Afaq Bəşirqızının doğum günü
[
1955-ci ildə Bakı şəhərində anadan olan Afaq Bəşirqızı 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. Ailəlidir, bir oğlu var.
Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayan aktrisanın “Bəxt üzüyü” tamaşasında yaratdığı Söylü obrazı minlərlə tamaşaçı yaddaşına qızıl hərflərlə yazılıb. Afaq xanımın adının çəkilməsi yetərlidir ki, uşaqdan-böyüyə hər kəsin simasında gülüş görünsün.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alır. Bu illər ərzində o “Subaylarınızdan görəsiniz” ,“O olmasın, bu olsun”, “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “İtgin ər”, “Məsmə xala dayımdır” və digər tamaşalarda baş və əsas rollar oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olur. Unudulmaz Bəşir Səfəroğlu yolunun davamçısı Afaq xanım hal-hazırda da yorulmadan bir-birindən maraqlı obrazlar yaratmaqda davam edir.
Onu da qeyd edək ki, artıq 7 ildir ki, Afaq xanım İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” adına layiq görülüb. 2 dəfə 1993 və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülən xalq artisti Prezident mükafatçısıdır.
Xalq artisti, səhnəmizin parlaq simalarından olan Afaq Bəşirqızını doğum günü münasibətilə bütün chat.azeri.net adindan ürəkdən təbrik edirik...
Re: Afaq Bəşirqızının doğum günü
men de senin tebrikine qosuluram :D