6 sonuçtan 1 ile 6 arası

Kinoteatr

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Kinoteatr

    Kinoteatrlar haqqinda melumat yazin

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    ən çox kinoteatr ABŞ-dadır – 15,5 min. İlk “beşlik”də sonrakı yerləri Ukrayna (7795), Almaniya (4712), Belarus (3780) və İspaniya (3354) tutur. Kino biletlərinin satışına görə Rusiya dünyada 21-ci, Gürcüstan 22-ci, Belarus 34-cü, Ukrayna 45-ci, Qazaxıstan 63-cü, Tacikistan 69-cu, Azərbaycan 74-cü, Moldova isə 77-ci sıradadır. Bu sahədə lider dövlətlər Hindistan, ABŞ, İndoneziya, Fransa, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, İspaniya və Meksikadır.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    “Təhminə” filmində Zaur rolunu mənə verməsəydilər, özümü dördüncü mərtəbədən atacaqdım. Çünki sınaq çəkilişlərində iştirak etsəm də, sonradan mənə bildirdilər ki, filmə türkiyəli aktyor çəkiləcək”.


    bu sözləri xalq artisti Fəxrəddin Manafov deyib. Onun sözlərinə görə, filmin maliyyə xərclərini türkiyəli biznesmen ödəyib, Zaur roluna da məhz türkiyəli aktyorun çəkilməsi şərtini irəli sürüb: “Filmin sınaq çəkilişləri “Azərbaycanfilm” Kinostudiyasında aparılırdı. Məni çəkilişə Rasim Ocaqov dəvət etmişdi. Sınaq çəkilişi zamanı qulağıma pıçıldadı ki, bu rola çəkilməyəcəyəm, məni sadəcə sınaq üçün çağırıblar. Həmin vaxt dözə bilmədim və Rasim Ocaqova bildirdim ki, bu rola məni çəkməsə, özümü dördüncü mərtəbədən atıb öldürəcəyəm”. Əsərin çox dərin olduğunu vurğulayan aktyor yenidən bu filmə çəkilmək istəyini də gizlətməyib: “Əgər bu filmi yenidən çəkmək istəsələr, yenə də Zaur obrazını canlandırardım. Tərəf müqabilimin isə Amaliya Pənahova olmasını istərdim”.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Gələn il 60 yaşı tamam olacaq Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev təqaüdə çıxmaq niyyətindədir.


