İnternet inkişafından sonra fərdi saytların yaratmaq istəyini meydana çıxardı.Amma belə bir probləm var idi ki, hamı sayt hazırlamaq üçün lazımi qədər proqramlara və dizayn biliklərinə malik deyildi.Bunun üçün müxtəlif saytlar insanların öz fərdi saytlarını başqa bir deyişlə bloglarının açmasına imkan yaratdı.Bunun üçün siz sayta üzv olursunuz ve öz blogunuzu açırsınız.

Blog ilk dəfeə1997-ci ildə John Barger tərəfindən icad olunub.Bundan sonra belə bloglar açılmağa başlandı ve ictimai jurnalistika da inkişaf etməyə başladı.

Blog nə üçün lazımdır, əslinə bu sözü nə üçün sayt lazımdır sözü ilə bərabər işlətmək lazımdır.Blogların əhəmiyyətindən və dünyadakı faktlardan danışmaq lazımdır.Hal hazırda dünyanın bir çox ölkəsində blogçulara ayrı bir yer verilir.Belə ki, Amerikada əgər hər hansı bir tədbir keçirilirsə oraya məşhur blogçular dəvət edilir.Çünki elə blogçular var ki, onların saytına gündə 10 milyon insan girir.Belə bir vəziyyətdə onların bloglarında yazdığı informasiyalar çox vacib olur.Sony, Canon və s. Şirkətlər təzə bir şey buraxmamışdan qabaq onları bu blogçulara göndərir və onların rəylərini öyrənir.Bu məhsullar haqqında saytda yazmaqları istənilir.Fransada ise dəb mövzusunda yazan blogçular daha çoxdur və oradakı blogçular dünyanın müxtəlif yerlərindəki dəb həftələrinə dəvət edilir.

Blogların yaradılmasının bir digər amil isə internet istifadəçilərinin hər hansı bir mövzu haqqında yazdıqlarını internete qoymaq istəyirlər, bunun müxtəlif forumlar və buna bənzər şeylər olsa da bunları öz bloglarında və saytlarında yerləşdirmək daha keyfiyyətlidir.Çünki digər növ məlumat yerləşdirmə variatlarında saytda əlavə edilmiş digər informasiyalar arasında onun əlavə etdiyi informasiyalar itir, bloglarında isə onlar yazıları istədikləri kimi, istədiyi dizayn da edə bilirlər.

Blogların da müxtəlif növləri var və bunlar əsasən 5 tipə bölmək olar : yazı, foto, audio, mobil və internetin sürətinin artması ilə məşhur olan video bloglar.

Yazı blogları da öz arasında müxtəlif növləri var.Blog növləri arasında siyasət, dəb, kompyuter, texnologiya və s. blogları var. Foto bloglarda isə fotoqraflar və ya həvəskarlar müxtəlif kateqoriyalarda öz şəkillərini əlavə edir. Bu bloglarda dizaynda əsasən şəkillər əsas yer tutur.

Audio blogları digər adı ilə daha çox bilinən podcast, bu blogda blogçu qeyd etdiyi mühasibəni, musiqini və ya remixi əlavə edir. Bunu da RSS formatında və ya XML ile digər proqramlar üçün verilir ki, bu proqramlar podcast-a əlavə edilmiş səsləri qeyd edir və bunlara sonra qulaq asmaq olur.

Mobil bloglar isə ancaq wap versiya olur və belə blog daha sadə dizaynda olur.Mobil bloglarda blogun açılması, yazılar və ya digər informasiyaların əlavə edilməsi wap saytdan olur.Belə növ bloglarda email, sms və ya mms yolu ile şəkil, video və yazı əlavə edilir. Wap bloglar o qədər məşhur olmasa da belə blogların artması 3G-nin Azərbaycanda da işlədilməsi ilə artacağı da məlumdur.

Son 5 illikdə internet sürətinin əvvəlki illərə nisbətən daha çox artması da internet istifadəçiləri artıq çəkdikləri videoları müxtəlif saytlara qoyub verilən kodu bloglarına əlavə edirlər və ya öz bloglarına qoymaq imkanı verən blog saytlarına əlavə edirlər. Məsələn : Bir üzv özünə bir mövzu və ya kateqoriya seçir və kamera qarşısında bu mövzu haqqında verilən suallara və ya ümumiyyətlə çox soruşulan suallara cavab verirlər. Belə bloglara ümumiyyətlə vlog adı verilir.

Dünyada blog xidməti verən məşhur saytlar arasında WordPress, Blogger, Typepad var.Bu saytlarda siz öz blogunuzu aça bilər və dizaynını deyişdirə bilərsiniz. Dizayn dəyişdirmək üçün onlar hazır dizaynlar var ki, siz onlardan seçə bilərsiniz. Daha ətraflı dəyişdirmə üçün sizin HTML ve CSS kodlama sistemini bilməniz vacibdir.

Niyə blog açım?

Blogunuzu özünüzü ifadə etmək və özünüz haqqında informasiya vermək üçün aça bilərsiniz.

Hər hansı bir məhsul və ya mal haqqında reklam məqsədli blog qura bilərsiniz

Başqa insanlara kömək etmək üçün

Hər hansı bir sahədə expert olduğunuzu göstərmək üçün.Məsələn siz blog açırsınız və expert olduğunuz sahə haqqında yazılar yazırsınız və cv-nizə bu haqqda məlumat yazırsınız.

