Azərbaycan Xalçaçılıq sənəti - bədii yaradıcılıqın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çöx əsırlik ənənələri olan ən maraqlı sənətdən biridir. Heyvandarlıgla məşğul olmaq üçün əlverişli coğrafi şərait, müxtəlif təbii boyaq bitkisinin çöxluğu, əhalinin həyat şəraitinin özünə-xac xüsusiyyətləri qədim zamanda xalçaçılığın tərəqqi etməsinə imkan yaratmışdır. Arxeoloji qazıntılardan tapılan toxuculuq avandanlıqları həmçinin də ilk xalçanın ayrı-ayrı hissələri Azərbaycanda xalçaçılığın E.Ə. neolit dövründə belə mövcud olduğuna dəlalət edir.

Azərbaycanda əsrlər boyu Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri və bu məktəblər arasında aralıq məktəbləri, məsələn Göyçay məktəbi, (Qarabağ və Qazax məktəbləri arasında) yaranmışdır. Qarabağ və Təbriz məktəbinə hətta iki aralıq məktəbi-Naxçıvan və Muğan aiddir. Məktəb və aralıq məktəblərinin yaranması maldarların köç yerini məhdudlaşdıran coğrafi-landşaft şəraiti-çətin keçilən dağlar, otlaqlar və coşqun çayın mövcudluğü kimi amillər müəyyən etmişdir. Təbiidir ki, belə yığcam ərazinin əsrlər boyu öz ənənələri yaranmışdır. Müəllifin çoxillik tədqiqatı həm də göstərir ki, Azərbaycan xalçaçılığı dörd istiqamətə inkişaf etmişdir.

Birinci istiqamətdə yarımköçəri həyat tərzi keçirən ''tərəkəmə'' əhalinin xalça ustalarının işləri aiddir.

Bu xalçaların naxışları əsrlər boyu görünən qədim dekor-elementləri daha konservativ və bir ailə daxilində qadın xətti ilə nəsilddən-nəsilə ötürülmüşdür. Bu istiqamətin əsas xüsusiyyətləri həndəsi ölçülərin monumentallığı və ümumiliyi, nəbati motivlərin olmamasıdır.

İkinci istiqamət oturaq həyat tərzi keçirən əhalinin yaratdığı xalçalara aid edilir. Bu xalçaların bəzəyinə ciddi kanonizə olunmuş həndəsi naxışlarla yanaşı bitgi motivləri də daxil edilir. Xalça naxışlarına yüngül və rəvan: forma, nəfis rəng çalarları xoşdır. Həmin bu xüsusiyyətlər üçüncü istiqamətdə olan şəhər xalçalarına da xasdır. Bu xalçalarda da kənd xalçalarında yaranmış mövzü və motivlər davam və inkişaf etdirilmişdir. Lakin şəhər xalçalarının konpozisiyalarında dekoratviv parçaların, tıkməcələrin, miniatyur, divar naxışlarının, monumental təsviri sənətin açıq təsiri hiss olunur.

Dördüncü istiqamətə rəssamların sifarişlə ilə və saraylarda yaratdıqları xalçalar aid edilir. Bu istiqamət orta əsrlərdə Təbrizdə, Şamaxıda, Ərdəbildə saray xalçaları yaradılan xüsusi karxanaları mövcud olduğudan dağa da çiçəklənmişdir. Burada öz məktəblərini yaradan, yüksək mədəniyyətə malik, texnalogiya sirlərinə və kompozisiya qanunlarına mükəmməl yiyələnmiş usta-rəssamların olması böyük rol oynayırldı. Bu xalçalara, miniatur leksikasının və bədiiliyinin təsiri labüd idi.

Saray xalçaları III-IV istiqamətlərə də təsir göstərmişdir.

Azərbaycan xalçasının hər 4 istiqamətinin inkişafı ərazi xüsüsiyyətlərinə və fərdiliyinə, zövq müxtəlifliyinə baxmayaraq üslubca sıx surətdə bir-biri ilə bağlıdırlar. Xalçalar, onların toxunduğu məkanların (Quba, Şirvan, Daşkəsən, Şuşa, Gəncə və s.) naxış və kompozisiyaları, məsələn ''Əfşan'' ''Ləçək-Türünc'', ''Nəlbəki-gül'', ya da hökmdarların və ya xalça toxuyan ustanın adı ilə (''Mina-xanım'', ''Şah Abbas'' və s.) təsnif olunub. Yuxarıda göstərilən bu xalçanın bir-birindən fərqli onlarla variantları vardır. Beləliklə, Azərbaycan xalçalarına çox kompozisiyalıq xoş olub hər regionun özünəməxsus ornamet müxtəlifliyi və kolorit zənginliyi ilə seçilirlər.

Kubra Əliyeva