2 sonuçtan 1 ile 2 arası

wap saytlarımızın 40 faizinə girişlər məhdudlaşdırılıb

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    wap saytlarımızın 40 faizinə girişlər məhdudlaşdırılıb

    “Технологии будущего” şirkətinin (Hosting.ua) Ukraynanın Odessa şəhərində yerləşən ofisində baş vermiş yanğın nəticəsində yüzlərlə serverə ziyan dəyib, çoxsaylı provayderin fəaliyyətində problemlər yaranıb.

    Netmoney şirkətinin təmsilçisi Rəşad Mirzəyev bildirib ki, Azərbaycan saytlarının çoxunun xarici serverlərdə yerləşdiyi sirr deyil və bu hadisə Azərbaycan saytlarına da təsirsiz qalmayıb.

    Onun sözlərinə görə, nümunə üçün “Netmoney” şirkətinin 4 serverinin “Технологии будущего” şirkətindən alındığını göstərmək olar. Bu serverlərdə əsasən wap saytlar yerləşdirilib. Beləliklə də Azərbaycanın mobil saytlarının 30-40% faizinə girişlər məhdudlaşıb: “Azərbaycanın ən rytinqli mobil kataloqu (Reklam olmasın deyə ad çəkmirik) fəaliyyətini dayandırıb. Bu kataloqda 1700 Azərii Mobil Sayt iştirak edir. Problemin aradan qaldırılması üçün təcili olaraq NameServer-ləri dəyişmək tələb olundu. Amma Novruz bayramı ilə əlaqədar olaraq “Network Technologies”(Nt.az) şirkəti işləmir. Nəticədə Azərbaycanın ən reytinqli mobil saytları fəaliyyətini bərpa edə bilmir. Martın 29-da tətil bitdi və “Network Technologies” işə başladı. NameServer-lərin dəyişdirilməsi üçün müraciət olundu. Amma yenə də bir nəticə alınmır. Cavab isə “çox sayt var, növbənizi gözləyin, 3 gün ərzində tədbir görüləcək” deyilir. Halbuki cəmi 5000-ə yaxın .az domeni satılıb, 1 gün ərzində isə maksimum 50 sayt NameServer dəyişər”.

    Rəşad Mirzəyev qeyd edib ki, NameServer-lərin belə gec dəyişilməsi kifayət qədər ciddi problem yaradır: “Azərbaycan İnterneti inkişaf etməkdə davam edir. Amma “.az” domeninin qeydiyyat formasını doldurub 1-2 gün ərzində alınması, NameServer-lərin də dəyişilməsi üçün eyni üsuldan istifadə olunması həqiqətən də inkişaf edən, getdikcə qloballaşan dünyamızda çox gülünc görünür. Niyə bu proses dünyada olduğu kimi avtomatikləşdirilmir? Niyə biz işğalçı düşmənlərimiz ermənilərdən geri qalmalıyıq? Nəyə görə “.am” domenini internet üzərindən almaq mümkün olur, amma milli domenimizi almaq olmur?! Bütün bu problemlər tez bir zamanda həll olunmalıdır. “.az” domenni kiminsə şəxsi mülki yox, bütün Azərbaycanın milli domeni olmalıdır”.

    Bəs müraciətdə qaldırılan məsələlər nə dərəcədə gerçəkliyi əks etdirir?

    Məsələ ilə bağlı müraciətdə adı çəkilən “Network Technologies”(Nt.az) şirkətinə müraciət etdik. Martın 30-da şirkətin 498-05-19 nömrəli telefonuna cavab verən şəxs reqistrator (qeydiyyatçı) işlədiyini deyən xanım suallarımıza cavab verməkdə çətinlik çəkdi və müdirlərinin xarici səfərdən sabah dönəcəyini, bu sualları onun cavablandıracağını bildirdi.

    Şirkətin elektron ünvanına bu sualları göndərməyin mümkün olub-olmadığının mümkün olduğunu soruşduqda isə xanımın cavabı belə oldu ki, biz artıq onun vaxtını alırıq və telefonu yerə qoydu...
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: wap saytlarımızın 40 faizinə girişlər məhdudlaşdırılıb

    movzuya gore tesekurler
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.