2 sonuçtan 1 ile 2 arası

Wi-Fi internet

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Wi-Fi internet

    Wi-Fi deyəndə ( İngilis dilindən "Wireless Fidelity", hansını hərfi olaraq "simsiz şəbəkə vasitəsi ilə informasiyanın dəqiq ötürülməsi").
    Mobil istifadəçilərin sayı artdığına görə belə texnologiyaya ehtiyac artır. Bu məsələ simsiz şəbəkənin yaradılması üçün aktualdır WLAN-şəbəkəsi. (Wireless Local Area Network). Wireless LAN – şəbəkələri simsiz şəbəkələrdir (adi simli şəbəkələrdən fərqli olaraq bu şəbəkələr radio dalğalar vasitəsi ilə qurulur. Bu şəbəkələri o vaxt qurmaq məsləhətlidir ki, həmin sahəyə kabel çəkmək və eyni anda iqtisadi tərəfdən xeyirdir.
    Simsiz şəbəkələr o vaxt effektivdir ki, şirkətin işçiləri şirkət daxilində aktiv hərəkət edirlərsə.
    WLAN-şəbəkələri adi şəbəkələrdən bəzi üstünlükləri var
    WLAN-şəbəkəsini çox asan çevirmək mümkündür misal olaraq təqdimat göstərilən zaman.
    Notebook istifadəçiləri şirkət daxilində öz kompüterləri ilə sərbəst hərəkət edə bilərlər.
    Müasir şəbəkələrin sürəti çox böyükdür (maksimal 300 megabit/saniyədə ).
    WLAN-şəbəkə yeganə həll ola bilər əgər harasa kabel çəkmək mümkün deyilsə.
    Simsiz şəbəkənin məhdudiyyəti haqda da unutmaq da lazım deyil.
    Wi-Fi şəbəkəsinin istifadə sahəsi:
    İstifadəçilərin simsiz şəbəkəyə qoşulmasına:
    Fərqli funksional şəbəkələrin bir biri ilə birləşdirilməsi;
    Provayderlərin şəbəkələrinə qoşulmaq üçün.
    Şəbəkənin əsas elementləri
    Simsiz şəbəkəni qoşan zaman Wi-Fi adaptordan və qoşulma mərkəzindən istifadə edirlər.
    Adaptor kompüterə PCI slotu ilə kompüterə qoşulan qurğudur. Əlavə olaraq USB 2.0 porotu ilə kompüterə qoşulan adaptorlarda mövcuddur. Wi-Fi adaptor şəbəkə kartı adi şəbəkəni quran zaman oynadığı rolu oynayır. Bu qurğu kompüteri simsiz şəbəkəyə qoşulmaq üçün istifadə edirlər. Centrino platformasında olan bütün müasir notebookların tərkibində Wi-Fi adaptorlar mövcuddur. Wi-Fi adaptorlar hətta müasir fərdi cib kompüterlərində də mövcuddur, hansının vasitəsi ilə simsiz şəbəkəyə qoşulmaq mümkündür. Simsiz şəbəkəyə qoşulan zaman əsas adaptorlar arasında qoşulma baş verir. Belə şəbəkə simsiz bir-ranqlı şəbəkədir. Şəbəkəni mərkəzi nöqtə vasitəsi ilə də qurmaq mümkündür. Belə üsul infrastruktur adlanır.
    Qoşulma adaptoru vasitəsi ilə simsiz və adi şəbəkə də informasiya mübadiləsi baş verir. Bu üsulla mərkəzi nöqtə kamutator rolunu oynayır. Mərkəzi nöqtə şəbəkə interfeysinə malikdir(uplink port), hansının köməyi ilə adi şəbəkəyə qoşulmaq mümkündür. Mərkəzi nöqtə klientlərin qoşulması üçündə və başqa mərkəzi nöqtə ilə birləşdirmək üçün istifadə edilir. Bu simsiz şəbəkə “nöqtə-nöqtə” və “nöqtə ilə çoxlu nöqtələr” arasında körpü rolunu oynaya bilər.

    Elviz İsmayılov - compuser.info

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    1

    Re: Wi-Fi internet

    Salam men indi bir saheye wi-fi cekmek isteyirem amma nece edecekimi bilmirem. interneti nece sputniktden alim, hansi anten ile paylayim, onlari nece qosum , hansi roter ve acsespointden istifade edim. bunlari nece edecekim baresinde mene etraflica melumat vere bilersiniz .cavabinizi gozleyecekem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.