“Google” korporasiyası “Chrome” brauzerinin yeni versiyasını buraxıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Chrome 6.0” əvvəlki brauzerlərdən sürətli olub.

“Chrome 6.0”da “JavaScript” emalının sürəti brauzerinin birinci versiyası ilə müqayisədə üç dəfə artıb. Eyni zamanja “Google” yeni brauzerdə “Chrome”un onsuzda minimalistik dizaynını daha da sadələşdirib. Burada idarə olunma düymələri yenidən çəkilib və menyu paneli yenidən işlənilib. Bundan əlavə, səhifənin pəncərəyə əlavə olunması sahəsi ünvan sətrinin sağ hissəsinə keçirilib. Ünvan sətrinin özündə isə saytların adında artıq “[ əks olunmayacaq.

Qeyd edək ki, dünyada populyarlığa görə üçüncü yerdə olan “Chrome” istifadəçi sayına görə “Microsoft Internet Explorer” və “Mozilla Firefox’ brauzerlərindən geridə qalır. Bununla yanaşı, “Google Chrome”un bazardakı payı daim artmaqdadır.

LENT