Min bir gecə" serialında rol almağa sizi məcbur edən amillər hansılardır?

- Halut Ergenç: Ssenarini görən kimi Onur obrazı xoşuma gəldi. Birinci seriyanın sonunda Onur Şehrazata 150 min ABŞ dolları təklif etdiyi səhnə mənə təsir edən səhnələrdən biridir. Mən ssenarini oxuyarkən təklif olunan obrazın gözü ilə roluma baxdım. Mən bu obrazı canlandırsam, nə qədər zövq ala bilərəm deyə düşündüm.

- Onur obrazı sizə mənfi təsir bağışlamadı ki?

- Təbii ki, Onurun Şehrazata etdiyi təklif çox pis təsir etdi. Amma bu obrazı yaratmağın cazibəsi var. Mənə bu maraqlı idi. Hekayə bir çox insan tərəfindən bəyənilməsə də, mən Onur obrazını oynayacağım üçün bu hekayəni sevdim. Amma serialın və o səhnənin bu qədər danışıq mövzusu olacağını düşünməmişdim.

- Demək olar ki, 5 ay 150 min ABŞ dolları haqqında danışıldı…

- Biz bunu sadəcə mövzu etdik. Bu məsələnin 5 ay müzakirə edilməsinin səbəbi biz deyilik. Başqa səbəblər var.

- Bergüzar xanım, Halit bəylə razısınızmı?

- Bergüzar Korel: Bu filmdə Şehrazatın vəziyyəti və 150 min ABŞ dolları var. Amma insanlar bu məsələyə başqa prizmadan yanaşdılar. Yəqin, bir çox insan oxşar hadisələr yaşayıb. Amma bu hadisələrin heç birinin bizim serial ilə əlaqəsi yoxdur. Çünki bizim hekayədə bir ana var. Heç kəs bu məsələni olduğu kimi qavramadı, işi cinsiyyətə bağladılar. Bir ilə yaxın müzakirə mövzusu olduğu üçün məni üzdü. Bəzən Şehrezata təklif edilən 150 min dollar yerinə Bergüzar Korele təklif edilən 150 min dollar yazılır. Bu məsələni mənimlə əlaqələndirdilər.

- Çətin günlər yaşamısınız. Amma belə bir serialda rol almaq gənc aktrisa üçün şans sayıla bilərmi?

- Mən həmişə çox şanslı olduğumu söyləyirəm. Həm şirkət, həm də ətrafımdakı insanlar məni çox qane edir. Halit kimi bir aktyorla oynamaq isə ayrı bir şansdır.

- Çəkiliş meydançasında Halit bəyi və çəkiliş heyətini əsəbiləşdirəcək dərəcədə bir çox dubla lentə alınan səhnə olubmu?

- B.K. İlk seriyanın son səhnəsində çətinliyim oldu. Onurdan 150 min ABŞ dolları borc istədiyim səhnəni nəzərdə tuturam.

- H.E. O səhnə bizim üçün çox maraqlı bir xatirədir.

- Bir az danışa bilərsinizmi?

- H.E. Hamı "Bu səhnə belə olmalı, elə olmalıdır" dediyi üçün Bergüzar təşvişə düşdü. Ona görə də o, obrazdan bir az uzaqlaşdı. Onu bu obraza qaytarmaq lazım idi.

- Bunu necə həyata keçirdiniz?

- H.E. Bergüzarı həqiqətən də stresə salmaq üçün çalışdım. O, hirslənərək rolun öhdəsindən gəldi.

- B.K. Halit həmişə mədəni, həssas insandır. Aramızda heç vaxt inciklik olmayıb. Səhnəni oynayanda onun otağına girib, "Sizinlə bir məsələ barədə söhbət edə bilərəmmi?" deyə soruşdum. Təbii ki, lazım olan obrazın öhdəsindən gələ bilmədim. Bu zaman Halit mənə çox sərt bir şəkildə "Yox olmaz! Çölə çıx!" dedi. Bu üsuldan xəbərim var, amma bunu Halitin həyata keçirəcəyini heç ağlımın ucundan da keçirməmişdim.

- H.E.Otağa gülə-gülə girdi. Mən də hirslənib, "Gülmə, çölə çıx!" dedim. Hər dəfə daha da hirslənirdim. Onu obraza soxmaq üçün bunu etmək məcburiyyətində idim. Mənim bu halımı çəkiliş heyəti də həqiqət zənn etdi. Çünki heç kəs mənim bunu yalandan etdiyimi bilmirdi.

- B.K.Qapını çırpıb çıxır və divarı təpikləyirdim. Halit isə sakitləşmir, içəridən qışqırırdı. Sonra yanına getdim və "Halit sakitləş, nə edəcəyimi bilirəm", - dedim. O isə daha da əsəbiləşdi. Mən isə daha da pis oldum və səhnəni istədiyimiz kimi lentə ala bildik. Çəkiliş bitdikdən sonra, Halit və rejissor Kubret məni qucaqladı.

- Serialda nələr olacaq?

- H.E. Bunu söyləyə bilmərəm. Tamaşaçıların həvəsini qırmaq istəmirəm. Mən heç anama da bu barədə heç nə danışmıram.

- Filmin qəhrəmanları evlənəcəkmi?

- B.K. Filmdə nə olacağını söyləyə bilmərəm. Ən yaxşısı budur, filmi izləyin. Şehrazat özünü bədbəxt hiss edəcək. Yenə də övladı üçün ayaqüstə durmağa çalışacaq. Amma hər dəfə haqlı olduğunu düşünən Şehrazat bu dəfə yanılacaq. Filmdə onu sürprizlər gözləyir.

- Halit bəy, siz evləndiniz, Bergüzar isə Tan Şağtürklə görüşür. Halit bəy, evlilik necə bir hissdir?

- H.E. Çox şey söyləmək istəmirəm. Birlikdə verdiyimiz qərar idi. Həyata keçirmək istədik və evləndik. Çox xoşbəxtəm.

-B.K. Mən də çox xoşbəxtəm. Bunu heç vaxt söyləməkdən çəkinməyəcəm. Sadəcə, münasibətlərimizi hamının gözləri qarşısında yaşamaq istəmirik. Allaha şükürlər olsun, Tan ilə bir-birimizi gözəl başa düşürük.