2016-cı ildə ABŞ, super güc xüsusiyyətini itirəcək, Türkiyə super güc olacaq


Qərbdə Avropa Birliyi, Şərqdə isə Çin dünyanın yeni parlayan ulduzları olacaq. Türkiyə, Avropaya çox daha möhkəm şəkildə bağlanıb AB süper gücünün bir parçası halına gələcək. İraqlı Kürdlərin Müstəqil Kürdüstan xəyali isə gerçəyə çevriləcək. New York Times qəzetinin həftə sonları nəşr etdiyi "New York Times Maqazin" jurnalı bu həftə qapaq mövzusu olaraq ABŞın çöküşünü seçdi. Başçı Corc Buş dövründə ABŞın gücünün heç olmadığı qədər azaldığını ifadə edən jurnal, 2016-cı ilə gəlindiyində süper güç xüsusiyyətini də itirəcəyini yazdı. "New York Times"-a görə təqvimlər 2016-cı ili göstərdiyində dünyada bu dəyişikliklər yaşanacaq:

* Barak Obama, Hillary Clinton ya da John McCain başçılıqlarının ikinci dövrünü bitirir olacaqlar. Və Amerika dünyada hər zamankindən çox daha gücsüz hala gələcək. İllər əvvəl İraqdan çəkilmiş olan Amerikan əsgərlərinin hamısı müstəqil Kürdüstan torpaqlarına toplanmış halda olacaq.

* Əfqanıstanda NATO-nun verdiyi mübarizə müvəffəqiyyətlə başa çatacaq. İran isə bütün hədələrə baxmayaraq nüvə silahını edəcək və nüvə ölkələr klubuna qatılacaq.Rusiya güc itirəcək

* Şərqdə Çin, Tayvanı torpaqlarına qatacaq, dənizlərdəki hakimiyyətini hər keçən gün artıracaq.

* Avropa Birliyi 30′dan çox üzvü, Şimal Afrika, Xəzər Dənizi və Rusiyadan gələn enerji yolları və nüvə enerjisiylə əhəmiyyətli bir güc halına gələcək.

* Amerikan yuxusunun yerini Avropa yuxusu alacaq. Avropa Birliyi, peyk ölkələri gedərək daha çox cəzb etməyə başlayacaq. Çin isə Şərqdə bütün ölkələrin diqqət mərkəzi halına gələcək. Bu bölgədə Amerikanın dostu olan ölkələr Çin ilə bir gərginlik yaşamaq istəmədikləri üçün Çinə gedərək daha çox yaxınlaşacaqlar.

* Çin və Rusiyanın liderliyində Türk respublikaların da iştirakıyla Şərqin NATO-su qurulacaq.

* Rusiya isə super güç olma iddiasını hər keçən il bir az daha itirəcək. Səbəbi isə əhalidə yaşanan böyük eniş. 2025-ci ildə Rusiya, nəhəng torpaqlarına baxmayaraq Türkiyə qədər əhaliyə sahib olacaq və hər il 500 min vətəndaşını itirmənin əvəzini siyasi arenada güc itkisiylə ödəyəcək.

Düzü bu xəbəri oxuduğum zaman ilk dəfədən qəribə gəldi.Çünki yaxın 8 il ərzində Türkiyənin güclü bir fiqur olması mənə inandırıcı gəlmədi…Ama ola bilər.gərək güclü fiqur zəifləsin və Türkiyə onun yerinə keçməyə can atsın .Təbii ki bu güclü fiqur ABŞ yaxın 8-9 il içində öz yerini itirmə astanasındadırlar ..Çünki daha çox demokratların hakimiyyətə gəlmə şansı var …Demokratlar respublikaçılara nisbətən belə desək “yumşaq təbiətlidirlər”.Bundan qaynaqlana bilər .Buna təsir edən çox faktlar var …bu sadəcə biridir.Hər şeyi zaman göstərərcək …Bunlar sadəcə mənim prognozumdur…