3 sonuçtan 1 ile 3 arası

Virtual aləm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Virtual aləm

    Virtual elə bir dünyadır ki, heç kəs hər zaman səmimi olmur. Bəzən insanlar olduğu kimi deyil, olmaq istədiyi kimi davranırlar. Yəqin ki, çoxlarımız bunun şahidi olmuşuq. Qızların adlarını, yaşlarını səhv deməsi, oğlanların istədikləri olduğu halda başqa biri kimi özünü qələmə verməsi və.s
    Bir məsələ daha var. Bəzən virtualda atdığın addımlar, davranışlar heç də realda öz əksini tapmır. Virtual və reallıq başqa bir dünya olduğu üçün bəzən bu ikisini qarışdırırıq. Bəzi insanlar var ki, virtualda və realda olduğu kimi davranırlar. Realda olduqları kimi son dərəcə səmimi, dürüst olurlar ancaq çox təssüf ki, bu tip insanların sayı olduqca azdır. Bəzən gözlədiyimiz xarakterlər, xəyallarımızda canlandırdığımız insanlarla realda qarşılaşdıqda bunu tam əksini görürük. Bu cür halların əslində yaşanması çox normaldır. Çünki virtual dünyada hər zaman doğru ilə yanlışı ayır etmək olmur. Çox vaxt bu ikisini ayırd etmək üçün zamana ehtiyacımız olur.
    Bəzən də bu ikisini heç ayır edə bilmirik.Ancaq elə insanlar var ki, onlar asanlıqla insanların xasiyyətini ayir edə bilirlər. Hər birimizdə bir xüsusiyyət var ki, bəzən hadisələrə olduğu kimi deyil görmək istədiyimiz kimi yanaşırıq. Virtual aləmdə elədir. Kiminsə yaxşı addım atdığını görürük və o an onu xəyallarımızda daha da böyütməyə başlayırıq. Bəzən ona daha çox dəyər veririk. Elə düşünürük ki,o realda heç bir zaman qarşılaşa bilməyəcəyimiz biridir. Ancaq əlaqələr virtualdan reala doğru irəllələdikcə bunun yanlış olduğunu görürük. Qızların çox vaxt yaşlarını, adlarını səhv deməsi sonradan qarşı tərəfin bunlardan xəbər tutması müəyyən dərəcədə arada soyuqluğun yaranmasına səbəb ola bilər.Ancaq virtual dünyada sadəcə və sadəcə doğru danişmalısan deyə bir qanun yoxdur.
    Eyni zamanda doğru olmayan fikir söyləyən oğlanlarımızda olur. Bəzən eyni anda bir neçə qıza xoş söz ünvanlayıb, eyni fikirləri dilə gətirirlər. Hər şey aydın olduqda isə xoş olmayan hallar yaşanır. Məhz bunun üçün istər virtual olsun istərsədə real bir insanı tanimadan ona tam güvənməyin. Tam güvənməyin ki, sonda peşmançılıq çəkməyəsiniz.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Virtual aləm

    Men virtuali sevmirem.Amma virtuala pis baxmiram.yalan danishmayandan sonra,neyise shisirtmeyenden sonra neyi pisdirki.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Virtual aləm

    semimi insan vertualdada semimidir,yalanci insan ele gercek heyatdada gozunun icine baxaraq yalan deye bilir.her sey insanin ozunden asilidir.tesekkurler.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.