Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət
28.3-cü maddədə "151.4-cü" sözləri "152-1.1-ci, 152-1.2-ci" sözləri əlavə edilsin; 151-ci və 152-ci maddələr aşağıdakı redaksiyada verilsin:
Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
151.1. Sürətin 10-30 km/saat həddində aşılması Şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək 16 manat 50 qəpikdən 22 manatadək -
Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi
Nəqliyyat vasitətəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi
Piyada keçidlərinin keçilməsi
Ara məsafəsi
Dayanma və durma
Yedəyə alma
Yük daşıma
İşıq cihazlarından düzgün istifadə edilməməsi
Səs siqnallarından düzgün istifadə edilməməsi
Təhlükəsizlik kəmərindən istifadə edilməməsi
Motodəbilqələrdən istifadə qaydalarının pozulması
Sürmə təlimi keçmə qaydalarının pozulması
Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə
151.2. Yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılması Şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək 22 manatdan 44 manatadək 3 bal
Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi
3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması
3.2 "Hərəkət qadağandır" yol nişanının tələbinin pozulması
Sərnişin daşıma qaydasının pozulması
ötmə qaydasının pozulması
Manevr etmə
Yol ayrıcını keçmə
ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin yanacaqdoldurma məntəqəsinə daxil olması
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi
1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hərəkət zolağına keçilməsi
151.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat həddindən artıq aşılması Şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək 44 manatdan 66 manatadək 4 bal
Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması
Qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntuların törədilməsi
Yol nəqliyyat hadisəsi yerindən yayınma
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi
151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü və 156-cı maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bil il ərzində 10 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz mislindən yüz qırx mislinədək (110 manatdan 154 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
Q e y d : Bu Məcəllənin 151.2-ci maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 3 balla, 151.3-cü maddəsində göstərilən qayda pozuntularına yol verilməsi 4 balla qiymətləndirilir.
Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə Şərti maliyyə vahidi məbləğinin qırx misli 44 manat -
152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Şərti maliyyə vahidi məbləğinin altmış misli 66 manat -
152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə Şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək 88 manatdan 110 manatadək -

