2 sonuçtan 1 ile 2 arası

Adam Smit

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Adam Smit


    Adam Smit şotland iqtisadçısı və filosofu, klasshik iqtisadi məktəbin banisidir. 5 iyun 1723-cü ildə Edinburq şəhəri yaxınlığında anadan olub. İlk təhsilini yerli məktəblərdə aldıqdan sonra Qlazqo universitetində təhsil alıb və burada Hatçesonun fikirlərindən bəhrələnib. Fransada səyahətdə olduğu dövrdə Kene, Türqo, Nekker, Volter və D`Alamber kimi şəxslərlə görüşüb və "Xalqların Sərvəti" adlı elmi əsərini yazmağa başlayıb. Əsərdə Smit ictimai institutların təkamülünü və onların müasir dövr üçün quruluş prinsipini təsvir edir. 1759-cu ildə "Əxlaqi Hisslər Nəzəriyyəsi" adlı elmi əsəri çapdan çıxır. Bu əsərində o sübut edirdi ki, əxlaqi hisslər simpatiya hissindən yaranır və şüurla idarə edilir baxmayaraq ki, insanda əsas hərəkətverici qüvvə rolunu şəxsi mənafe və özünü saxlamaya yönəldilmiş hisslər oynayır. Hər kəsin daxilində "daxili insan" var və o insanın bütün hərəkətlərinə qiymət verir və şəxsi özünü mükəmməlləşdirməyə vadar edir. Sosial səviyyədə isə bu funksiyanı ictimai institutlar yerinə yetirirlər. 1776-cı il 9 mart tarixində onun məşhur "Xalqların Sərvətlərinin Təbiəti və Səbəbləri" adlı əsəri çıxır.
    Əsər 5 hissədən ibarət idi:
    1.Əmək bölgüsü və renta, əmək haqqı və gəlir;
    2. Kapital;
    3.Avropanın inkişafının tarixi icmalı, Merkantilizmin bir imtiyazlar sistemi kimi tənqidi;
    4.Ticarət azadlığı;
    5.Dövlətin gəlir və xərcləri.


    Smithə görə iqtisad yalnız malların çıxarılması ilə maraqlanmaz. Bir zənginlik elmi olaraq iqtisad; zənginliyin istehsalı dəyişməsini və dağılması ilə əlaqədar hər şeyi əhatə etməkdədir.
    Əsərdə həmçinin Smitin "gözəgörünməz əl" adlandırdığı rəqabət haqqında fikirləri də öz əksini tapmışdır. Smit rəqabəti bazar iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvəsi adlandırırdı. "Xalqların sərvəti" adlı əsəri çıxdıqdan sonra Smit Şotlandiyanın gömrük komissarı vəzifəsinə təyin edilir və Edinburq şəhərinə köçür. 1787-ci ildə Smit Qlazqo universitetinin fəxri rektoru adına layiq görülür. Adam Smit 17 iyul 1790-cı ildə vəfat etmişdir.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Adam Smit

    məlumata görə çox sağ ol.
    amma Smit də deyib ki *pul çox şeydi amma hər şey deyil* ............
    indiki zəmanə də pul hər şeydi. 100%
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.