6 sonuçtan 1 ile 6 arası

kino xeberleri

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Hollivud ulduzu Tom Kruz keşiş oldu. Vaxtilə əksər filmləri gözəl siması ilə bəzəyən T.Kruz kino yaradıcılığından uzaqlaşıb. Uzun müddət çalışdıqdan sonra keşiş ola bilən aktyor nikah mərasimlərində cütlükləri evləndirəcək ("OLAYLAR" İA). Artıq o yaxın vaxtlarda dostu milyoner Ceyms Pakkerlə nişanlısı maniken Erik Beeksterin nikahını kəsməyə hazırlaşır. Bu, ötən il növbəti dəfə ailə quran T.Kruzun ilk rahiblik işi olacaq
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Dünya premyerası ilə əlaqədar Hewlett Packard şirkətinin Azərbaycan nümayəndəliyi Bakıda artıq müxtəlif yaşlı insanların sevimli personajına çevrilmiş Şrekin orijinal maketi ilə pulsuz şəkil çəkdirmək imkanı yaradacaq.
    HP şirkətinin Bakıda keçirdiyi demo-günlər çərçivəsində hər bir şəhər sakini Şreklə şəkil çəkdirərək HP printerlərində çap olunan fotonu pulsuz olaraq dərhal ala bilərlər.
    "Şrek" cizgi filminin yaradılması istiqamətində Dream Works studiyası HP şirkəti ilə hələ 2001-ci ildən başlayaraq yaxından əməkdaşlıq edir. Onların birgə yaratdıqları "DreamColor" texnologiyası cizgi filmlərinin hazırlanmasında böyük sıçrayış etmişdir. Bu texnologiya təsvir keyfiyyətini artırmış, "Şrek-3" cizgi filminin rənglərinin daha qabarıq və real ötürülməsinə imkan yaratmışdır.
    Qeyd edək ki, hazırda HP şirkəti "Şrek" cizgi filminin istehsalçısı olan Dream Works studiyasının baş texnoloji tərəfdaşıdır. "Dream Works" studiyası artıq bir müddətdir ki, cizgi filmlərinin hazırlanmasında HP serverlərindən və digər avadanlıqlarından geniş istifadə edir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    300 saprtalı”nın rekordu

    Warner Bross şirkətinin istehsalı olan film çəkilişlərinə xərclənən pula nisbətən bir neçə dəfə çox gəlir əldə edib. İlk 10 gündə əldə olunan məbləğ 127 milyon dollar olub.

    300 döyüşcü spartalının qəhrəmanlıqlarını birtərəfli şəkildə təsvir edən və Sandra Bullock, Chris Rock kimi məşhurların işi keçmiş film artıq ikinci həftəsində xeyli sayda filmsevəri kinoteatrlara yığa bilib.

    Film ilk 3 gündə 31.2 milyon dollar gəlir gətirmişdi. Bu rəqəm 10 gün sonra isə 127 milyona qalxıb. Göstərildiyi digər ölkələrdə, asiya ölkələri başda olmaqla 13 ölkədə 15.6 milyon dollar və Yunanıstanda 7 milyonla xarici gəliri 22.6 milyon dollara çıxarmışdı. Filmin çəkiliş xərcləri isə 65 milyon dollar idi.

    “300 spartalı” tarixdə baş vermiş ən böyük muharibələrinin birinin qəhrəmanları olan spartalıların qəhrəmanlıqları haqdadı.

    Tarixi Termopil döyüşünü bütün şiddəti ilə göstərməyə çalışan rejissor Zack Snyder filmin həm də senarisini yazıb. Film 117 dəqiqə davam edir
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Çox danışılacaq

    Justin Timberlake və Christina Riccinin rol aldıqları film deyəsən çox danışılacaq.

    Məşhur bir magazin proqramında ən seksual kişi seçilən Justin Timberlake çəkildiyi yeni filmdəki sevişmə səhnələri ilə pərəstişkarlarını təəccübləndirib.

