Mütəxəssislər belə nəticəyə gəlmişlər ki, son vaxtlar ürək xəstəliklərinin gənclər arasında daha çox yayılmasının səbəbi internet, hərəkətsiz həyat tərzi və yemək mədəniyyətinə düzgün riayət etməməkdir.
İnternetin həyatımıza çox sürətlə daxil olması gəncləri ətraf aləmdən təcrid edərək hərəkətsiz həyat tərzinə məruz qoyur. Bununla yanaşı, hazır yemək vərdişləri artır, rejimsiz qidalanma ortaya çıxır.