4 sonuçtan 1 ile 4 arası

kino xeberleri

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Qorxmağa hazır olun...

    Latviyadakı yetimxanalardan birində yaşayan 16 yaşlı Hannibal Letcer oradakı yoldaşları ilə yola gedə bilmir. Gecələr yuxuda kiçik bacısı ilə əlaqədar kabuslar görən Hannibal axırda dayana bilməyərək yetimxanadan qaçır və əmisinin yaşadığı parisə gedir.


    Ancaq Hannibal Lecter qəsrinə gələndə əmisinin öldüyündən xəbər tutur. Əmisinin dul qalmış arvadı Murasaki Shibuku onu tək buraxmır və evinin qapılarını açır. Bu sirli qadın onu yemək və həyat şəraiti ilə təmin edir. Ona musiqi və şəkil haqqında öyrədir. Ancaq Hannibal hələ də onunla getdiyi hər yerə gedən, beynini qurdalayan keçmişindən və kabuslardan xilas ola bilmir...


    Tibbi öyrənməyə başlayan Hannibal kabuslarında gördüyü günahkarları axtarmağa qərar verir. Yalnız tək bir arzusu var. Aclıqdan ölməmək üçün kiçik bacısını onun gözləri önündə yeyən adamlardan intiqam ala bilmək...


    Film üç dövlətin – Fransa, ABŞ və İngiltərə birgə isehsalıdır. Rejissor Peter Webberdir. Artıq fevral ayının 9-da kinoteatrlara buraxılmış filmin ssenarı müəllifi isə Thomas Harrisdir. Əgər drama və qorxu janrlarını sevirsizsə 117 dəqiqəlik film ixtiyarınızdadır...
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Yeni İndiana Cons filminin tarixi məlum oldu
    Ən cəsur arxeoloq İndiana Cons böyük ekranlara 2008-ci il mayın 22-də qayıdacaq.
    Bu barədə məlumatı Paramaunt Pikçez şirkəti verib.

    Filmin çəkilişi bu ilin iyun ayında başlayacaq. Təbii ki, baş rolda qamçı vurmaq ustası Hərrison Ford çəkiləcək.

    Bundan əvvəl çəkilmiş İndiana Cons filmləri 80-ci illərdə bir milyard dollardan çox gəlir gətirmişdi.

    4-cü hissə üzərində iş artıq on ildir ki, gedir. Lakin indi xəbər verilir ki, layihənin müəllifi Corc Lukas və rejissor Stiven Spilberq artıq ssenariyə imza atıblar.

    Ssenarinin müəllifi Devid Kop Yur dövrünün Parkı və Dünyaların Müharibəsi filmlərinin ssenarilərini yazıb.

    "Dərk edirsən ki, İndiana surəti film fanatları tərəfindən sevilən bir obrazdır" - deyir o, " mən nə yazsam da, bəziləri narazı qalacaq."

    Kop deyib ki, film qəhrəmanın qocalmasını da nəzərə alır.

    1989-cu ildə son dəfə bu rola çəkilmiş Hərrison Fordun hazırda 64 yaşı var.

    Lakin o deyib ki, orijinal trilogiyanın digər filmlərində olduğu kimi, yeni filmdə də fiziki çətinliklərdən çəkinməyəcək.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Qanlı almaz"

    Afrikalı iki gənc insan...Biri muzdlu əsgərlik edən Danny Archer, digəri isə hadisələrin baş verdiyi müddətdən bir neçə il əvvəl ailəsindən qoparılaraq mədənlərdə almaz axtamağa təhkim edilmiş Solomon Vandy. Onlar eyni ərazi birləşdirsə də bir-birlərini tanımırlar. Tamamilə fərqli keçmişləri onlari tamamilə fərqləndirir. Lakin bir gün varlığı ilə çoxlarını əfsunlayan bir almaz onları birləşdirir.

    Çox dəyərli almazı əldə etmək uğrundakı mubarizədə amerikalı jurnalist Maddy Bowenlə çıxdıqları yol Solomon üçün çoxdan qoparıldığı ailəsinə qayıda bilmə şansı, Danny üçün isə həyata ikinci bir başlanğıc deməkdir.

