8 sonuçtan 1 ile 8 arası

“Onu elə xatırlamaq istəmirəm”

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    “Onu elə xatırlamaq istəmirəm”


    “Onu elə xatırlamaq istəmirəm” -XATİRƏ

    Afaq Hüseynova:“Ələkbər əmi böyük bir nəslin seçimi və sevinciydi!”

    “İyirimi il olacaqdı bu yay bir dünyanı bölüşməyimizin. Lakin az qalıb üç ili olsun, ayrı dünyaları paylaşmağımızın. Xəstəliyindən danışmaq istəməzdim. Gəlin, onu belə də saxlayaq yaddaşlarda: həmişə şən, gülərüz, uşaqların qayğısına qalan. Teatrda da, həyatda da”.

    Bu dəfə həmişə uşaqlarımıza görə tanıdığımız və sevdiyimiz birini xatırlayacağıq. Daha doğrusu, ailəsi ilə bir yerdə onu yada salacağıq. Söhbət bir neçə il öncənin uşaqlarının “Ələkbər əmi” kimi yaddaşlarına yazılan aktyor Ələkbər Hüseynovdan gedir.

    Yazının əvvəlindəki “xəbərdarlıq” da onun həyat yoldaşı Afaq xanıma məxsusdur. İncəsənət İnstitutunun ikinci kurs tələbəsi olan oğlu da onu müşayiət edirdi…


    - İnsan kimi həyatda ən yaxşı rolları ən yaxşı oğul, ən yaxşı ata, ən yaxşı ər olan Ələkbər əmi Abdulla Şaiq adına kukla teatrında oynadığı «Bülbül» tamaşasıyla nəinki Azərbaycanda, hətta xaricdə böyük uğur qazanıb! Neçə dəfə bu tamaşaya görə mükafat alıb. Ən gözəl tamaşası olub. Ondan sonra «Keçəlin toyu» tamaşası… Zərb alətləri ailəsindən doqquzunda ifa edib bu tamaşada. Hər yay Azərbaycandan bir on beş gün çıxmaq istəyirdi ki, qayıdanda Azərbaycanın hənirini duysun, havasını içinə çəksin. Gördüklərini sevimli uşaqlara çatdırsın. Təsəvvür edin, Fransadan qayıdanda nə boyda kukla alıb gətirmişdi. Evi, teatrı doldurmuşdu marionet kuklalarla. Oxuduğu ədəbiyyat ancaq və ancaq teatrla bağlıydı. Cavanlığında yoqa ilə dərindən məşğul olub. Təkcə təmrinləri öyrənməklə kifayətlənməmişdi, həm də yoqanın fəlsəfəsinə bələd idi. Arxivləri hələ də qalır. Yəqin ki, vaxtı gələndə baxılacaq. Bütün bunlar ailəni birinci plandan sıxışdırmırdı, ailəsi üçün hər şeyə hazır idi. Böyük oğlumuzu görməmiş xəstəxanaya «zapiska» göndərmişdi: «Cavidanım necədir?» Adını özü qoymuşdu. Evə gələndə nə qədər yorğun olsaydı da, oğlumuz-qızımız hərəsi bir yandan paltosunu, sumkasını alıb yerbəyer edəndə, sanki bu dəqiqə dünyaya gəlib. Ondan yaşca çox böyük olanlar ona «Ələkbər əmi» deyə müraciət edəndə, ömrünün xoş məqamları artırdı elə bil. O, bunu qazanmışdı.

    Oğlumuz indi ikinci kursda oxuyur. Fotoqrafiya, simfonik orkestr üçün zərb alətləri ilə məşğul olur. Cavidanı çox erkən yaşlarında özüylə çəkiliş meydançasına aparırdı. On iki yaşından artıq tərəf-müqabil olub atasıynan. Özü də bir vaxtlar atasının aktyor və baş rejissor olduğu teatrda işləyir. Hələ ki, sentyabra qədər öz hesabına məzuniyyət götürüb səhhətyilə bağlı, amma faktiki oranın işçisidir. Atasının istəyiylə İncəsənət İnstitutunu seçdi, televiziya rejissorluğunda oxuyur. Qrup yoldaşları onunla dərsə başlayanda bir xeyli bilməyiblər ki, Ələkbər əminin oğludur, dərslərin birində müəllim tanıyıb.

