Film patriotik-çağırış janrında çəkilib. 1993-cü ildə Azərbaycanda yaranmış ağır günləri əks etdirir. Minlərlə soydaşımız erməni separatçıların iyrənc siyasəti nəticəsində öz doğma yerlərindən didərgin düşüblər. Filmdə o zaman təzəcə yaranmış qaçqın şəhərciklərin görüntüləri verilib. O acınacaqlı dövrdə Azərbaycan torpağının övladları suya, çörəyə həsrətli idilər. Film boyu Azərbaycanın müxtəlif bölgələrində yaşayan ağsaqqalların, ağbircəklərin halallıqla böyümüş, vətənimizin igid oğlanlarına tövsüyələri, nəsihətləri verilir. Filmdə həmçinin Dağlıq Qarabağda vuruşan Azərbaycan əsgərlərinin xalqına döyüş ruhu ilə dolu çağırışları səslənir.
Filmin lentə alınmasından 11 il keçməsinə baxmayaraq mövzu bu gün də aktualdır. Çünki indi də Azərbaycan ərazisinin 20 faizindən artığı işğal altındadır, bu günlərdə də minlərcə qaçqınlar çox ağır şəraitdə yaşayır. Ona görə də hər bir Azərbaycanlının qəlbində patriotik hisslər, döyüşkən ruh heç vaxt sönməməlidir.

Ssenari müəllifləri: Nazim Abbas
Qurluşçu rejissorlar: Rəhim Sadıqbəyli
Qurluşçu operator: Eldar Məmmədov
Bəstəkar: Eldar Mansurov
Səs rejissoru: Rəşad Mustafayev
Direktoru: Faiq Seyidməmmədov

Film 1993-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub.