Azərbaycan Prezidentinin saytı President.az ın İ-Phone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb.

Prezidenti İlham Əliyevin rəsmi saytının (president.az) İ-Phone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, bu əlavəni yükləyən istifadəçilər prezidentin çıxışları, müsahibələri, qatıldığı tədbirlər, eləcə də fotomateriallarla dərhal tanış olmaq imkanı qazanacaqlar. Əlavəni yükləmək üçün “Apple Applications Store”dakı istifadəçi akkauntundan yararlanmaq lazımdır. Qeyd edək ki, 1 aya yaxındır Azərbaycan prezidentinin saytı yenilənib, həmçinin “Youtube”da rəsmi kanal açılıb və “Twitter”də Azərbaycan və rus dillərində prezidentin xüsusi akkauntu yaradılıb. Azərbaycan prezidentinin saytı postsovet məkanında bu cür əlavəyə malik olan yeganə internet resursudur. Zaman