ABŞ Dövlət Departamenti və Pentaqonun məxfi materialları yerləşdirilən “WikiLeaks” saytı fəaliyyətini dayandırıb. Sayt bu gün səhər saatlarından etibarən istifadəçilər üçün əlçatmaz olub.

“Twitter” sosial şəbəkəsində "WikiLeaks" domeninin “ABŞ-ın EveryDNS.net adlı servisi vasitəsilə öldürüldüyü” məlumatı yayılıb. “WikiLeaks” bunu sayta DDOS hücumlarla əlaqələndirib.

“EveryDNS.net”in saytında da qeyd edilir ki, “WikiLeaks”a dekabrın 2-nə kimi DNS adresi verib və hazırda servisin qaydalarına uyğun olaraq xidmət dayandırılıb.

Qeyd edək ki, “Amazon” şirkəti də dünən “Wikileaks.org” saytına server xidməti göstərməyi dayandırıb. ANSPRESS