    Aktyor 60 illik yubileyini geniş şəkildə qeyd etmək istəmədiyini bildirib: “Əgər ömür vəfa etsə, ən yaxın dostlarımı yığıb 60 yaşımı qeyd etmək fikrindəyəm. Heç kimdən hədiyyə də gözləmirəm, ancaq rollar arzusundayam. 60 yaşımı tamamladıqdan sonra təqaüdə çıxmaq haqqında düşünürəm”. Aktyorluq fəaliyyətini davam etdirəcəyini bildirən Rasim Balayev sənətdə yaş amilinin olmadığını vuğrulayıb: “60 yaşdan sonra da sənətdən ayrılmaq fikrim yoxdur. Axı, səhnələşdirilən əsərlərdə qoca kişi rolları da var, bu rolları da oynamaq lazımdır. Düzdür, yenə də yaş özü bəzi şeyləri diktə edir. 30 yaşında oynadığım rola 60 yaşında uyğun gəlmirəm. Hər yaşın öz rolları var və yaş istər-istəməz həm fiziki, həm zahiri görünüşü dəyişir. “Babək” filmində elə tryuklar etmişəm ki, indi fiziki cəhətdən onun öhdəsindən gələ bilmərəm”. Özünün aktyor məktəbini yaratmadığını bildirən aktyor, hələ də başqalarından öyrəndiyini qeyd edib: “Öyrətmək mənim imkanım daxilində olan məsələ deyil. Öyrənməli nə isə varsa, hamısı ekrandadır. Öyrənmək istəyən elə ekrandan da öyrənə bilər. Şəxsən mən ekran vasitəsi ilə görmədiyim, görüşmədiyim insandan çox şey öyrənmişəm”. Rasim Balayev Nəsimi obrazını ən əziz hesab etdiyi rol adlandırıb: “Sənət yolumda mənim üçün yaşıl işığı “Nəsimi” filmi yandırıb. Ona görə də bu film mənim üçün digərlərindən daha əzizdir. Çalışmışam ki, böyük-kiçikliyindən asılı olmayaraq hər rolu ssenariyə və filmin tələbinə uyğun şəkildə təbii ifa edim. Həcmindən asılı olmayaraq bütün rollarıma eyni münasibətlə yanaşmışam. Ürəyimdə qalan rol yoxdur, amma könlümdən çox rollar oynamaq keçir”. Sonuncu obrazını “Qala” filmində canlandırdığını deyən aktyor, filmlərlə bağlı arzularının həyata keçməsinin yazılan ssenarilərdən asılı olduğunu deyib. Bir neçə müddət əvvəl reklama çəkildiyini xatırladan aktyor, reklam çarxında Nizami rolunu canlandırdığını deyib: “Mənim bu reklamda çəkilməyimi arzuladılar, mən də razılaşdım. Bir dəfə də bir müalicə müəssisəsinin reklamında çəkilmişəm. Çəkildiyim reklamlardan demək olar ki, maddi gəlirim olmayıb”. Aktyorun ancaq səviyyəli reklama çəkilməsinin tərəfdarı olduğunu deyən Rasim Balayev, bu prosesin bütün dünyada müşahidə olunduğunu qeyd edib: “Səviyyəli süjet xətti olan reklama çəkilmək olar. O yerdə ki, o adamın bircə sözünə ehtiyac var, o reklamda çəkilmək qəbahət deyil. Mən klipə də dəvət almışam, ancaq dəvət edənlərin heç biri bu klipdə iştirakımın zəruriliyinə məni inandıra bilməyib. Əgər məni inandırsalar ki, klipdə iştirakım zəruridir, çəkilməyə razılaşaram. Hətta epizodik rola belə razılığımı verərəm”. Aktyor hazırda Azərbaycan kinosunun vəziyyətinin qənaətbəxş olduğunu bildirib: “Hazırda Azərbaycan kinosu dirçəlişə doğru gedir. Bu sahə dövlət tərəfindən maliyyələşir və il əzrində 4-5 film çəkmək imkanı var. Uzun illər isə ümumiyyətlə filmlər çəkilmədi. Gənclər televiziyalarda sənədli filmlər çəkməyə məcbur oldular. Təşəkkül prosesi gedir, nəsil dəyişir, artıq qocaman sənətkarlardan çox az adam qalıb. Təbii ki, yeniləşmək, gənclərə yol açmaq lazımdır və gənclər də film çəkməlidir. Bunun üçün isə təcrübə lazımdır. İnanıram ki, bu yolla getsək, yaxın gələcəkdə artıq Azərbaycan kinosunda vəziyyət tam qaydasına düşəcək”.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    “Dünyanın ən kasıb aktyorları Azərbaycan aktyorlarıdır”