    Bir neçə sənədli filmini Cavidan müsabiqələrə təqdim edib. Oğlumun ən böyük hamisi elə atasının ruhudur. Atasından gördükləri ona sübut edib ki, zəhmət uğurun açarıdır.

    Ələkbər əmi doğma balasına necə qayğıyla yanaşırdısa, gənc aktyor və aktrisalara da elə ürəklə və səmimiyyətlə yardımçı olurdu. Təmənnasız. Özünü əsirgəmədən.

    Ələkbər əminin ən böyük uğurlarından biri də oydu ki, bizi ailəlikcə verilişinə bağlamışdı. Hamımız o verilişlə nəfəs alırdıq. İyirmi ildi bir yerdəyik. Gəlin-qaynana münasibətləri çoxdan ana-bala müstəvisinə keçib. Ələkbər əminin yoxluğundan keçən iki il yarımda bir-birimizin ağrı-acısını bölüşürük. Ələkbər əminin anası tibb bacısı olsa da, çox teatral qadındır. Cavidan ali məktəbə hazırlaşanda teatr, tamaşa və aktyorlarla bağlı bir çox sualların cavabını nənəsindən soruşurdu.

    ... Tələbəlikdən dərhal sonra Şəkidə beş il işlədi, əsgərliyə də elə oradan gedib qayıtdı. Sonralar Gənclər Teatrında bir il çalışıb. Kukla Teatrının baş rejissoru Namiq Ağayev onu «Pəri cadu» tamaşasında Qurban roluna dəvət edəndən sonra birdəfəlik ora bağlandı. 1988-ci ildən.
    1993-cü ildə isə Səyyarə xanımın 15 dəqiqəlik «Göydən üç alma düşdü» verilişinə dəvət alandan bir neçə ay sonra belə bir ideya gəlib ağıllarına: ayda bir dəfə qırx beş dəqiqəlik veriliş açsınlar. «Hər birimiz bir çiçək» belə yaranıb. Rejissoru da özü oldu.

    Quruluş verdiyi tamaşalar indi də Kukla Teatrında səhnədə oynanılır.
    40 yaşında əməkdar artist adını aldı.

    «Humay ilahəsi»nin təsis olunduğu ilk təqdimatda aktyorlar arasında ilk laureat Ələkbər əmi oldu.

    «Təbəssüm» ordeninə – 1968-cı ildə Polşada təsis olunan bu nüfuzlu mükafata layiq görüldü. 2007-cı ilin yayında təşkilatın rəhbəri uşaqların min nəfərin təqdimatı verilən namizədin içindən seçdiyi Ələkbər əmini təbrik etməyə şəxsən Azərbaycana gəlmişdi!
    Bu ordenə nəinki Azərbaycanda, eləcə də türk dünyasında layiq görülən ilk kavalerdir Ələkbər idi. Ona qədər isə Tereza ana, Bill Klinton, Marqaret Tetçer, Dalay-lama, Sergey Obraztsov, II İohann Pavel albılar.

    Xarakterinin ən üstün cəhəti oydu ki, onun xobbisi elə işiydi!

    Dostlarından da narazı deyilik, axtaran axtarır.

    ... Xəstəliyindən danışmayacam, çünki çox ağırdı, Onu elə xatırlamaq istəmirəm.

    YAZIYA SÖZARDI: Vəssalam! Afaq xanım həyat yoldaşını bu qədər xatırlatmaq istədi. Amma diqqətimi çəkən və məni sarsan bir məsələ oldu!

    “Dərdli deyingən olar” deyiblər. Afaq xanım heç deyinmədi. Nə Ələkbər əminin dostlarından, nə də qaynanasından giley etdi. Əksinə, mühafizəkarlığında daha radikal idi.

