Film Almaniyada yaşayan əslən Azərbaycanlı olan Ibrahim Əhraridən bəhs edir. I.Əhrari Cənubi Azərbaycanın - Urmiya şəhərində doğulub. Elə burada da onun rəssamlığa həvəsi yaranıb. O 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə Iranda yaranmış siyasi vəziyyət və Ibrahimin valideyinlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşır. 1966-cı ildə Ibrahim Əhrari Almaniyaya gedir və orada yaşayıb rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir. 1975-ci ildən Almaniya Rəssamlar təşkilatının işçisidir. 1988-ci ildən Azərbaycan-Almaniya mədəniyyəti təşkiltatının yaradanlardan biridir.
I.Əhrarinin əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıtdırıb dünyaya yaysın ki, bizim öz mədəniyyətimiz, öz dilimiz var. Filmdə atların canlı təsfirləri ilə birgə rəssamın rəsm əsərlərində də at təsfirləri üstünlük təşkil edir. O da onunla bağlıdır ki, at muradlılıq, igidlilik, qürurluluq rəmzi daşıyır. I.Əhrarinin də arzusu odur ki, Azərbaycanı, öz doğma yurdunu bütöv, firavan və qürurlu görsün. Rəssam öz əsərlərini əsasən abştraksionizm və surrealizm janrında çəkib.

Ssenari müəllifi: Sadıq Elcanlı
Qurluşçu rejissor: Nazim Abbas
Operator: Oqtay Əlizadə
Bəstəkar: Eldar Mansurov
Səs rejissoru: Rəşad Mustafayev
Direktor:Ələddin Vəliş

Film 1993-cü ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində istehsal olunub