    Xalq artisti Muxtar Maniyevin APA-ya eksklüziv müsahibəsi


    - Son zamanlar görünməməyinizin səbəbi nədir? Ümumiyyətlə, filmlərə dəvət alırsınızmı?
    - Mən lap əvvəldən hər işə getməyi sevməmişəm. Əvvəlcədən bütün ssenaridən xəbərim olmalı, öz dəyişikliklərimi etməliyəm. Nəyə gəldi, razılıq vermək mənim xasiyyətimə ziddir. Ürəyimcə olmayan heç bir işə getmirəm. Əlimdən çıxan işin yaxşı olmasını xoşlayıram, iş görmək xətrinə işləməyi sevmirəm. Hər şeyi ürəyim götürmür. Gərək xoşuma gəlsin, bilim ki, o ssenaridə nəsə var, ondan sonra razılaşım.
    - Son illər Azərbaycanda çəkilən hansı filmə baxmısınız?
    - 4-5 il öncə istehsal olunmuş “Bu gözəl dünya” filminə baxmışam. İndikilərdən heç bir filmə baxmamışam. Axı indi Azərbaycanda baxılası film yoxdur. Əvvəllər hər yeni film ajiotajla qarşılanırdı. İndi filmin çəkilişi hiss olunmur. İnsanlarda filmlərə həvəs qalmayıb.
    - Azərbaycan kinosunun bugünkü durumu nə vəd edir?
    - Bizim kinomuzun vəziyyəti qənaətbəxş deyil. Sabah isə kinoda pul olarsa, yaxşı olacaq. Hər şeyin başı pula bağlıdır. Kinoya bir az pul ayrılmışdı, onu da sağa-sola xərclədilər, dağıtdılar. Pul görməyiblər axı... Hər adam pulla düzgün rəftarı bacarmır. Ona görə pulu kimə verdiyini bilməlisən. Səmimiyyətlə deyirəm ki, bizdə pul böyük bəladır. Kimə verilirsə azır, yolundan çıxır. Hazırda Azərbaycan kinosunun pulunun kimin əlində olmasından da xəbərsizəm. Mənim pul işinə qarışmaqdan xoşum gəlmir, sonra deyərlər ki, nəsə umur. Bəlkə yaxınlarda elə bir adam gələcək ki, bütün bunlara bir əncam çəkəcək. Mən bunu həsrətlə gözləyirəm.
    - Sizcə, kinoya biganə münasibəti nə ilə bağlıdır?
    - Bilirsiniz, yaxın keçmişdə Azərbaycan kinosuna pul ayırıblar, gəlib ünvanına çatmayıb. Pulu ortada, qıraqda yeyiblər. Hökumət bu səbəbdən o qədər də fikir verməyib. Axı haram olan yerdə bərəkət olmaz. Bura çox haram barmaq uzanır, hərə bir tərəfdən qopardır. Ümid edirəm ki, gələcəkdə kinoya verilən pul elə Azərbaycan kinosu üçün xərclənəcək. Bir adam öz üzərinə götürmür ki, bu problemin yaranmasında günahkar mənəm. Ancaq hamı bunun nə üçün belə olduğunu soruşur.
    - Gənc aktyorların professionallığı Sizi qane edirmi?
    - Xeyr. Gənc aktyorlar içəridən yetişmirlər. Onların arzuları, iddiaları çox böyükdür. Amma iddianın qabağında nəsə ortaya qoymaq lazımdır. Bizim dövrümüzdə bu iddianı irəli sürən yox idi. Gənclər işləyirlər, ancaq ürəkdən tikan çıxara bilmirlərsə, nəyə lazımdır bu? Aktyor rolu əxz etmədisə, özəlləşdirmədisə, daxilən hiss etmədisə, onu oynamasa yaxşıdır. İndi bizdə belə aktyorlar yoxdur. Aktyorluq Allah tərəfindən verilən vergidir. Kamil olmaq üçün gərək əzəldən bu sənətin vurğunu olasan. Mən bu vaxta kimi bacara bilməyəcəyim, özümünkü etmədiyim rolu oynamamışam. Çox təəssüf ki, bu gün Azərbaycan kinosunda dargöz insanlar çoxdur. Kiminsə özlərindən qabağa getməsinə dözə bilmirlər. Ona görə də kinoda işləmək çox çətindir.
    - Bəlkə onlar üçün şərait yaradılmır və işləmək üçün stimul yoxdur?
    - Bilirsiniz, professionallıq bu sənətin özündən baxıb öyrənmək xüsusiyyətidir. Gərək hər bir insan bütün dünya kitabxanasını qabağına töküb oxusun. Gecə-gündüz oxumaq istəyi isə azərbaycanlılarda yoxdur.
    - Tələbələriniz varmı?
    - Mən 1957-ci ildən Azərbaycan Milli Konservatoriyasının nəzdində aktyor sənəti kursunda dərs deyirəm. Çox istedadlı tələbələrim var. Tələbələrimə ilk verdiyim məsləhət odur ki, yalan danışmasınlar. Aktyor sənəti ilə yalan düz gəlmir. Ona görə həmişə gərək səmimi olasan.
    - Azərbaycan kinosunun dünya səviyyəsinə çıxa bilməməsinin səbəbi nədir?
    - Dünya səviyyəsinə çıxmaq üçün güclü təbliğat lazımdır. Bu sarıdan bizdə güclü yazar yoxdur. Ola bilər ki, çox gözəl istehsalımız var, ancaq onu gözə soxmağa adamımız yoxdur. Fikrimcə, hər şey təbliğatdan asılıdır.