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin yüz qırx mislindən yüz səksən mislinədək (154 manatdan 198 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Aşağıdakı məzmunda 152-1-ci 152-2-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci maddələr əlavə edilsin. Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək 88 manatdan 110 manatadək 5 bal
152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunan şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3 maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə Şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz əlli mislinədək 132 manatdan 165 manatadək 5 bal
152-1.3 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılır.
152-1.4 . Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - Nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mislinədək (187 manatdan 220 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Q e y d : Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xətalara yol verilməsi 5 balla qiymətləndirilir.
Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152-2.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək 165 manatdan 220 manatadək -
152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək (220 manatdan 330 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək (330 manatdan 440 manatadək) miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152-3.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min bez yüz mislindən iki min mislinədək 44 manatdan 66 manatadək
165 manatdan 220 manatadək
1650 manatdan 2200 manatadək -
152-3.2. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksək mislindən yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min mislinədək 88 manatdan 110 manatadək
275 manatdan 330 manatadək
2750 manatdan 3300 manatadək -
152-3.3. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz qırx mislindən yüz səksən mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dörd min mislindən beş min mislinədək 154 manatdan 198 manatadək
440 manatdan 550 manatadək
4400 manatdan 5500 manatadək -
Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152-4.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki min beş yüz mislindən üç min mislinədək 88 manatdan 110 manatadək
275 manatdan 330 manatadək
2750 manatdan 3300 manatadək -
152-4.2. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək 165 manatdan 220 manatadək
330 manatdan 440 manatadək
3300 manatdan 4400 manatadək -
152-4.3. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən altı min mislinədək 220 manatdan 330 manatadək
550 manatdan 660 manatadək
5500 manatdan 6600 manatadək -
Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
152-5.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə
Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz əlli mislindən dörd yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min mislinədək 165 manatdan 220 manatadək
385 manatdan 440 manatadək
3850 manatdan 4400 manatadək -
152-5.2. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş min mislindən altı min mislinədək 220 manatdan 330 manatadək
550 manatdan 660 manatadək
5500 manatdan 6600 manatadək -
152-5.3. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən səkkiz yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yeddi min mislindən səkkiz min mislinədək 330 manatdan 440 manatadək
770 manatdan 880 manatadək
7700 manatdan 8800 manatadək -
153-cü maddə üzrə: 153.1-ci maddənin sanksiyasında "üç" sözü "on" sözü ilə əvəz edilsin; 153.2-ci maddənin sanksiyasında "üç mislindən beş mislinədək" sözü "altı mislindən on mislinədək" sözləri ilə əvəz edilsin; 153.3.4-cü maddədə "tutmadan" sözündən sonra "və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla" sözləri əlavə edilsin; 153.3-cü və 153.4-cü maddələrin sanksiyalarında "üç mislindən beş mislinədək" sözləri "iyirmi mislindən qırx mislinədək" sözləri ilə əvəz edilsin;
153.5-ci maddə üzrə: Maddənin dispozisiyasında "153.1-153.4.5-ci" sözləri 153.3-cü və 153.4-cü" sözləri ilə əvəz edilsin; Maddənin sanksiyasında "beş mislindən on mislinədək" sözləri " əlli mislindən yetmiş mislinədək" sözləri ilə əvəz edilsin; 153.6-cı maddə aşağıdakı redaksiyada verilsin: "153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək (88 manatdan 110 manatadək) miqdarda cərimə edilir";
153.7-ci maddə çıxarılsın;
154-cü maddə üzrə:
Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirməməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi və etibarnamə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən yetmiş mislinədək 16 manat 50 qəpikdən 22 manatadək
44 manatdan 77 manatadək -
154.4. Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və itirilməsinə görə Şərti maliyyə vahidi məbləğinin otuz mislindən qırx mislinədək 33 manatdan 44 manatadək -
154.2-ci maddənin sanksiyasında “əlli mislindən altmış mislinədək” sözləri “yüz əlli mislindən iki yüz mislinədək” sözləri ilə əvəz edilsin; 154.3-cü maddənin sanksiyasında “altmış mislindən yetmiş mislinədək” sözləri “iki yüz mislindən iki yüz əlli mislinədək” sözləri ilə əvəz edilsin; Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni Şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi mislinədək 11 manatdan 22 manatadək -
155.1.1. Nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və onun hərəkəti zamanı qapıları açmağa
155.1.2. Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə
155.1.3. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında telefonla danışmağa
155.1.4. Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə
155.1.5. Su və ya palçığı yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən çıçradılmasına
155.1.6. Nəqliyyat vasitəsinin təkərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtkü materiallarının, kimyəvi maddələrinin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə
155.1.7. Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına
155.1.8. Küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına
155.1.9. Yol nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təqdim edilməməsinə
155.1.10. Beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürləməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə
155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni Şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz mislinədək 22 manatdan 33 manatadək -
155.2.1. Tormoz sistemi və sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və ya şüşə yuyanları və ya təkərləri və ya şinləri və ya mühərriki (8), yaxud konstruksiyasının digər ünsirləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarına
155.2.2. Normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə
155.2.3. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına və ya habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; (29)
155.2.4. Müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə, habelə ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə
155.3. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş (29) dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə Şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək 44 manatdan 66 manatadək 4
Q e y d : Bu Məcəllənin 155.3-cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.
155.4 "Bu Məcəllənin 155.1.1-155.1-6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək (44 manatdan 66 manatadək) miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə mədudlaşdırılır."
155.5-ci maddə çıxarılsın.
Maddə 156. Sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
156. Qanunvericiliklə müəyyən edilmiş qaydada sərxoşluq vəziyyətinin yoxlanılması üçün nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırması Şərti maliyyə vahidi məbləğinin yetmiş misli miqdarında 77 manat 5
Q e y d : Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir.