    “Deyinmədiyi” kimi, elə xatirələrə də baş vurmadı – Ələkbər əmiylə cəmi bir görüşdən sonra ikinci dəfə rastlaşıb həyatını əbədi bağladığı o xoş günün təəssüratını da yerli-yataqlı dilə gətirmədi.
    Bu qədər ağır olmağın bilməzdim – bəzən anaların da seçimi nəhayətdə qübarla sonuclanır!

    «Təzədən yaşamaq istəmədi», - cəsarət edib belə deyə bilmərəm! Görünür, ağlı-qaralı həyatın şirinindən sonrakı acısı əvvəlin tamını qaçırtmasın deyə xatırlanmır!
    Bu qədər ağır olmağın bilməzdim!
    Heç Ələkbər əminin anası Yaqut xanım da danışa bilmir. Yenə də cəsarət edib demərəm ki, danışmaq istəmədi. Danışdı. Özü dedi: «Ay oğul, gəlinimlə nəvəm saat yeddidən sonra evdə olacaqlar, zəng elə, onlarla danış. Mən danışa bilmirəm…»

    Münəccim olmaq lazım deyildi ki, dəstəyin o başında var-yox bircə, həm özünün, həm də ölkənin sevimli olan yeganə oğlunu vaxtsız itirmiş ananın göz yaşları və qəhər içində boğulduğunu hiss etməyəsən!

    Bu qədər ağır olmağın bilməzdim – anaların baladan danışmamaq gücü də varmış!

    Hər nəyi unutsam da müsahiblərimlə söhbətdən, Afaq xanımın dediyi bir fikri heç vaxt unutmayacağam: «Gəlin, onu belə də saxlayaq yaddaşlarda: həmişə şən, gülərüz, uşaqların qayğısına qalan...»

    Doğrusu da, Ələkbər Hüseynovun – xobbisi işi olan sənətkarın bir ayrı həyatı olmayıb da.

    40 yaşında «əməkdar artist» adını alan sənətkarın ömründə vaxtsız ölümü ən unudulmaz çalardır!

    Vaxtsız ölümün unudulmaması da dərd imiş – unudulmaq kimi…

    Dünyanın dərdi dərd olmayan o qədər nəsnələri varmış!!!

    Nə qədər ağır!!! Bilməzdim…

    SON: Afaq xanım, verdiyim sözə əməl edirəm – vaxtsız dünyadan köçmüş, uşaqlarımıza görə tanıdığımız və sevdiyimiz Ələkbər Hüseynovun yaddaşlarda siz istəyən kimi qalması üçün öz payıma bacardığımı edirəm: bundan artıq heç nə yazmıram…

    Aydın Canıyev


    P.S. Stomatoloqun səhlənkarlığından hepatit-s virusuna yoluxan mərhum aktyorun deyimlərindən diqqətimi çəkən bir fikir var ki, yazısonrası verməyi məqbul saydım: «Zəhmət çək, əlində olan, sənin qismətinə düşəni xəyal səviyyəsinə qaldır. Onda özünü xoşbəxt hiss edəcəksən…»


    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Elekber emi olub???????ne vaxt?????
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    Elekber emi olub???????ne vaxt?????
    aha xestelikden
    [

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Allah rehmet elesin.Cox pis oldum.Bala basha bela teati rindan seviridm onu.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Usaq vaxtdi teatrlarinda cox olmusam yenede ureylerimizde yasayir.Allah rehmet elesin
    [

  6. #6
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Elekber Huseynov cox isteyirdim
    \Allah rehmet etsin
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  7. #7
    Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    85

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    en xoshladigim aktyorlardan idi.Bala basha bela teatrindan sujettt......Mama orda hamam var,neyneyecem esgerliye gedib heeee?Mama...... Allah rehmet elesin

  8. #8
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: “Onu elə xatırlamaq istəmirəm”

    Allah rehmət eləsin..... Ölenle ölünmür..Səbir edin....
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.