Üçölçülü şəkildə landşaft və şəhərlərə baxmaq mümkün olacaq

“Google” şirkəti “Google Maps” servisinə “Yer Kürəsi” rejimini əlavə edib.
“Yer Kürəsi” rejiminin köməyi ilə üçölçülü şəkildə landşaft və şəhərlərə baxmaq mümkün olacaq.
Rejimi işə salmaq üçün “Google Maps” saytına daxil olmaq, xüsusi plaqini yükləmək (əgər bu hələ olunmayıbsa) və lazımi düyməni basmaq lazımdır. Bu prosesdən dərhal sonra ekranda “Google Earth” proqramından tanış olan Yer Kürəsinin təsviri əmələ gələcək. Faktiki olaraq yeni rejim “Google Earth” əlavəsinin funksionallığını veb-brauzerə inteqrasiya edir.
Yeni funksiyanın istifadəsi üçün tövsiyə olunan konfiqurasiya “Google Earth” proqramının tələb etdiyi parametrlərlə eynidir. Onun 2,4 QQs tezlikli prosessor, 512 MB həcmli operativ yaddaş qurğusu, üçölçülü təsviri dəstəkləyən videokart və saniyədə 768 Kbit-dən başlayan internet sürəti var. Bundan əlavə, “Yer Kürəsi” rejiminin istifadə olunması üçün veb-brauzerlərdə də məhdudiyyət qoyulub. “Firefox 2.0”, “Internet Explorer 7”, “Google Chrome 1.0”, “Flock 1.0” və qeyd olunanların daha müasir versiyalarından istifadə etmək lazımdır. “Apple Mac OS X” əməliyyat sistemi də yeni funksiya üçün uyğundur.
Hələ ki, 3D formatına az şəhər keçirilib. Bu əsasən ABŞ və Avropa şəhərləridir. Landşaftlarda da həmin vəziyyət müşahidə olunur. Şirkətdə yaxın gələcəkdə bütün çatışmazlıqların həll olunmasını nəzərdə tutulur.
Qeyd edək ki, oxşar imkanlar “Microsoft Bing Maps” xəritələrində “Bing Maps-ın Silverlight” texnologiyası bazasında hazırlanmış beta-versiyası ilə birgə ötən ilin dekabr ayında təqdim olunub.