Sizinlə eyni fikirdə olan insanlarla əlaqə qurmaq üçün

Expert olduğunuz sahə haqqında özünüzü inkişaf etdirmək üçün, çünki siz blogunuzu açdıqdan sonra bu sahə haqqında ən son xəbərləri və inkişafları blogunuza yazırsınız və bu yolla siz həm özünüzü həm də blogunuzu oxuyanları inkişaf etdirirsiniz.

Pul qazanmaq üçün də siz blogunuzdan istifadə edə bilərsiniz.Çünki blogunuza qoyacağınız reklamlar sizə maddi gəlir gətirə bilər.

Blog açmaq istəyənlər üçün tövsiyələr

Niyə blog açmaq istəyirsiniz buna əvvəl qərarlaşdırın. Blogunuzu kimə və ya nə üçün açırsınız? Əyləncə üçün yoxsa hər hansı bir malı reklam etmək üçün və s.

Blogunuzu kimlər üçün açırsınız bunu bilin və buna görə də reklam edin.

Dostlarınızı bloga baxmağa dəvət edin, bu yolla siz blogunuza girən istifadəçilərin sayısını artırmış olarsınız.

Blogunuz məşhur firmalar kimi sizə aid olsun.Dizaynı, əlavə edilmiş informasiyalar, logolar və s.

Blogda experti olduğunuz sahə haqqında informasiyalar əlavə edin.

Lazım gəldikdə kömək istəyin və başqa dostlarınız və ya tanışlarınız da yazıları bloga əlavə edin

Azərbaycanda blog

Azərbaycanda bilinən blog xidmətlərdn azersayt,azeriblog və s. saytının blog xidmətlərini göstərmək olar.Dizayn dəyişdirmək üçün HTML və CSS kodlama sistemini bilməyə ehtiyac yoxdur.

Bu blog xidməti özünde Wap xidmətini də birləşdirir ki, analoglarından fərqlidir. Azərbaycan WAP istifadəçiləri sayısı, dial-up istifadəçilərindən daha çoxdur və bu da blog xidmətindən daha səmərəli istifadə etməyə imkan yaradır..

Blogunuzu açdıqdan sonra necə, nə cür yazılar əlavə etməlisiniz və blogunuzu necə inkişaf etdirmək olar bunun haqqında fikirləşmək lazımdır.

Blogunuzda yazdığınız yazılar çox uzun olmamalıdır, çünki internet istifadəçiləri uzun yazıları xoşlamır. Yazıya uyğun fotoşəkil əlavə etməyi unutmayın, bu sizin yazınızı daha cəlb edici edəcəkdir.Yazı üçün əlavə edəcəyiniz etiketlər çox vacibdir, çünki bu yolla sizin blogunuz axtarış sistemlərində daha rahat tapılacaqdır.

Blogunuza dost linklər əlavə edin, bunun üçün dostlarınız açdıqları blogların linklərini öz siyahınıza elavə edin..

Blogunuzu google, yahoo, msn kimi axtarış sistemlərini də qeyd edin, bu yolla hər hansı bir mövzu haqqında yazdığınız yazılar daha rahat tapılacaqdır.

Blogların hüquqi vəziyyəti

Azərbaycanda İKT sahəsində hələ də qanunlar qəbul edilməsə də, artıq dünyanın bir çox inkişaf etmiş ölkəsində bu sahədə qəbul edilmiş qanunlar var. Blogda köçürülmüş məqalələrə, şəkillərə və pirat proqramlarının yayılmasının qabağını almağa çalışırlar. Bu da o qədər asand deyil çünki hər gün dünyada 1 milyona yaxın blog açılır ki, bu bloglara da nəzarət eləmək çox çətindir.

Amerikada baş verən bir neçə hadisə var ki, bu da vacib məsələlərdir. Məsələn Delta Hava Yollarında işləyən bir qadın öz blogunda şirkətde baş verən gülməli hadisələri və özü haqqında şəkilləri yazıb, şirkət müdüriyyəti də belə bir vəziyyətin şirkətə maddi və mənəvi zerər verəciyini iddia ederək işçini işdən çıxardıb.

Ona görə də blogunuza açarkən daha diqqətli olun və qanunlara riayət edin.

Blogumu necə məşhur edə bilərəm?

Blogunuza tez-tez yeni yazılar əlavə edin. Bloga yazı əlavə edərkən yazı ilə əlaqədar şəkilləri əlavə etməyi yaddan çıxartmayın.

Blogunuza girən istifadəçilərin şərh yazmasına imkan yaradır. Bu yolla siz yeni dostlar və tanışlar tapa bilərsiniz. Onlar siz blogunuz haqqında başqalarına deyə bilərlər və blogunuza girən istifadəçilərin sayısı artmış olar.

Blog xidmətlərini qeyd edən və onların arasında axtarış xidməti verən saytlar var ki, bu saytlar bloglara əlavə edilmiş yazıları, səsləri və ya mp3`ləri öz sistemlərinə inteqrasiya edir və bunların arasında axtarış etməyə imkan yaradır.

Bundan əlavə siz blogunuzu google.com, yahoo.com ve msn.com kimi saytların axtarış sistemlerine blogunuzu qey edə bilərsiniz ki, bu yolla sizin blogunuz bu axtarış sistemlerində daha asand tapılar.

Blog dünyaya açılan sizin pəncərəniz və sizin məşhur olmağınıza kömək edəcək bir amildir!