    - Həmkarlarınız arasında dostluq etdiyiniz varmı?
    - Mən hamı ilə dostluq edirəm, ancaq həmkarlarım arasında ayağımdan çəkənlər çoxdur. Çünki Allah mənə istedadı onlardan bir az çox verib. Həmişə qabaqda gedənlərin ayağından çəkiblər. Ona görə çəkirlər ki, özləri onlardan qabağa düşsün. O da qeyri-mümkündür. Allah sənə nə qismət edibsə, onu da görəcəksən. İndi sənətkarlığı öyrənməmişdən əvvəl ayaqdan çəkməyi öyrənirlər.
    - Son illər Azərbaycan kinosunda sənətkar itkisi çox olub. Nəsil dəyişir, bəs onların yerini tutanlar olacaqmı?
    - Bu dünyada heç kim başqasının yerini tuta bilməz. Hər kəsin öz yeri var. Baxın, Azərbaycan Dövlət Akademik Milli Dövlət Dram Teatrında barmaqla sayılacaq qədər aktyor qalıb. Yoxdur, yerlər bomboşdur. Bu yerləri tutan da yoxdur. Boş-boş işlərlə məşğul olmaqdansa, gəlin yerləri tutun da.
    - Bu yaxınlarda “Cavid ömrü” filminin təqdimatı keçirildi. Hüseyn Cavid rolunu Rasim Balayev canlandırırdı, onun tərəf-müqabili isə Dilarə Əliyeva idi. Bu filmdən razı qaldınızmı?
    - Rasim Balayev özü heç Cavidin yanından keçmir, zəka məsələsi var. Cavidin dərin ağlı və deyilən sözə sahib durmağı vardı. Yazıçı, ssenarist, dramaturq üçün bunlar vacib amillərdir. Bizim aktyorların, ssenaristlərin, rejissorların işi odur ki, bəyənməsinlər, ağız büzsünlər. Bununla iş əmələ gəlmir. Hamısı deyir ki, mən bundan da yaxşı edərdim, ancaq edə bilmirlər. Ağız büzməyə nə var ki? İnanın ki, son iki-üç ildə kamil bir ssenari oxumamışam. Bu da dəhşətdir. Yazırlar, ancaq kamil yazmırlar. Gərək elə yazasan ki, sənə hörmət etsinlər və ustad adlandırsınlar. Həsən Seyidbəyli ilə düz bir həftə evin qapılarını bağlayıb “O qızı tapın”ı yazdıq. O yazırdı, mən səhifələyirdim. Hər şeyi mükəmməl bilməyincə, kamil insan olmaq mümkün deyil.
    - Küskünsünüz?
    - Yox. Hər şey qismətdən asılıdır. Qismətində varsa, istədiyin olacaq. Heç zaman tez çatmaq üçün qaçmaq lazım deyil.
    - Sizi televiziya tamaşalarında da görmürük...
    - Rol üçün kiməsə yalvarmaq heç vaxt ağlımdan keçməyib. Əvvəla, mən o aktyorlardan deyiləm gedib boynumu büküm ki, mənə də bir şey verin. İkincisi, onlar özləri mənə layiq rol görsələr, verəcəklər.
    - Sizə olan diqqətdən razısınızmı?
    - Mən heç vaxt diqqət, qayğı üçün işləməmişəm. Mən “kalibr”li kişilərlə işləmişəm. Heydər Əliyevlə 3 dəfə görüşmüşük, həmişə mən onun dediyinin əksinə danışmışam. Hər oğulun işi deyil Mərkəzi Komitədə durub “mən bu fikirlə razı deyiləm” desin. Bizdə küncdə, qıraqda danışmağa öyrəşiblər.
    - Maddi vəziyyətiniz necədir?
    - Ömrümün ən çətin vaxtında da şikayət etməmişəm. İndi də etmirəm ki, nə üçün belə az verirsiniz. Mən uzun müddət pulsuz işləmişəm, pulsuz gəlib getmişəm. Çoxları məndən soruşur ki, bəs necə dolanırsan? Deyirəm, dolandıran Allahdır. Beş manat az, beş manat çox - onunla iş düzəlir? Dünyanın ən kasıb aktyorları Azərbaycan aktyorlarıdır. Şükür Allaha, evim də var, işim də var, balalarım da xaricdə təhsil alıb gəliblər. Əslində maddi cəhətdən həmişə nəsə çatışmır. Özünü öldürsən də, oda-közə vursan da, yenə alınmır.
    - Bu illər ərzində unudulmaz rollar yaratmısınız. Bəs ürəyinizdə hansısa rolu oynamaq arzusu qalıbmı?
    - Əlbəttə, qalıb. Oynamaq istədiyim rollar çoxdur. Ancaq ən böyük istəyim Otellonu oynamaqdır. Bir neçə il əvvəl rol bölgüsü də olmuşdu və mən Otellonu oynayacaqdım. Ancaq sonradan məni həmin roldan uzaqlaşdırdılar. İmkan versələr, bu rolu oynayacağam.
    - 75 illik yubileyinizdə Allahdan ən böyük arzunuz nədir?
    - Allahdan arzum odur ki, bütün subaylar evlənsin. Çünki üç oğlum var, heç biri evlənməyib. Ən böyük arzum onların ailə qurmasıdır. Eyni zamanda diqqətə ehtiyacım var. Azərbaycan kinosunun vəziyyətinin yaxşılaşması da arzularım sırasındadır. /APA/

