Ötən ay İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 430-dan çox müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlər əsasən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, bu ilin əvvəlindən Telefon Məlumat Mərkəzinə 4 min 100-dən çox müraciət daxil olub.

Zaman