DELFİNLƏRDƏKİ İNFORMASİYA ŞƏBƏKƏSİ İNTERNETDƏN DAHA YAXŞIDIR

Yeni Zellandiyalı bir zooloqun araşdırmasının nəticələri, internet və elektrik şəbəkələri kimi kompleks şəbəkələr quran mühəndislər üçün yeni bir ünvana işarə edir: Delfinlər.

Otago Universitetindən David Lusseau, 7 il ərzində 64 baş delfindən ibarət qrupu araşdırdı. (1) Bunun nəticəsində delfinlər arasındakı, insanlar və insan istehsalı olancşəbəkələrdəkinə bənzər bir ünsiyyət şəbəkəsinin olduğunu kəşf etdi. David Lusseaunun riyazi araşdırması, The Proceedings of the Royal Society jurnalında nəşr olundu. (2)

İnsan cəmiyyəti də daxil olmaqla bir çox kompleks şəbəkə, məlumatın üzvlər arasında sürətlə ötürülməsini təmin edən xüsusiyyətlərə malikdir.

Yeni Zellandiyalı tədqiqatçının bu çalışması heyvan qruplarının da məlumatı sürətli və məhsuldar bir şəkildə ötürəcək quruluşda mütəşəkkil olduqlarını göstərir. Qorilla, maral, fil və iriburunlu delfinlər kimi uzun ömürlü canlılar, məlumat ötürməkdə yaşadıqları mühitdən faydalanırlar. (3)

Lusseau delfinləri müşahidə edərkən diqqətini, daha tez-tez bir yerə gələn fərdlərə cəmlədi. Bu delfinlərin daha çox yetkin dişilərdən meydana gəldiyini və delfin birliyinin ünsiyyət mərkəzi olaraq vəzifəli olduqlarını anladı.

Məlumatın bir sistem daxilində axıcılığını ölçmək üçün məlumatın keçdiyi mərkəzlərə baxmaq və başlanğıc nöqtəsindən nəticə nöqtəsinə ötürülmədə ehtiyac duyulan işçiləri saymaq kifayət edir. Lusseau "miqyas" adı verilən bir ölçü üsulundan istifadə etdi. Bu üsulla əldə etdiyi tapıntıları internet şəbəkəsinin ortaya qoyduğu məlumatlarla müqayisə etdikdəndən sonra heyrətamiz bir vəziyyətlə qarşılaşdı.

Buna görə internet üzərində xeyli sayda əlaqəni təmin edən nöqtələr (mərkəzlər) dövriyyədən xaric edildiyində məlumatın ötürülmə zamanı da artırdı. İnternetdəki daimi əlaqə nöqtələrinin sadəcə 2%-inin dövriyyədən xaric edilməsi vəziyyətində, bir işçidən başqasına çatmaq iki dəfə çox vaxt tələb edirdi. Delfinlərdə isə vəziyyət fərqli idi.

Delfinləri, üzgəclərinə qoyduğu işarələrlə izləyən Lusseau, ünsiyyət mərkəzləri olaraq vəzifəsini yerinə yetirən fərdlərin qrupdan ayrılması vəziyyətində isə birliyin böyük bir elastiklik ortaya qoyduğunu müşahidə etdi. Delfinlərin hamısı, olduqca vacib fərdlərin çatışmazlığından təsirlənmirdi. Delfin birliyindəki bu elastiklik, əhalinin üçdə biri yox olsa da, bu birliyin sağlam şəkildə davam etdirməsini mümkün edirdi.

Araşdırmacı, şəbəkənin bu sistem sayəsində, ölümlə nəticələnən fəlakət hadisələrində belə bir yerdə qala bildiyini ifadə edir. Bir sözlə, bu xüsusiyyətlərin internet kimi insan istehsalı olan şəbəkələrə də tətbiq oluna biləcəyi fikirini qarşıya qoyur.

Göründüyü kimi delfinlərdə, internet də yaradılan ünsiyyət şəbəkəsindən daha yaxşı qorunan və əsas mərkəzlərin ayrılması vəziyyətində daha məhsuldar çalışan bir nizamlama mövcuddur. Delfinlərdə belə bir xüsusiyyətin olması müxtəlif meyarların hesablanmış olmasını tələb edir. Məsələn, interneti təşkil etmə işində əlaqə nöqtələrə yüklənəcək yükü hesablama, bunların dövrədən xaric qalması vəziyyətində bütün şəbəkənin necə təsirlənəcəyini əvvəldən müəyyənetmə kimi bir çox mərhələ, şəbəkə mühəndisləri tərəfindən icra edilir və məlumatın sistem içində ən məhsuldar şəkildə axıcılığı təmin edilir. İnternetdəki məlumat axıcılığını hesablayan və təşkil edən mühəndislərin varlığı, delfinlərdəki məlumat şəbəkəsini təşkil edən və bənzərlərini təbiətdəki digər bir çox canlıdada var edən üstün bir ağılın varlığını göstərir. Heç şübhəsiz bu üstün ağılın sahibi hər şeyi bilən, Əziz olan Allahdır.

Allahın bu məlumat şəbəkəsini delfinlərdə yaratması da Rəhman sifətinin bir təcəllisidir. Allahın rəhməti bu məlumat şəbəkəsində belə təcəlli edir:

Delfinlər kimi açıq dənizlərdə və səthə yaxın yaşayan canlılarda qrup halında hərəkət etmək həyati dərəcədə əhəmiyyətlidir. Bu həyat tərzi, ovlanma ilə bərabər, düşmənlərə qarşı hər an ayıq-sayıq olmaq baxımından da üstünlüklər qazandırır. Yetkin dişilərin qrup daxilində davamlı bir məlumat axışı təmin etməsi sayəsində digər üzvlər də ov və düşmənlərin yeri haqqında məlumat alır və nəticədə qrupun uyğun bir şəkildə hərəkət etməsinə öz töfhəsini vermiş olur. Əgər delfinlərdə, olabiləcək bir düşmən hücumu nəticəsində ortaya çıxacaq itkinlər bu məlumat ötürücülüyünə mane olsaydı, əlbəttə digər delfinlərin xilas olması bir məna ifadə etməz və ünsiyyət imkanları yox olan bu fərdlər də dağılmaq məcburiyyətində qalar və nəhayət başqa düşmənlərə yem olardı. Ancaq Allahın delfinlərdə var etdiyi məlumat şəbəkəsi belə anlarda kəsintiyə uğramaz və qrupun bütünlüyünü qoruyaraq fərdlərin həyatının da davam etməsini təmin edər.

Allah bir Quran ayəsində belə bildrir:

Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Şüəra surəsi, 9)
(məqalə harun yahya)

Qaynaqlar:

1- David Lusseau, “The Emergent Properties Of A Dolphin Social Network”, [

2- Lusseau, D. 2003 The emergent properties of a dolphin social network. Proceedings of the Royal Society of London-

Series B (Supplement): DOI 10.1098/rsbl.2003.0057 ”

3- Danny Kingsley, Dolphins better at networking than the Web, ABC Science Online, 17 Temmuz 2004, [