi odlu silahdan, zirehli texnikadan açılan atəşlərə məruz qaldılar. O günlər yüzlərlə günahsız insanlar şəhid oldular. Həmin gün 20 yanvar hadisəsi SSRI rəhbərlərinin şovinist maskalarını açıb ifşa etməklə yanaşı, Azərbaycan tarixini ən parlaq səhifələrindən biri oldu. 20 yanvar Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru ən böyük addımlarından biri idi. Nə qədər ki, Azərbaycan dövləti azaddır, müstəqildir, bir o qədər də şəhidlərimizin ruhu şad olacaqdır.

Ssenari müəllifi: Sadıq Elcanlı
Rejissor: Aydın Dadaşov

Operatorlar: Ələkbər Muradov, Eldar Məmmədov
Montaj: Gilana Axundova, Fuad Cabbarov
Səs rejissoru: Firudin Hüseynov
Direktorlar: Ələddin Vəliyev, Faiq Seyidməmmədov

Film 1994-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.