    Bir neçə hərəkətli film ilə diqqəti çəkən rejissor Edward Zwick bu dəfə də yüksək templi bir film ilə diqqəti çəkir. Filmdə Danny Archer rolunu məşhur və bacarıqlı Leonardo DiCaprio, Solomon Vandyni isə Djimon Hounsou canlandırır. 2006-cı ildə hazırlansa da fevral ayının 2-də kinoteatrlara buraxılan film dram və macəra janrlarına aid edilir.

    Macərasevərlərə tövsiyyə olunur...
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    HOLLİVUDUN ƏN BAHALI FİLMLƏRİNDƏN BİRİ BAKIDA ÇƏKİLƏCƏK
    Yaradıcı heyətin Bakıya gəlişi martda gözlənilir

    Hollivudun ən məşhur kinostudiyalarından biri olan "Warner Brothers Inc." İrlandiya yazıçısı Klayv Steypls Luisin "Narniya salnamələri, Xəzər şahzadəsi" adlı əsəri əsasında çəkəcəyi eyniadlı filmin çəkilişlərini Bakıda, daha dəqiq desək, Abşeron yarımadasında gerçəkləşdirəcək. Qeyd edək ki, artıq filmin birinci hissəsi əcnəbi tamaşaçılara təqdim edilib. Rejissor Endryu Adamsonun çəkdiyi bu film dünya ölkələri arasında ən çox baxılan filmlərdən birinə çevrilib. Xarici mətbuatın yaydığı məlumata görə, film Narniya ölkəsini donduran Qar kraliçasına qarşı mübarizə aparan Aslandan, paltar dolabından çıxan dörd uşaqdan, sirli məxluqlardan və onların başına gələn hadisələrdən bəhs edir.
    Filmin ikinci hissəsi, daha doğrusu ikinci film isə "Xəzərli" şahzadədən bəhs etdiyinə görə, çəkilişlərin bir hissəsini Xəzər dənizi sahillərində aparmaq planlaşdırılır. Buna görə də kinostudiyanın əməkdaşlarının 2007-ci ilin mart ayında Bakıya gələcəkləri və çəkilişlər üçün hazırlıq görəcəkləri nəzərdə tutulub.
    Qeyd edək ki, çəkilişlərə ümumi olaraq 170 milyon ABŞ dolları xərclənməsi planlaşdırılıb. Abşeronda aparılacaq çəkilişlərə isə 2 milyon ABŞ dolları ayrılıb. Yarımadada çəkiləcək filmdə kütləvi səhnələr olduğundan Hollivud kinematoqrafçılarının Azərbaycan aktyorlarına və yerli sakinlərə müraciət edəcəyi gözlənilir.
    Hollivud qanunlarına görə, filmə kənardan, ötəri rollara dəvət olunan şəxslərin çəkiliş meydanında keçirdiyi hər günə 60 dollar ödənilir. Bu cür çəkilişlərə 40-50 yerli aktyor və 200 nəfər yerli sakinin dəvət olunacağı nəzərdə tutulub.
    Azərbaycanın kino tarixində yerini tutacaq daha bir ekran işi Rüstəm İbrahimbəyovun rejissor yozumunda çəkiləcək. Rusiya mətbuatının yaydığı məlumata görə, dramaturq və kinorejissor bu dəfə knyaz Aleksandr Nevskinin gənclik həyatından bəhs edən yeni filmin çəkilişlərinə hazırlaşır. Vladimir Vardunasın ssenarisi əsasında lentə alınacaq film tarixi detektiv janrında çəkiləcək. Xəbərdə deyilir ki, ekran işi Aleksandr Yaroslavoviçin Neva üzərində ilk qələbəsinə həsr olunacaq. Məhz bu qələbədən sonra o, knyaz "Nevski" adlandırılmağa başlanılıb.
    Kinematoqrafçılar İttifaqından aldığımız məlumata görə, R.İbrahimbəyov bu ayın sonları Bakıya səfər edəcək. Onun yeni ekran işi barədə yerli mətbuata açıqlamalar verəcəyi gözlənilir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.