Bu ay BBC Ümümdünya Xidməti qlobal maliyyə böhranı və onun təsiri mövzusunda silsilə proqramlar işıqlandırır.

Böhranın dünyanın müxtəlif ölkələrinə təsiri və bunun nəticələri saf-çürük edilir. Maliyyə böhranının Azərbayan iqtisadiyyatına təsiri isə artıq rəsmilər tərəfindən də etiraf olunur. Bununla belə ümid olunur ki, böhranın təsiri geniş vüsət almayacaq.

31 yaşlı Firudin son vaxtlara kimi yerli neft müəssisələrinin birində çalışıb. Lakin maliyyə böharınının ardınca neft sənayəsini bürüyən təlatüm onun və bir qrup yoldaşının işsiz qalmasına səbəb olub. İşdən azad edilməsini ədalətsizk kimi dəyərləndirən həmsöhbətim bir neçə yüksək instansiyaya müraciət edib. Amma hələlik bundan bir nəticə hasil olmayıb.

Son bir neçə ayda Azərbaycanda ixtisarların statistikası açıqlanmasa da müstəqil qurumlar minlərlə insandan bəhs edir. Bu isə daha çox büdcə təşkilatlarına şamil olunur. Belə ki, ilin əvvəlindən başlayaraq rəsmi idarələrdə təqaüd yaşına çatmış şəxslərin ixtisar edildiyi, digərlərin məvacibinin azaldıldığı və yaxudda iş günün qısadıldığı deyilir.

Böhran nəticəsində yerli iri müəssisələrin fəaliyyəti dayandırmasını ölkə rəhbərliyi də etriaf edir. Ötən ay Gəncədə olarkən prezident Əliyev bəzi yerli müəssisələrin fəaliyyətini daynadırmasının "narahatlıq doğurduğunu" demiş və ümid etmişdir ki, bu, uzun çəkməyəcək.

Deyilənlərə görə, söhbət aluminium-oksid zavodu, avtomobil zavodu, yerli neft-kimya sahəsinə aid idarə və digər iri müəssisələrdən gedir. Bu müəssisələrin çoxunun məhsulu isə ixraca olunurdu. Amma indi dünya bazrlarında vəziyyət sabit deyil.

Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyinin rəhbəri Koba Qvenetadze digər ölkələrlə müqayisədə Azərbaycana maliyyə böharının təsirinin bir o qədər də sərt olmadığını deyir. Bu isə ölkənin maliyyə ehtiyatları və son illərin iqtisadi artımı ilə baqlıdır.

Eyni zamanda fond təmsilçisi deyir ki, pis sseneriyə də hazırlşmaq lazımdır. "Cari ildə Azərbaycanda iqtisadi artım azalacaq və təxminən 2.5 % təşkil edəcək. Bununla belə artıq 2010-cu ildə Azərbaycan da iqtisadi artım tempi artaraq 12% aşacaq".

Öz növbəsində Milli Məçlisin iqtisadi siyasət komitəsindən olan, “Azəriqazbank"-ın sədri Çingiz Əsədullayev deyir ki, hökümət vaxtında antiböhran tədbirlərinə əl atdı və bu, qlobal böhranın təsirini bir qədər səngitdi