Bu üç termini düşünürəm proqram və ya oyun yükləyən hər bir şəxs görüb. Bütün izahı bir proqram üstündə aparaq. Misal üçün siz bir proqram yükləmisiniz və həmən proqram əslində pulludur. Siz onu istifadə etmək üçün əslində onun sahibinə pul verməlisiniz və o sizə onun serial nömrəsini verməlidir və siz onu proqramda daxil etməlisiniz. Serial nömrə sadəcə bir neçə simvol olan bir fayl və ya yazıdır siz onu kopi edib proqramda daxil edirsiniz və proqram işə düşür. Keygen bir exe faylıdır. Siz onu açırsınız və orada sizin proqramınızı işlədə biləcək bir neçə serial nömrəsi olur. Beləcə keygenin serial nömrədən bir üstünlüyü ortaya çıxdı. Keygendə bir deyil bir neçə serial nömrə olur və buna görə də birdən hər hansı serial nömrəsi işləməsə digərini işlətmək mümkün olur. Mənfi cəhəti odur ki, 1) yaddaşı serial nömrəsindən çox olur 2)keygen ilə birlikdə bəzən viruslard sizin kompüterinizə düşür.
Sizin proqramınızda serial nömrəsinin olmasını tələb edən bir fayl olur və o ən əsas fayllardan biridir. Siz onun artıq serial nömrəsini istəməməsi üçün həmən faylı artıq serial nömrəsi daxil olunmuş fayl ilə dəyişə bilərsiniz. Misal üçün məndə msn proqramı var və onun təbii olaraq bütün faylları normal işləyir. Yalnızca bir fayl serial nömrə məndən istəyir deyə proqramı işlədə bilmirəm. Bu zaman mən məndən əvvəl həmən faylın serial nömrəsini tapıb daxil edən şəxsin internetə qoyduğu faylı yükləyirəm və orijinalda olan faylın yerinə qoyuram(copy paste ilə). Vəssalam məsələ həll olur. Krək yalnız serial nömrələri deyil digər problemləri də həll etməyə kömək edir. Misal üçün əgər sizin yüklədiyiniz oyun deyirsə ki, ancaq diskdən oynamaq olar, onda krəki yükəyib disk olmadan da oyunu oynamaq olar. Qeyd edim ki,
1)Krək, serial nömrəsi, keygen istifadə edən zaman diqqətlə fikir verin ki, proqramın versiyası eyni olsun, yəni misal üçün siz Opera üçün serial nömrəsi axtarırsınızsa(opera əslində pulsuzdur seriya nömrəsi lazım deyil. Sadəcə misal üçün opera yazıram) onda operanın 9.15-ci verisyası üçün olan serial nömrəsi ilə 9.16 versiyası üçün olan serial nömrəsi başqa olacaq. Buna fikir verin.
2) Tam olaraq sizdə olan proqramın versiyasını bilmək istəyirsinizsə bunun üçün həmən proqramda ən axırıncı menyunu açın(əsasən o menyunun adı help olur) və orada ən aşağıda olan bölməyə daxil olun(bu bölmənin adı about olur). Orada proqramın versiyasını tapa biləcəksiniz.
3) Krək, serial nömrəsi, keygen və s saytlarda virus, troyan və s olmaq ehtimalı digər saytlara nisbətən yüksək olduğundan belə saytlara hər deyəndə girməyin.