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Gələn il 60 yaşı tamam olacaq Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev təqaüdə çıxmaq niyyətindədir.


    Aktyor APA-ya verdiyi açıqlamada 60 illik yubileyini geniş şəkildə qeyd etmək istəmədiyini bildirib: “Əgər ömür vəfa etsə, ən yaxın dostlarımı yığıb 60 yaşımı qeyd etmək fikrindəyəm. Heç kimdən hədiyyə də gözləmirəm, ancaq rollar arzusundayam. 60 yaşımı tamamladıqdan sonra təqaüdə çıxmaq haqqında düşünürəm”. Aktyorluq fəaliyyətini davam etdirəcəyini bildirən Rasim Balayev sənətdə yaş amilinin olmadığını vuğrulayıb: “60 yaşdan sonra da sənətdən ayrılmaq fikrim yoxdur. Axı, səhnələşdirilən əsərlərdə qoca kişi rolları da var, bu rolları da oynamaq lazımdır. Düzdür, yenə də yaş özü bəzi şeyləri diktə edir. 30 yaşında oynadığım rola 60 yaşında uyğun gəlmirəm. Hər yaşın öz rolları var və yaş istər-istəməz həm fiziki, həm zahiri görünüşü dəyişir. “Babək” filmində elə tryuklar etmişəm ki, indi fiziki cəhətdən onun öhdəsindən gələ bilmərəm”. Özünün aktyor məktəbini yaratmadığını bildirən aktyor, hələ də başqalarından öyrəndiyini qeyd edib: “Öyrətmək mənim imkanım daxilində olan məsələ deyil. Öyrənməli nə isə varsa, hamısı ekrandadır. Öyrənmək istəyən elə ekrandan da öyrənə bilər. Şəxsən mən ekran vasitəsi ilə görmədiyim, görüşmədiyim insandan çox şey öyrənmişəm”. Rasim Balayev Nəsimi obrazını ən əziz hesab etdiyi rol adlandırıb: “Sənət yolumda mənim üçün yaşıl işığı “Nəsimi” filmi yandırıb. Ona görə də bu film mənim üçün digərlərindən daha əzizdir. Çalışmışam ki, böyük-kiçikliyindən asılı olmayaraq hər rolu ssenariyə və filmin tələbinə uyğun şəkildə təbii ifa edim. Həcmindən asılı olmayaraq bütün rollarıma eyni münasibətlə yanaşmışam. Ürəyimdə qalan rol yoxdur, amma könlümdən çox rollar oynamaq keçir”. Sonuncu obrazını “Qala” filmində canlandırdığını deyən aktyor, filmlərlə bağlı arzularının həyata keçməsinin yazılan ssenarilərdən asılı olduğunu deyib. Bir neçə müddət əvvəl reklama çəkildiyini xatırladan aktyor, reklam çarxında Nizami rolunu canlandırdığını deyib: “Mənim bu reklamda çəkilməyimi arzuladılar, mən də razılaşdım. Bir dəfə də bir müalicə müəssisəsinin reklamında çəkilmişəm. Çəkildiyim reklamlardan demək olar ki, maddi gəlirim olmayıb”. Aktyorun ancaq səviyyəli reklama çəkilməsinin tərəfdarı olduğunu deyən Rasim Balayev, bu prosesin bütün dünyada müşahidə olunduğunu qeyd edib: “Səviyyəli süjet xətti olan reklama çəkilmək olar. O yerdə ki, o adamın bircə sözünə ehtiyac var, o reklamda çəkilmək qəbahət deyil. Mən klipə də dəvət almışam, ancaq dəvət edənlərin heç biri bu klipdə iştirakımın zəruriliyinə məni inandıra bilməyib. Əgər məni inandırsalar ki, klipdə iştirakım zəruridir, çəkilməyə razılaşaram. Hətta epizodik rola belə razılığımı verərəm”. Aktyor hazırda Azərbaycan kinosunun vəziyyətinin qənaətbəxş olduğunu bildirib: “Hazırda Azərbaycan kinosu dirçəlişə doğru gedir. Bu sahə dövlət tərəfindən maliyyələşir və il əzrində 4-5 film çəkmək imkanı var. Uzun illər isə ümumiyyətlə filmlər çəkilmədi. Gənclər televiziyalarda sənədli filmlər çəkməyə məcbur oldular. Təşəkkül prosesi gedir, nəsil dəyişir, artıq qocaman sənətkarlardan çox az adam qalıb. Təbii ki, yeniləşmək, gənclərə yol açmaq lazımdır və gənclər də film çəkməlidir. Bunun üçün isə təcrübə lazımdır. İnanıram ki, bu yolla getsək, yaxın gələcəkdə artıq Azərbaycan kinosunda vəziyyət tam qaydasına düşəcək”. /APA/


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.