    ‘Alpha Dog’ filmindən sonra indi də 'Black Snake Moam' ilə adını film dünyasına yazdıran məşhur müğənni Justin və ‘Adams Ailəsi‘nin gənc ulduzu Christina Ricci ilə yaman ehtiraslı səhnələrdə tapışıblar. İrəlidəki günlərdə kinoteatrlara buraxılacaq 'Black Snake Moam' artıq Justinin ikinci aktyorluq imtahanıdı.

    Filmdə keçən ehtiraslı səhnələrlə bağlı Justin heç bir musahibə verməyib. Tərəf muqabili aktrisa da ona arxa çıxaraq bu haqda ondan soruşduqda da heç nə bildirməyib. Yalnız film haqqında bunları deyib -

    “Mən rəqs edə bilmədiyim üçün Justin mənə gülürdü. Mən ondan kömək istədim. Ama bu mövzuda çox az kömək etdi..”
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Rocky Balboa

    Rocky Balboa öz restoranındakı müştərilərə keçmiş həyatını və döyüş hekayələrini danışaraq həyatını sakit bir şəkildə davam edir. Ürəyinin dərinliklərində isə hələ də döyüşcü Rocky olaraq qalır. Bir komyuter proqramı Rocky və yeni çempion Masonun döyüşünü canlandırır. Masonun meneceri isə bunu bir fürsət olaraq qəbul edir və həqiqi bir döyüş keçirtmək qərarına gəlir. Bədəni yaşlaşsa da ürəyində hələ də köhnə döyüşcü olan Rocky özünü sevdiklərinə yenidən isbat etmək üçün əlinə keçən bu şansı dəyərləndirməyə qərar verir...

    Sylvester Stallone bu dəfə baş rolu oynamaqla həm də rejissorluq edib. 102 dəqiqə davam edən film 16 mart tarixində kinoteatrlara buraxılacaq


    Yazdı: Babək
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    23 nömrənin sirri

    23 rəqəminin özü üçün qəribə və sirli olduğunu inandırmağa çalışan Walter Sparrow bir vaxtlar ideal olan həyatını cəhənnəmə çevirir. Özdə bu həyatda o hətda sevdiklərinin ölümünə də səbəb ola bilər. O oxuduğu və əlindən yerə qoymadığı 23 nömrə adlı sirli bir romanın təsiriylə həyat yoldaşı Agatha və gənc oğlu Robinin də köməyi ilə gələcək həyatına davam edə bilmək üçün keçmişindəki bəzi sirləri aydınlaşdırmalıdır.

    Kitab ona Agatha tərəfindən ad günü hədiyyəsi olaraq verilmişdir. Kitabda isə sirli və qorxulu bir cinayət haqqında danışılır. Qəribəsi isə budur ki kitabın hekayəsi Walterin həyatına çox uyğun gəlir. Kitabdakı əsas xarakter olan dedektiv Fingerlingin həyatı Walterin öz keçmişini xatırladır. Kitabın dünyası canlanmağa başladıqca Walter onun ən qorxulu hissəsinə özünü aludə edir..Əsas qəhrəman da 23 nömrəsinin nəsə xüsusi bir rəqəm olduğuna inanır.

    Artıq Walter özünü kitaba o qədər aludə edir ki sanki 23 rəqəmi onun həyatını idarə etməyə başlayır. Artıq hər yerdə bu rəqəmi görür. Bütün bunların təsirilə inanmağa başlayır ki o da Fingerlingin işlədiyi qorxunc cinayəti etməyə məhkum olunub. Kabus kimi gördüyü xəyallar onun ağlını hər yerdə məşğul edir. Gördüyü bu xəyallarda isə həyat yoldaşı və ailəvi dostu Isaac Frenchin başlarına dəhşətli işlər gəlməkdədir. Bu vəziyyətdə isə Walterə kitabın sirrini açmaq cəhdindən başqa heç bir yol görünmür...

    Filmdə Walter rolunu məşhur aktyor Jim Carrey canlandırır. 95 dəqiqə davam edən film artıq mart ayının 2-də kinoteatrlarda kütləvi baxış üçün filmsevərlərin ixtiyarına verilib
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.