Azərbaycan rəssamlığında tanınmış sənətkarlardan biri də Səttar Bəhlulzadədir. Böyük rəssamın vəfatından illər keçsədə onun yaradıcılığı rəsm əsərlərinin cazibəliyi sənətsevərlərdə bu gündə maraq doğurur.
Film Səttar Bəhlulzadənin düşüncə ilə dolu təbiətlə sözsüz daxili dialoqları üstündə qurulub. Ekranda rəssamın əsərlərinin böyük bir hissəsi öz təcəssümünü tapıb. Rəssamın hər bir əsəri təbiətin bir parçasıdır. Filmdə rəssam təbiətdə və emalatxanada iş prosesi vaxtı lentdə öz əksini tapmışdır. Filmin axırında Səttar Bəhlulzadənin bir neçə avtoportreti göstərilir və filmi seyr edənlərə bir çox suallardan biri aydın olur: "Görəsən rəssam özünü necə görüb, təsvir edirdi?"
Ssenari müəllifi: Anar

Rejissor: R.Axundov
Operatorlar: N.Şixaliyev, O.Əlizadə
Səs rejissoru: R.Qasımova
Redaktor: K.Mehdiyev
Direktor: M.Qasımov

Film 1969-cu ildə kinolentə alınıb.