Maddə 157. Nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini üçüncü şəxs qarşısında sığortalamaması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
157. Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə Şərti maliyyə vahidi məbləğinin beş misli miqdarında 5 manat 50 qəpik -
Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
158.1. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılmasına, yaxud parklanma qaydalarının pozulmasına görə Xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək 16 manat 50 qəikdən 22 manatadək -
158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək 44 manatdan 66 manatadək
110 manatdan 165 manatadək -
158.3 Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə Şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz iyirmi mislinədək 110 manatdan 132 manatadək -
Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək 77 manatdan 110 manatadək
330 manatdan 550 manatadək
3300 manatdan 5500 manatadək -

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
160. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz iyirmi mislinədək 44 manatdan 66 manatadək
110 manatdan 132 manatadək -

Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin dör min mislindən beş min mislinədək 88 manatdan 110 manatadək
440 manatdan 550 manatadək
4400 manatdan 5500 manatadək -
161.2. Müvafiq icazə olmadan və yol hərəkətini nizamlayan texniki vasitələrin svetoforların və yol nişanlarının quraşdırılmasına görə Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək 33 manatdan 55 manatadək
165 manatdan 220 manatadək
1650 manatdan 2200 manatadək
Maddə 163. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
163.0. Avtomobil yollarında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min bez yüz mislindən iki min mislinədək 33 manatdan 55 manatadək
165 manatdan 220 manatadək
1650 manatdan 2200 manatadək -
163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı və ya metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə
163.0.2. Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılmasına
163.0.3. Yolların hərəkət hissəsində yanacaq-sürtgü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub boşaldılmasına
163.0.4. Yollardan qum və çınqıl çıxarılmasına
163.0.5. Xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıldılmasına
163.0.6. Mal-qaranın otarılmasına
163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə
163.0.8. Torpaqların şümlanmasına, yaşıllığın qırılmasına
163.0.9. Kütləvi istirahət yerlərinin təşkil edilməsinə
163.0.10. Kanalizasiya, sənaye və çirkli suların axıdılmasına
163.0.11. Yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına
163.0.12. Sərnişindaşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına
163.0.13. Yük avtomobillərinin istehsalçı zavodun müəyyən etdiyi həddən artıq çəkidə yüklənməsinə görə
Maddə 164. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması
İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına yəni Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin səksən mislindən yüz mislinədək
Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən beş yüz mislinədək
Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən dörd min mislinədək 88 manatdan 110 manatadək
440 manatdan 550 manatadək
3300 manatdan 4400 manatadək -
164.0.1. Yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya prredmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. Geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə
164.0.3. Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına
164.0.4. Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsişməsinə
164.0.5. Təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına
164.0.6. Dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə
164.0.7. Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə
164.0.8. Təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına
164.0.9. Yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə
164.0.10. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə
Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə
Fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək

Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək

Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək
44 manatdan
55 manatadək

275 manatdan 330 manatadək

550 manatdan 660 manatadək -
Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimənin miqdarı yeni AZM ilə Cərimə balı
166.1. Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə
Şərti maliyyə vahidi məbləğinin üç mislindən beş mislinədək 3 manat 30 qəpikdən
5 manat 50 qəpiyədək
-
166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələrini təqdim etməməyə görə Şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək 11 manatdan
16 manat 50 qəpiyədək -
166.3 Nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə Vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək

Hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək 44 manatdan
55 manatadək

165 manatdan
220 manatadək
Məcəlləyə aşağıdakı məzmunda 296-1-ci maddə əlavə edilsin:

Maddə 296-1.
Avtoxuliqanlıq - Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli hərəkətlərə görə -

nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin dörd yüz mislindən altı yüz mislinədək miqdarda (440 manatdan 660 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

Maddə 296-1.2.
Eyni hərəkətlərin il əzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla şərti maliyyə vahidi məbləğinin altı yüz mislindən səkkiz yüz mislinədək miqdarda (660 manatdan 880 manatdək) cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ

bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 406.1.5-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 406.1.6-cı maddə əlavə edilsin

Maddə 406.1.6.
Nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə nəqliyyat vasitəsi, müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları aradan qaldırmaq mümkün olmadıqda.

Maddə 412.1-ci maddənin 1-ci cümləsində «səkkiz» sözü «iyirmi» sözü ilə əvəz edilsin.

Maddə 414.1-ci maddədə «1 günədək» sözləri «48 saatadək» sözləri ilə əvəz edilsin.