2 sonuçtan 1 ile 2 arası

Kurtlar Vadisi Fələstin

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kurtlar Vadisi Fələstin

    [youtube:10hgrxvm]http://www.youtube.com/watch?v=DVUCkixmuJg[/youtube:10hgrxvm]

    Kurtlar Vadisi Fələstin, 5 Noyabrda bütün dünyada vizionda...

    Pana Filmin prodüserliyini boynuna götürdüyü və Fələstində yaşanan insanlıq dramını lendə alan Kurtlar Vadisi Fələstin filminin nümayişinin tarixi müəyyən oldu. Kurtlar Vadisi Fələstin, 5 Noyabr 2010 da bütün dünyada eyni anda viziona girəcək.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Kurtlar Vadisi Fələstin

    Kurdlar Vadisi yenidən intiqam izində.. İraqda Türk əsgərinin başına çuval keçirilməsinin intiqamını Kurdlar Vadisi İraq ilə alan "Polad Alemdar" lüləsini İsrailə çevirir.. Hazırlıqlarına aylar əvvəldən başlanan "Kurdlar Vadisi- Fələstin"in ssenarisi, İsrail əsgərinin "Mavi Marmara" gəmisinə hücum etməsi və 9 Türkü öldürməsinin ardından dəyişdirildi..

    "Kurdlar Vadisi Fələstin"də Polad Alemdar, 9 Türkün intiqamını almaq üçün İsrailə gedib hadisənin məsullarını cəzalandırmağa çalışacaq..Bilindiyi kimi daha əvvəl Kurdlar Vadisində yaşanan bəzi dialoqlar İsrail Hökumətinin sərt reaksiyasına səbəb olmuşdu..Baxaq Polad Alemdar, virtual da olsa 9 Türkün intiqamını necə alacaq, bunu önümüzdəki mövsüm premyerası olacaq olan "Kurdlar Vadisi Fələstin"də görəcəyik..

    Ssenariyə əlavə olunacaq yeni hissədə, İsrail əsgərlərinin qətlə yetirdiyi 9 türk könüllüsünün intiqamı alınacaq. Hatay və Urfa bölgələrində çəkiləcək filmin kinoteatrdakı ilk nümayişi 5 noyabrda bütün dünyada olacaq.

    Bu ilin yanvarında İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı söhbətə çağıraraq onu təhqir etmişdi. Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.